Donald Tramp ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün ölkənin ABŞ Federal Seçki Komissiyasının (FSK) ərizə yazıb. Boyukmillet.com xəbər verir ki, müvafiq sənəd FSK-nın saytında yerləşdirilib. D.Tramp namizədliyini Respublikaçılar Partiyasından irəli sürülüb. Yaxın vaxtlarda siyasətçi qərarını rəsmi şəkildə elan edəcəyi bir müraciətlə çıxış edəcək. Qeyd edək ki, 76 yaşlı Donald Tramp 2017-ci ildən 2021-ci ilə qədər ABŞ-ın 45-ci prezidenti olmuş amerikalı siyasətçi və biznesmendir.
Read More »KİV: Dövlət Departamenti Rusiya ilə Ukrayna arasında mümkün danışıqlar üçün zəmin hazırlayır
ABŞ Dövlət Departamenti hazırda Rusiya və Ukrayna arasında mümkün gələcək danışıqlar üçün zəmin hazırlayır, lakin Vaşinqton administrasiyası daxilində belə addımların zəruriliyi ilə bağlı fikir ayrılığı mövcuddur. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ administrasiyasının bir neçə nümayəndəsinə istinadən “Politico” qəzeti yazıb. “Pentaqonda çoxları düşünür ki, qış soyuğunun başlaması Ukrayna və Rusiya arasında danışıqlar üçün fürsət açacaq. Yüksək rütbəli hərbi məmurlar hesab …
Read More »Tacikistan və Qırğızıstan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələləri müzakirə edilib
Düşənbə şəhərində Tacikistan və Qırğızıstan hökumət nümayəndə heyətlərinin iki ölkə arasında ümumi sərhədin delimitasiyası və demarkasiyası üzrə növbəti birgə iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Tacikistanın “Xovar” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, iclasa Tacikistan və Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin (DKNB) rəhbərləri Saymumin Yatimov və Kamçıbek Taşiyev sədrlik edib. Görüşün yekunlarına dair protokol imzalanıb. Onun məzmunu …
Read More »Şarl Mişel: “Ukraynadakı münaqişəyə son qoyulması enerji böhranının həllinə kömək edəcək”
“Ukraynadakı münaqişəyə son qoyulması enerji böhranının həllinə kömək edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib. Onun sözlərinə görə, Ukraynadakı münaqişəyə son qoymaq qida və enerji sektorlarında böhranlardan çıxmaq üçün ən yaxşı yoldur: “Ərzaq və enerji böhranlarını aradan qaldırmağın ən yaxşı yolu Rusiyanı Ukraynadakı hərbi əməliyyatını dayandırmağa və BMT nizamnaməsinə hörmət etməyə məcbur etməkdir. G20 …
Read More »Əfqanıstan hərbçiləri Pakistan sərhədçilərinə atəş açıb, ölən və yaralananlar var
Əfqanıstanla sərhəddəki Spin-Boldak-Çaman sərhəd-keçid məntəqəsi ərazisində bu ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə baş verən atışma nəticəsində Pakistanın Sərhəd Korpusunun bir əsgəri həlak olub, daha ikisi yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə bazar günü axşam “Geo” telekanalı məlumat yayıb. Qeyd edilir ki, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin əməkdaşları nəzarət-buraxılış məntəqəsində vəzifəsini yerinə yetirən pakistanlı sərhədçilərə atəş açıb. Əfqanıstan tərəfinin itkiləri barədə məlumat verilmir. Telekanalın …
Read More »Bayden Cənubi Koreya və Yaponiya liderləri ilə Ukraynaya yardımın genişləndirilməsini müzakirə edib
ABŞ Prezidenti Cozef Bayden Yaponiyanın Baş naziri Fumio Kişida və cənubi koreyalı həmkarı Yun Seok-Yeol ilə Ukraynaya koordinasiyalı dəstəyin genişləndirilməsi məsələsini müzakirə edib. Ağ Ev rəhbəri, həmçinin qeyd edib ki, Seul və Tokio Pxenyanın raket buraxılışları ilə bağlı Vaşinqtonun narahatlığını bölüşən kritik müttəfiqlərdir. Fumio Kişida isə bildirib ki, ölkəsi ABŞ və Cənubi Koreya ilə münasibətləri daha da gücləndirmək istəyir.
Read More »Niderland Ukraynaya 110 milyon avro ayıracaq
Niderland Ukraynaya qışa hazırlıq üçün 110 milyon avro ayırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Niderland hökumətinin yaydığı məlumatda deyilir. Vəsait ölkədə sığınacaqların təşkili, dağılmış evlərin təmiri, qaz və elektrik enerjisinin alınmasına sərf olunacaq. Maliyyənin bir hissəsi birbaşa Ukraynanın zədələnmiş enerji şəbəkəsinin təmiri üçün ehtiyat hissələrin alınmasına yönəldiləcək. Tranş kabinetin oktyabrda Ukraynaya göndərəcəyinə söz verdiyi 70 milyon avroya əlavədir. Maliyyələşdirmə …
Read More »Aİ və beynəlxalq banklar Ukraynadan taxıl ixracı üçün bir milyard avro ayırır
Avropa İttifaqı və beynəlxalq banklar Ukraynadan taxıl ixracı üçün bir milyard avro ayırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə bildirib. Lyayen qeyd edib ki, Dünya Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının qoşulduğu bu maliyyə tranşının 250 milyon avrosu Avropa İttifaqı tərəfindən ayırılacaq. O, vurğulayıb ki, bu pullar, xüsusən də …
Read More »Zelenski: “Xüsusi təyinatlılarımız artıq Xersondadır”
“Bizim xüsusi təyinatlılar artıq Xersondadır”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Bu gün tarixi gündür. Biz Xersona qayıdırıq. Hazırda müdafiəçilərimiz şəhərin kənarındadır, hələ çox az qalıb və daxil olmağa başlayırıq. Xerson sakinləri gözləyiblər”, – dövlət başçısı vurğulayıb.
Read More »Gələn həftə 50-yə yaxın ölkənin müdafiə nazirləri Ukraynaya yardımı müzakirə edəcək
Gələn həftə 50-yə yaxın ölkənin müdafiə nazirləri Ukraynaya yardımı müzakirə edəcək. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib. O deyib ki, Birləşmiş Ştatlar gələn həftə Ukraynaya hərbi yardımın göstərilməsini əlaqələndirən Qərb ölkələri tərəfindən yaradılan qrupun növbəti iclasını keçirmək niyyətindədir. Ukraynaya hərbi yardım üzrə təmas qrupunun sayca yeddinci iclasında Ukraynanın suverenliyini qorumaq …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
