Bazar , 15 Noyabr 2026

Digər ölkələr

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirmək istədilər

Azərbaycandan Gürcüstana qanunsuz mal keçirməsinin qarşısı aınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Sərhəd Nəzarətinin “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan Gürcüstan istiqamətinə hərəkət edən iki “MAN” markalı yük nəqliyyat vasitəsi sərhəd naryadı tərəfindən təkrar yoxlamaya cəlb olunub. Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitələrinin yük sənədlərində gips daşındığı göstərilsə də, 240 ədəd (24 kiloqram) qəlyan tütünü, 1119 ədəd …

Read More »

Media: Rusiya NATO-nun hərbi təlimlərini izləyib

Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələri Şotlandiya sahillərində NATO-nun hərbi təlimlərini izləyən Rusiyaya məxsus kəşfiyyat gəmisinin fəaliyyətini nəzarətdə saxlayıb. Boyukmillet.com “The Telegraph”a istinadla xəbər verir ki, Rusiyanın “Viktor Leonov” adlı kəşfiyyat gəmisi Şotlandiyanın Outer Hebrid adaları yaxınlığında müşahidə edilib. Gəminin hərəkətini izləmək üçün Britaniya Hərbi Dəniz Qüvvələrinin “Merlin” helikopterləri səfərbər olunub.Britaniya Hərbi Dəniz Qüvvələrinin noyabrın 2-də yaydığı məlumata əsasən, “Vişnya” …

Read More »

ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib

ABŞ Hərbi Hava Qüvvələri İsrail hava bazalarına ən azı 47 tanker təyyarəsi yerləşdirib ki, bunlar İrana qarşı zərbələr zamanı strateji və taktiki hava əməliyyatlarını dəstəkləmək üçün istifadə edilə bilər. Boyukmillet.com Britaniyanın “Military Air Tracking Alliance” (MATA) aviasiya resursunun məlumatlarına istinadən xəbər verir ki, bu barədə peyk görüntülərindən əldə olunan məlumatlarda bildirilir. Görüntülərə əsasən, hazırda Negev səhrasındakı Ramon aviabazasında ABŞ-yə məxsus …

Read More »

İranla bağlı aralarında fikir ayrılığı yarandı

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının detalları məlum olub. Bu barədə “Axios” nəşri ABŞ və İsrail rəsmilərinə istinadən xəbər verir. Qeyd olunub ki, Netanyahu telefon danışığı zamanı noyabrın 3-də keçiriləcək aralıq konqres seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatların bərpa olunmasını istəyib. Məlumata görə, Netanyahu Vaşinqtonun Tehranla apardığı danışıqlardan narahatdır və ABŞ-ın diplomatik …

Read More »

Zelemski Putinlə Türkiyədə görüşməyə hazıram DEYİB

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bildirib. Zelenski bu barədə “CNN Türk” telekanalına müsahibəsində danışıb. O, danışıqların başlanması üçün çevik hərəkətə keçməyin vacibliyini vurğulayıb. Xüsusilə Qara dənizdə təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətinə diqqət çəkib. Zelenskinin sözlərinə görə, Qara dənizdə təcili olaraq təhlükəsiz dəhliz açılmalıdır. O, hazırda 4 gəminin Rusiya hücumlarına məruz qaldığını bildirib. “Prezident Ərdoğan …

Read More »

Dmitri Şuqayev açıqladı: Rusiya və Azərbaycan arasında geniş hərbi-texniki PROQRAM İMZALANDI!

Rusiya Federasiyası Azərbaycan Ordusunun silahlanmasında olan zirehli tank texnikasının təmiri və xidməti üçün nəzərdə tutulmuş infrastrukturun tikintisi və modernləşdirilməsində Bakıya köməklik göstərəcək.Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev “Zvezda” telekanalının efirində məlumat verib. Xidmət rəhbərinin sözlərinə görə, tərəflər arasında artıq müvafiq kompleks saziş imzalanıb: “Azərbaycan ordusunun arsenalında yer alan zirehli texnikanın təmiri …

Read More »

Rusiya Ermənistanın NATO yönümlü diplomatını RƏDD ETDİ- Qalmaqal

Ermənistan hakimiyyətinin Rusiyadakı diplomatik missiyasının rəhbərliyini dəyişmək cəhdi uğursuzluqla nəticələnib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Məlumata görə, Moskva Ermənistanın yeni səfiri kimi təklif olunan Samvel Mkrtçyanın namizədliyini təsdiqləməkdən (aqreman verməkdən) rəsmən imtina edib.   Söhbət əvvəllər Ermənistanın Polşadakı səfiri olmuş və ölkənin NATO yanında missiyasına rəhbərlik etmiş diplomat Samvel Mkrtçyandan gedir. Onun ötən yay istefaya göndəriləcəyi …

Read More »

Samara vilayətindəki iri neft emalı zavoduna PUA-larla hücum edilib

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Samara vilayətində yerləşən Novokuybışevsk neft emalı zavoduna hücum edib.Bu barədə Ukraynanın “UNIAN“ məlumat yayıb.Hücum nəticəsində zavodun ərazisində güclü yanğın baş verdiyi bildirilir. Hadisə ilə əlaqədar Samara hava limanının fəaliyyəti də məhdudlaşdırılıb.Məlumata görə, Novokuybışevsk neft emalı zavodu Volqaboyu regionunun ən böyük neft emalı müəssisələrindən biridir. Zavodun illik neft emalı gücü 8–9 milyon ton təşkil …

Read More »

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin mətninin dövlət əleyhinə olduğunu hesab edir. Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib. “Bu mətnlə müstəqil dövlətin mövcudluğu qeyri-mümkündür”, – Paşinyan deyib. O qeyd edib ki, ölkənin yeni Konstitusiyasının qəbul edilməsi “Mülki müqavilə” partiyasının seçkiqabağı proqramına daxil idi. Baş nazir əlavə edib ki, konstitusiyanın yeni layihəsi yaxın …

Read More »

Fransada etirazların vurduğu zərər 1 milyard avronu keçdi

Fransada aksiya iştirakçılarının 17-18 oktyabr tarixində keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşlar və qarətlər böyük maddi ziyana səbəb olub. Fransanın Dövlət İdarəçiliyi və Siyasəti üzrə Tədqiqatlar Fondunun (IFRAP) hesablamalarına görə, ümumi zərər təxminən 1,1 milyard avro təşkil edə bilər. Bunun 910 milyon avrosu birbaşa maddi zərər, 190 milyon avrosu isə biznes fəaliyyətinin dayanması nəticəsində yaranan itkilərdir. Hadisələr zamanı ölkə …

Read More »