“Belarus ərazisindən Ukraynaya hücum üçün istifadə edilərsə, ABŞ və onun müttəfiqləri Minskə qarşı tədbir görəcəklər”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays növbəti brifinqdə deyib. Onun sözlərinə görə, Rusiya qoşunları Belarus ərazisində daimi yerləşərsə, NATO Belarusla həmsərhəd ölkələrdə öz qüvvələrinin düzülüşünə yenidən baxmalı ola bilər: “Biz həmçinin Belarusa açıq şəkildə bildirdik ki, ərazisinin Ukraynaya hücumu …
Read More »İraqda törədilən terror aktı nəticəsində bir neçə hərbçi həlak olub
İŞİD terrorçularının İraqda törətdiyi terror aktı nəticəsində azı bir neçə hərbi qulluqçu həlak olub. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə Kərkükün cənubunda Dakuk rayonunda qeydə alınıb. Yerli polis faktı təsdiqləyib. Qeyd edilir ki, uzaqdan idarə olunan bomba hərbi maşının keçdiyi yolda partladılıb. Partlayış nəticəsində 3 hərbi qulluqçu həlak olub, daha 1 əsgər yaralanıb. Qeyd edək ki, …
Read More »Rusiyada dollar kəskin bahalaşdı
Moskva birjasında bu gün dollar kəskin bahalaşıb. Boyukmillet.com xəbər verir ki, 1 dollar 1,5 rubl bahalaşaraq, 78,91 rubla çatıb. Avro isə 1,56 rubl qalxıb və 89,43 rubl olub. Qeyd edək ki, bu, 2020-ci il martından bəri ən yüksək göstəricidir.
Read More »Aleksandr Lukaşenko: “Belarusun işğalına imkan vermərəm”
“Belarusun işğal edilməsinə mən heç vaxt imkan vermərəm”. Boyukmillet.com BelTa-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lappo ilə görüşündə bildirib. “Mən heç vaxt rəqiblərimlə mübahisə etmək səviyyəsinə enməmişəm, amma bu gün “Belarus işğal edilib” ifadəsinin oxuyandan sonra təəccübləndim. Baş komandan olaraq mən fikir verməmişəm. Bəlkə “Belarusun işğalı” xəbərini sən mənə verməyibsən?”,- Aleksandr …
Read More »Malidəki Fransa bazası raket atəşinə tutulub
Malinin şimalındakı Fransa bazası raket atəşinə tutulub. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, hərbi bazada missiyanı yerinə yetirən 20 italyan əsgərindən xəsarət alan olmayıb. Bazanın rəhbəri Lorenzo Guerini vəziyyətin inkişafını diqqətlə izləyir. Fransanın Malidəki əsas hərbi bazası Qao bölgəsində yerləşir. Bölgə həm də Fransanın 2013-cü ildən Malidə keçirdiyi Barkhane əməliyyatının mərkəzi hesab olunur.
Read More »Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb
Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb. Yaralı sayı 226 nəfər təşkil edir. Yanvarın 21-də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə husilərin qiyam qaldırdığı həbsxanaya hava zərbələri endirib. İlkin məlumatlarda 70 nəfərin öldüyü, 140-a yaxın insanın yaralandığı bildirilirdi. Xilasedicilər dağıntılar altından qurbanları və ölənlərin meyitlərini çıxarmaqda davam edir. …
Read More »ABŞ-dan Ukraynaya birinci əlavə hərbi yardım göndərilib
ABŞ-dan Ukraynaya birinci əlavə hərbi yardım göndərilib. Boyukmillet.com xəbər verir ki, məlumat ABŞ-ın Ukraynadakı səfirliyinin tviter səhifəsində paylaşılıb. Bildirilib ki, 90 tona yaxın uçuş aparatı, o cümlədən Ukraynanın cəbhə xəttinin müdafiəçilərinə döyüş sursatı göndərilib. “Bu yardım Rusiyanın artan təcavüzü fonunda ABŞ-ın Ukraynanın müdafiə qabiliyyətini gücləndirməsinə sədaqətli qaldığını nümayiş etdirir”, səfirlikdən vurğulanıb.
Read More »Kolumbiya mətbuatı 20 Yanvar faciəsi barədə yazıb
Kolumbiyanın nüfuzlu xəbər agentliklərindən “LaOtraCara” portalında tanınmış kolumbiyalı jurnalist Roberto Trobaxonun 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Azadlıq uğrunda iztirablar” başlıqlı məqaləsi dərc olunub. Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, yazıda 1990-cı ilin 19 yanvar tarixindən 20-ə keçən gecə Sovet İttifaqının o vaxtkı rəhbəri, müəllifin “saxta sülhpərvər” adlandırdığı Mixail Qorbaçovun göstərişi ilə 26 minlik sovet qoşununun Bakıya daxil olaraq …
Read More »Kolumbiyada iki silahlı hücum olub, ölənlər və yaralananlar var
Kolumbiyanın şimalındakı Antiokiya departamentinin El-Baqre bələdiyyəsinə naməlum şəxslərin hücumu nəticəsində azı iki polis ölüb, bir polis əməkdaşı yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “El Espectador” qəzeti məlumat yayıb. Məlumata görə, naməlum şəxslər partlayıcı qurğuların köməyi ilə patrul əməkdaşlarına hücum ediblər. Ehtimal olunur ki, cinayətin arxasında “Gulf Clan” cinayətkar dəstəsinin üzvləri dayanır. Polis bildirib ki, hücum bu həftənin əvvəlində təşkilatın …
Read More »BMT baş katibi Rusiya və Ukrayna arasında eskalasiyadan narahatdır
BMT baş katibi Antoniu Quterreş Rusiya və Ukrayna arasında eskalasiyadan narahatdır. Boyukmillet.com xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib. “Quterreş tərəfləri dialoqa çağırmaqda davam edir”, – Dujarrik vurğulayıb. Sözçü əlavə edib ki, Quterreş yanvarın 21-də Cenevrədə Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında keçiriləcək görüşün gərginliyi azaldacağına …
Read More »