Böyük Britaniya Xarici İşlər Nazirliyi oktyabrın 8-də Rusiyaya qarşı tətbiq edilən sanksiya rejimini növbəti dəfə genişləndirdiyini rəsmən bəyan edib.Boyukmillet.com xəbər verir ki, Londonun yeni məhdudiyyət paketinə ümumilikdə 38 yeni mövqe-23 hüquqi şəxs (şirkət), 3 fiziki şəxs və 12 dəniz gəmisi daxil edilib. Sanksiya siyahısına salınan iri subyektlər arasında Rusiyanın dövlət neft-qaz nəhəngi “Zarubejneft” ASC və “Stoliçnıy Kredit” bankı da yer …
Read More »Pezeşkiandan Azərbaycanla bağlı diqqətçəkən AÇIQLAMA
İranın Xoy şəhərində böyük sufi şairi və mütəfəkkiri Şəms Təbrizinin xatirəsinə ucaldılmış abidənin və onun adını daşıyan mədəniyyət kompleksinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində çıxış edən İran Prezidenti Məsud Pezeşkian Şəms Təbrizi kompleksi və məqbərəsinin tədqiqat, dialoq, eləcə də mistik təfəkkür irsinin araşdırılması üçün beynəlxalq mərkəzə çevrilə biləcəyini bildirib. Pezeşkian Şəms Təbrizinin adını Azərbaycanla İran, eləcə də …
Read More »Tehrandan Vaşinqtona DƏHŞƏTLİ İDDİA: “İran ABŞ-nin 81 hərbi təyyarəsini məhv edib”
İranın Xarici İşlər Naziri Abbas Əraqçi sosial şəbəkə hesabında Birləşmiş Ştatların hərbi itkiləri ilə bağlı qalmaqallı bəyanatla çıxış edib.Boyukmillet.com xəbər verir ki, diplomat ABŞ Konqresinin Tədqiqat Xidmətinin (CRS) hesabatlarına istinadən İran Silahlı Qüvvələrinin vurub sıradan çıxardığı ABŞ hərbi təyyarələrinin sayının 81-ə çatdığını iddia edib. Əraqçi paylaşımında bildirib: “May ayında ABŞ Konqresinin Tədqiqat Xidməti İran Silahlı Qüvvələrinin 42 ABŞ hərbi təyyarəsini …
Read More »İraq neftinin Suriya ərazisi ilə daşınmasına başlanır
Suriya hökuməti tezliklə İraq neftinin Hörmüz boğazından kənar marşrutla nəqli üçün quru yolu ilə tranzit marşrutu barədə Bağdadla müqavilə imzalayacaq. Boyukmillet.com xəbər verir ki, məlumatı dövlətə məxsus Suriya Neft Şirkətinin baş direktoru Yusif Kiblavi Bloomberg-ə verdiyi müsahibədə açıqlayıb: “Mən İraq neftinin Suriya vasitəsilə yük maşını ilə ixracının tezliklə başlayacağını gözləyirəm; iki hökumət arasında razılaşma demək olar ki, bağlanıb”. Kiblavi “ilk …
Read More »Pezeşkian İranın üzvü olmadığı MDB sammitinə buna görə dəvət edilib
Sabah Türkmənistanda Müstəqil Dövlətlər Birliyi dövlət başçıları Şurasının geniş tərkibli iclası keçiriləcək. İran Prezidenti Məsud Pezeşkian ilk dəfə Türkmənistanda keçiriləcək MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında iştirak edəcək. Rusiya mediası xəbər verir ki, bu barədə ölkə Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. “MDB tarixində ilk dəfə olaraq geniş tərkibli iclasa İran Prezidenti Məsud Pezeşkian dəvət edilib. O, …
Read More »Hörmüz boğazında tankerə hücum zamanı 12 dənizçi yaralanıb
Panama bayrağı altında üzən “On Peace” tankeri Hörmüz boğazından keçməyə cəhd edərkən atəşə tutulub, nəticədə 12 heyət üzvü yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kommersant” Hindistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb. “Ticarət gəmisinə bugün edilən hücumu pisləyirik… 19 heyət üzvündən 17-si Hindistan vətəndaşıdır. Məlumdur ki, 12 heyət üzvü, o cümlədən 11 Hindistan vətəndaşı yaralanıb”, – qurumdan bildirilib. …
Read More »Nikolas Maduronun ABŞ-də həbsdə olan arvadının vəziyyəti pisləşir
Venesuelanın sabiq rəhbəri Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ürəyində problem səbəbindən əməliyyat olunmasına zərurət yaranıb, lakin ABŞ həbsxanasında belə bir cərrahi müdaxilədən sonra tam sağalma üçün şərait yoxdur. Bu barədə Siliya Floresin oğlu Nikolas Maduro Qerra “France-Presse” agentliyinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, Floresə prolaps (hər hansı bir bədən üzvünün və ya toxumanın təbii yerindən sürüşərək aşağı düşməsi …
Read More »ABŞ bu il 180 milyard dollar tarifi geri qaytarmalı oldu
Vaşinqton administrasiyası 2026-cı ildə təxminən 180 milyard dollarlıq tarifləri geri qaytarmaq məcburiyyətində qalıb. Boyukmillet.com xəbər verir ki, məlumatı ABŞ Maliyyə Naziri Skott Bessent Pensilvaniyada keçirilən tədbirdə açıqlayıb: “Biz 2025-ci ildə büdcə kəsirinin ÜDM-ə nisbətini azaltdıq, amma mən bu il 180 milyard dollarlıq tarif gəlirini geri qaytarmalı oldum”. Bessent əlavə edib ki, “bu, bir daha baş verməyəcək”: “İnanıram ki, kəsiri və …
Read More »Türkiyə bu silahları Ukraynaya VERİR
Türkiyənin müdafiə istehsalçısı Aselsan bu il Ukraynaya “Korkut” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin bir partiyasını çatdırıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Middle East Eye” portalı yayıb. Transfer edilən sistemlərin dəqiq sayı açıqlanmayıb. Qeyd edək ki, “Korkut” sisteminə üç döyüş maşını və bir komanda məntəqəsi daxildir. Tərtibatçı sistemin kamikaze dronlarına qarşı təsirli olduğunu bildirir. Portalın məlumatına görə, Kiyev bu il …
Read More »ABŞ-də itkin düşən təyyarənin sərnişinlərinin axtarışları dayandırılıb
ABŞ Sahil Mühafizəsi Nantaket adası (Massaçusets ştatı) sahillərində itkin düşmüş təyyarənin altı sərnişininin iki gün davam edən axtarışlarını dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. “Sahil Mühafizəsi Nantaket adası sahillərində itkin düşmüş tibbi nəqliyyat təyyarəsinin altı sərnişininin axtarışlarını dayandırıb. Təyyarənin göyərtəsində altı sərnişin, o cümlədən dörd Kanada və iki Bermud adaları vətəndaşı olub. Həlak olanların …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
