ABŞ-nin Yaxın Şərqə minlərlə quru qoşunu göndərməsi ilə bağlı xəbərlər fonunda, bu qüvvələrin İranın neft ixracının 90%-ni təmin edən Xark adasını ələ keçirəcəyi ilə bağlı ehtimallar artır. Boyukmillet.com CNN-ə istinadən xəbər verir ki, Xark adası mühüm yanacaq mərkəzi olsa da, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün strateji baxımdan daha vacib olan digər adalar da mövcuddur. Çinin Sun Yat-sen …
Read More »Mirzoyandan İran AÇIQLAMASI: Tehranla strateji danışıqlar DAYANDIRILDI
İrəvan və Tehran arasında strateji tərəfdaşlıq haqqında müqavilənin bağlanması ilə bağlı müzakirələr İran ətrafındakı gərginlik səbəbindən müvəqqəti olaraq dayandırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli KİV-ə açıqlamasında bildirib. “Məlum səbəblərdən sənəd hazırda müzakirə olunmur”, – deyə nazir vəziyyəti izah edib. Bununla belə, Mirzoyan qeyd edib ki, Ermənistan tərəfi həm iranlı, həm də digər …
Read More »Britaniya Hörmüz boğazının minalardan təmizlənməsi üçün baza hazırlayıb
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin “RFA Lyme Bay” böyük desant gəmisi Hörmüz boğazının minalardan təmizlənməsinə hazırlıq çərçivəsində minaaxtaran pilotsuz aparatların üzən buraxılış bazasına çevrilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Sunday Times” nəşri hərbi mənbələrə istinadən məlumat yayıb. “Bu qabaqlayıcı addım ticarət gəmiçiliyinin normal axınının bərpasında kömək tələb olunacağı təqdirdə, nazirlərə fəaliyyət variantları verir”, – mənbələr qeyd edib. “Lyme Bay”ın …
Read More »İran Yaxın Şərqdəki Amerika universitetlərini vurmaqla hədələyib
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Vaşinqton İran universitetlərinə edilən hücumları pisləməsə, Yaxın Şərqdəki Amerika universitetlərinə hücum edəcəyi ilə hədələyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb. Korpusun bəyanatına görə, ABŞ administrasiyasının İran universitetlərinə edilən hücumları pisləmək üçün 30 mart Tehran vaxtı ilə saat 12:00-a qədər vaxtı var. Əks halda, regiondakı Amerika təhsil müəssisələri hdəfə çevrilə bilər, …
Read More »Tramp: İranda zərbə endirməli olduğumuz 3 500-dən çox hədəf qalıb
ABŞ hərbçiləri İranda hələ 3 500-dən çox hədəfi vurması lazımdır. Boyukmillet.com-un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Mayamidə keçirilən investisiya forumunda bildirib. “Bizim 3 554 hədəfimiz qalıb və bu, kifayət qədər qısa zamanda həyata keçiriləcək”, – o deyib. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq …
Read More »Tailand Hörmüz boğazı vasitəsilə neftin təhlükəsiz daşınması üçün İranla danışıqlar aparıb
Banqkok Tehranla neftin Hörmüz boğazı vasitəsilə daşınması üçün təhlükəsiz marşrutun qorunması məsələsinə dair danışıqlar aparıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Tailandın Baş naziri Anuthin Çanvirakun mətbuat konfransında çıxış edərkən bildirib. Onun sözlərinə görə, hökumət Tailandın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün səylərini artırıb, əsas amillərdən biri isə İranla neftin Hörmüz boğazı vasitəsilə təhlükəsiz nəql marşrutlarının qorunması ilə bağlı danışıqlar …
Read More »Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı
ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı dünyanın ən güclü qeyri-nüvə silahlarından biri hesab olunan “GBU-57” (Massive Ordnance Penetrator – MOP) bunker əleyhinə bombaları ilə sarsıdıcı zərbələr endirib.Boyukmillet.com xəbər verir ki, hədəf birbaşa olaraq ballistik raketlərin saxlandığı nəhəng yeraltı anbarlar olub.Təxminən 14 ton ağırlığında olan bu “super-bombalar” beton və bərk süxurların 60 …
Read More »İsrail ordusu kəskin kadr çatışmazlığı yaşayır – Baş Qərargahdan xəbərdarlıq
İsrail Müdafiə Qüvvələrinin (İMQ) mövcud kadr çatışmazlığına həll yolu tapılmasa, tezliklə müdafiədə böyük problemlərlə üzləşə bilər. Boyukmillet.com xəbər verir ki, bu xəbərdarlıqla İMQ Baş Qərargah rəisi Eyal Zamir təhlükəsizlik məsələləri ilə bağlı kabinet iclasında çıxış edib. O, İMQ-nin dağıla biləcəyini və bu məsələnin həll edilməli olduğunu bildirib. “The Jerusalem Post” qəzetinin yazdığına görə, İMQ mənbələri həmçinin nəşrə bildiriblər ki, xüsusilə …
Read More »Pentaqon Yaxın Şərqə 10 minlik quru qoşunu göndərməyə hazırlaşır
ABŞ prezidenti Donald Trampın İranla danışıqlarda irəliləyiş barədə açıqlamaları fonunda Pentaqon Yaxın Şərqə təxminən 10.000 əsgər göndərməyi nəzərdən keçirir. Boyukmillet.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yayıb. Mənbələrə görə, bölgədəki Amerika qoşunlarının gücləndirilməsinə artıq yerləşdirilən 5000 dəniz piyadası və bir neçə min desantçıdan əlavə piyada və zirehli texnika da daxil ola bilər.
Read More »Aİ Rusiyadan nüvə yanacağına qoyulan qadağanı yenidən nəzərdən keçirməyəcək
Avropa İttifaqı (Aİ) Yaxın Şərq münaqişəsinin səbəb olduğu enerji böhranına və Macarıstanın etirazlarına baxmayaraq, Rusiya enerji daşıyıcılarından, o cümlədən nüvə yanacağından imtina edilməsi üzrə strateji xəttini qoruyub saxlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Komissiyasından Rusiyanın “İzvestiya” qəzetinə bildiriblər. “Komissiya Rusiyanın nüvə enerjisindən asılılığın mərhələli şəkildə dayandırılması barədə təklifin hazırlanması üzərində işləyir. Bu iş aktiv mərhələdədir”, – məlumatda bildirilir. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar