Bazar , 11 Yanvar 2026

Digər ölkələr

Barselona susuz qala bilər

Kataloniya Jeneralitatı Sau su anbarından balıq tutmaq üçün xüsusi tədbir elan edib. Belə ki, kommunal işçilər tonlarla balıq tutmalıdırlar. Bu vəziyyət bölgədəki qlobal quraqlıq səbəbindən inkişaf edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “El Pais” nəşri yazıb. Belə ki, su anbarını təşkil edən çay dayazlaşdıqdan sonra balıqlar oksigen çatışmazlığından öləcəklər. Ölü balıqlar su anbarına düşdüyü üçün çürüməyə başlayacaq və Barselonanın …

Read More »

Mariupolda Ermənistan bayrağı olan “humanitar karvan” görüntülənib

Rusiya hərbçiləri tərəfindən işğal edilən Ukraynanın Mariupol şəhərində üzərində Ermənistan bayrağı olan “humanitar karvan” görüntülənib. Boyukmillet.com xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko özünün teleqram kanalında bildirib. Onun sözlərinə görə, yük avtomobillərini sayrışan mayakları olan avtomobillər müşayiət edib. “İlyiç istiqamətində Ermənistanın, Dağıstanın bayraqları olan, üzərində “humanitar missiya” yazısı olan dörd yük avtomobili görüntülənib”. t.me/andriyshTime/7846

Read More »

Si Cinpin: “Heç bir ölkə digərlərindən üstün deyil”

“Qlobal səhnədə heç bir ölkənin bütün mövcud dünya nizamını müəyyən edən həlledici səsi yoxdur”. Boyukmillet.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpinin “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində deyilir. “Beynəlxalq ictimaiyyət yaxşı bilir ki, dünyada heç bir ölkə digərlərindən üstün deyil. Heç bir universal idarəetmə modeli və həlledici sözün bir ölkəyə məxsus olduğu dünya nizamı yoxdur. Planetdə …

Read More »

Ağ Ev: “ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir”

Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Fox News”a danışıb. “Bu görüş (Çin Xalq Respublikasının sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putinin görüşü – Red) hər hansı atəşkəs çağırışına səbəb olarsa, bu, qəbuledilməz olacaq. Çünki bu, yalnız bu günə qədər Rusiyanın qazanclarını ratifikasiya edəcək, Putinə yeni …

Read More »

Tayvanın keçmiş rəhbəri Çinə səfər edəcək

Tayvan administrasiyasının keçmiş rəhbəri Ma İnszyu (2008-2016-cı illər) martın 27-dən aprelin 7-dək Çinin bir neçə şəhərinə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “The China Times” məlumat yayıb. Qeyd olunub ki, o, 1949-cu ildən bəri belə bir səfər edən ilk Tayvan administrasiyasının keçmiş rəhbəri olacaq. Nəşrin məlumatına görə, siyasətçi Nankin, Uhan, Çanşa, Çonqsin və Şanxay şəhərlərinə səfər etməyi planlaşdırır. …

Read More »

Britaniya Polşaya qırıcılarla bağlı kömək edəcək

“Varşava MiQ-29 qırıcılarını Kiyevə təhvil verdikdən sonra Böyük Britaniya Polşaya Hərbi Hava Qüvvələrinin gücünü artırmağa kömək etməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi deyib. “Biz Polşanın boşluqları doldurmaq istəyinə son dərəcə müsbət yanaşacağıq. Varşava ilk dəfə Ukraynaya T-72 əsas döyüş tanklarını verəndə biz onlara “Challenger 2” tanklarını verdik. …

Read More »

Banqladeşdə avtobus aşıb, 16 nəfər ölüb

Banqladeşdə sərnişin avtobusunun küvetə aşması nəticəsində azı 16 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə CGTN məlumat yayıb. Hadisə martın 19-da səhər saatlarında Dəkkə-Mava-Bhanqa avtomobil magistralında baş verib. Qəza nəticəsində daha 30 nəfər xəsarət alıb. Hadisə yerində xilasetmə işləri aparılır.

Read More »

Vuçiç: “Belqrad və Priştina bir neçə mövqedə razılığa gəliblər”

Şimali Makedoniyanın Oxrid şəhərində keçirilən danışıqlarda Belqrad və Priştina bir sıra mövqelərdə razılaşıb. Boyukmillet.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç jurnalistlərə açıqlamasında deyib. “Razılaşdığımız bir neçə maddə hər iki tərəf üçün, Belqrad və Priştina üçün həyata keçirmə planının çərçivəsinə çevriləcək. Vacibdir ki, biz Avropa Şurası bu yolda, ciddi, uzun və davamlı bir prosesdə olduğunu razılaşdırsın və bir və ya beş …

Read More »

İstanbul Dünya Xor Musiqisi Simpoziumuna ev sahibliyi edəcək – VİDEO

Konqres turizminin qabaqcıl destinasiyalarından biri olan İstanbul 25-30 aprel tarixlərində Dünya Xor Musiqisi Simpoziumuna (WSCM) ev sahibliyi edəcək. Boyukmillet.com xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi edəcəyi simpozium, Atatürk Mədəniyyət Mərkəzi başda omaqla Beyoğlunun tarixi məkanlarında dünyanın ən yaxşı xor kollektivlərini və ekspert natiqlərini bir araya gətirəcək. Konqres turizmində (MICE) dünyanın aparıcı şəhərlərindən biri olan İstanbul, bənzərsiz …

Read More »

Şimali Koreya Yapon dənizinə növbəti ballistik raket atıb

Şimali Koreya Yapon dənizinə ballistik raket atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən yazıb. “Seul hərbçiləri Şimali Koreyanın Yapon dənizinə naməlum ballistik raket atdığını bildirib”, – xəbərdə deyilir. Daha sonra, ballistik raketin buraxılması faktı Yaponiya Sahil Mühafizəsi tərəfindən də təsdiqlənib. Onlar qeyd ediblər ki, raket hələ də uçuşdadır, ehtimal ki, o, dik trayektoriya ilə …

Read More »