Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Britaniyanın daxili işlər naziri istintaqa cəlb oluna bilər

Böyük Britaniyanın daxili işlər naziri Svella Braverman müxalifət partiyalarının nümayəndələrinin tələbi ilə sürət həddinin aşılması işi üzrə istintaqa cəlb oluna bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Leyboristlər və Liberal Demokratlar baş nazirin nazirlərin maraqları üzrə müşaviri Lori Maqnus tərəfindən hadisələnin araşdırılmasını tələb ediblər. Qaydalara əsasən, Baş nazir Rişi Sunak etika üzrə məsləhətçisinə Leyboristlərin iddiasını araşdırmaq üçün göstəriş verməli olacaq.

Qeyd olunub ki, Braverman 2022-ci ilin iyulunda sürət həddini aşdığına görə cərimələndikdən sonra şəxsi sürücülük kursu təşkil etmək xahişi ilə tabeliyində olanlara müraciət edib.

Məsələ burasındadır ki, kursu keçmək Bravermana cərimə xallarının hesablanmasından yayınmağa imkan verəcək. Müxalifət isə nazirin bu hərəkətlərini vəzifəsindən sui-istifadə kimi qiymətləndirib.

Check Also

Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər

NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola …