Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

İsrailin Ben-Qurion hava limanından uçuşlar dayandırılıb

İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanından uçuşlar dayandırılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail hava limanlarının həmkarlar ittifaqlarının lideri, “Likud” Partiyasının üzvü Pinxas İdan məlumat verib.

“Hava limanında uçuşların dərhal dayandırılması ilə bağlı əmr verdim”, – o deyib.

Qeyd edək ki, “Histadrut”un sədri Arnon Bar-Davidin hökumətin mübahisəli məhkəmə islahatına qarşı işçilərin tətilini elan etməsindən bir neçə dəqiqə sonra Pinxas İdan uçuşların dayandırıldığı barədə məlumat verib.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …