Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Naxçıvanda rus helikopterinin vurulması… – Tonoyandan şok

Ermənistanın həbsdə olan müdafiə naziri David Tonoyan 10 noyabr bəyanatının imzalanması ilə bağlı məxfi detalları açıb.

Boyukmillet.com xəbər verir ki, Tonoyan 9 noyabr gecəsi baş nazirlə konsultasiyalar apardığını, bundan sonra Nikol Paşinyanın bəyanatı imzalamamaq qərarı verdiyini bildirib. O, baş nazirin bundan sonra müdafiə naziri, XİN rəhbəri və digər nümayəndələrə Rusiyaya öz mövqelərini çatdırmasını istədiyini söyləyib:

“Yuxarıda qeyd edilən tapşırığı aldıqdan sonra 18:30-da Azərbaycan Rusiya helikopterini Naxçıvan yaxınlığında vurdu. Qəza anı haqqında dəqiq informasiya alana qədər mənim rusiyalı həmkarımla kifayət qədər ağır danışığım baş tutmuşdu”.

Tonoyan Şoyqu ilə telefon danışığının 4 saat davam etdiyini və əsas müzakirə mövzusunun anklavlar olduğunu deyib. Keçmiş müdafiə naziri yalnız bundan sonra anklavların bəyanata daxil edilmədiyini və sənədin Paşinyana belə təqdim olunduğunu söyləyib. O, hazırda anklavlarla bağlı aparılan danışıqların onun Şoyqu ilə 2020-ci ildə apardığı müzakirələrin nəticəsi olmadığını söyləyib. Tonoyan həmçinin digər detallar barədə İstintaq Komitəsində çıxış etməyə hazır olduğunu deyib.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …