Bazar ertəsi , 12 Yanvar 2026

Digər ölkələr

ABŞ nüvə arsenalını artırmaq fikrində deyil

ABŞ Prezidenti Cozef Baydenin rəhbərlik etdiyi Amerika administrasiyası Rusiya və Çinlə silahlanma yarışını istəmir və ABŞ-ın nüvə arsenalını artırmaq fikrində deyil. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib. “Deyərdim ki, daha çox silah istehsal etmək həll yolu deyil”- deyə, o bildirib. Cenkins xatırladıb ki, Vaşinqton və Moskva artıq silahlanma …

Read More »

NATO Rusiya və İrana xəbərdarlıq edib

“Rusiya Ukraynanı öz ərazisində “çirkli bomba” istifadə etməkdə günahlandırır. Bu yalandır”. Boyukmillet.com NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.O, NATO-nun bu cür saxta ittihamları rədd etdiyini bildirib: “Rusiya tez-tez başqalarını günahlandırır. Biz Suriyadan tutmuş Ukraynayadək bu tendensiyanın şahidi oluruq. Rəsmi Moskva durumu daha da gərginləşdirməmək üçün belə bəhanələrdən əl çəkməlidir”.Y.Stoltenberq vurğulayıb ki, dünya …

Read More »

Fransa Senatının ermənipərəst qətnaməsinə qarşı petisiya üçün imza toplanır

Fransada yaşayan azərbaycanlılar baxılması üçün bu ölkənin parlamentinin yuxarı palatasına təklif edilmiş anti-Azərbaycan qətnaməsi ilə bağlı Fransa Senatına və xalqına petisiya üçün imza toplayır. İndi 32,5 mindən çox imza toplanıb ki, bu isə lazımi sayın yarısından çoxu deməkdir. “Boyukmillet.com” xəbər verir ki, Senatın 6 üzvünün təklif etdiyi qətnamə özündə Azərbaycana qarşı ittihamları əks etdirir, həmçinin Fransa və digər Aİ ölkələrini …

Read More »

Şimali Koreya Cənubi Koreyanın xəbərdarlıq atəşinə raketlərlə cavab verib

Koreya Xalq Demokratik Respublikası Cənubi Koreyadan gələn xəbərdarlıq atəşinə cavab olaraq reaktiv yaylım atəş sistemindən 10 raket atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Koreya Xalq Ordusunun Baş Qərargahına istinadən məlumat yayıb.“Koreya Xalq Ordusunun Baş Qərargahı düşmən gəmisini geri çəkilməyə məcbur etmək üçün reaktiv yaylım atəş sistemindən 10 raket atılması əmri verib” – məlumatda deyilir.Qeyd …

Read More »

Qırğızıstanda iğtişaşlar hazırlayan keçmiş dövlət qulluqçuları saxlanılıb

Qırğızıstan Daxili İşlər Nazirliyi kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinən ondan çox keçmiş yüksək vəzifəli dövlət qulluqçularını saxlayıb. Boyukmillet.com xəbər verir ki, saxlanılan şəxslərlə bağlı Qırğızıstan Cinayət Məcəlləsinin “Kütləvi iğtişaşlar təşkil etməyə hazırlıq” maddəsi ilə cinayət işi başlanıb. Xüsusi istintaq hərəkətləri zamanı başlanmış cinayət işi çərçivəsində saxlanılan şəxslərin qanunsuz olaraq hakimiyyəti ələ keçirməklə kütləvi iğtişaşların təşkilində və hazırlanmasında iştirak etmələri barədə …

Read More »

Almaniyada yürüş-mitinqində İrandakı hakimiyyətin istefası tələb olunub

Almaniyanın paytaxtı Berlində İrandakı hakimiyyətin istefası tələbi ilə keçirilən yürüş-mitinqi gecə saatlarına kimi davam edib. Boyukmillet.com xəbər verir ki, yürüş-mitinqi Berlinin “Böyük Ulduz” (“Großer Stern”) meydanından start götürüb. Mitinqdə İrandakı hakimiyyət əleyhinə müxtəlif şüarlar səsləndirilib, hazırda həbsdə olan fəalların dərhal azadlığa buraxılması tələb olunub. Yürüş-mitinqində Almaniyada yaşayan azərbaycanlılar da fəal iştirak ediblər. Uzun illərdir Almaniyada yaşayan aktivist Fərhad Məcidzadə bildirib …

Read More »

İran Rusiyaya PUA-ların verilməsi ilə bağlı ittihamları qəbul etməyib

İran Ukraynadakı müharibədə istifadə üçün dronların Rusiyaya təhvil verilməsi ilə bağlı irəli sürülən ittihamları qəti şəkildə qəbul etməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “TASS” İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaniyə istinadən məlumat yayıb. Bundan əvvəl bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qapalı iclası keçirilib. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski İranın Rusiyaya pilotsuz uçuş aparatları …

Read More »

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ hökuməti Rusiyanın bir vətəndaşını, həmçinin Almaniya və Birləşmiş Ərəb Əmirliklərində yerləşən iki şirkət daxil olmaqla Rusiya əleyhinə sanksiyaların siyahısını genişləndirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, həmin şəxs və şirkətlər Amerika istehsalçılarından hərbi və milli təhlükəsizliyə həssas ikili istifadə texnologiyalarının alınması və onların Rusiyada son istifadəçilərə çatdırılması ilə məşğul olub. Məhdudiyyətlər …

Read More »

Çin vətəndaşlarını təcili olaraq Ukraynanı tərk etməyə çağırıb

Çinin Xarici İşlər Nazirliyi və Ukraynadakı səfirliyi hazırda bu ölkədə olan bütün vətəndaşlarını dərhal oranı tərk etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Çinin “Global Times” nəşri tviter hesabında məlumat yayıb. Nazirlik müraciətini “ciddi təhlükəsizlik vəziyyəti” ilə əsaslandırıb. Diplomatik nümayəndəliklərin əməkdaşlarının evakuasiyaya köməklik göstərəcəkləri söz verilib. Xarici İşlər Nazirliyi vurğulayıb ki, Çin Xalq Respublikasının Ukrayna səfirliyi hakimiyyət orqanlarının təxliyə …

Read More »

Suriyada orduya məxsus avtobusda partlayış törədilib, 18 hərbçi ölüb

Suriyanın Dəməşq əyalətində avtobusda partlayıcı qurğunun işə düşməsi nəticəsində ölkə ordusunun azı 18 hərbçisi ölüb. Boyukmillet.com “Regnum”a istinadən xəbər verir ki, məlumatı Suriyanın təhlükəsizlik orqanı yayıb. Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Read More »