Çərşənbə , 1 Aprel 2026

Digər ölkələr

Almaniya Ukraynadakı müharibəyə görə ötən il 100 milyard avro itirib

Almaniya Rusiya-Ukrayna müharibəsi və bununla əlaqədar Avropada elektrik enerjisi xərclərinin artması nəticəsində ötən il 100 milyard avro itirib. Boyukmillet.com xəbər verir ki, bunu Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) prezidenti Marsel Frasşer deyib. Onun sözlərinə görə, Ukraynadakı müharibə, eləcə də bununla bağlı elektrik enerjisi xərclərinin artması Almaniyaya ötən il iqtisadiyyatın məhsuldarlığının təxminən 2,5%-ə başa gəlib ki, bu da 100 milyard avroya …

Read More »

Şimali Koreya Yapon dənizinə ballistik raket atıb

Pxenyan bazar ertəsi Yapon dənizinə ballistik raket atıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Cənubi Koreya ordusuna istinadən “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, raket artıq dənizə düşüb. Bu arada, Yaponiya Sahil Mühafizəsi KXDR-dən daha iki ballistik raketin buraxıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Read More »

Braziliyada leysan yağışlar onlarla insanın həyatına son qoyub

Braziliyanın San-Paulu ştatının şimal sahillərində yağan güclü yağışlar nəticəsində azı 24 nəfər ölüb, onlarla insan itkin düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb. Son gün ərzində əraziyə bir aylıq yağıntı norması düşüb. Təbii hadisə çoxsaylı daşqın və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub. San-Paulu ştatının eyniadlı paytaxtını sahilyanı ərazilərlə və qonşu Rio-de-Janeyro ilə birləşdirən …

Read More »

Rusiyanın Ukraynadakı itkiləri 142 860-a çatıb

Rusiya ordusunun Ukraynadakı itkilərinin sayı 142 860 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Məlumata görə, son sutkada Rusiyanın 590 hərbçi məhv edilib. Qeyd olunub ki, bundan başqa Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 310 tank, 6 545 zirehli maşın, 2 016 operativ-taktiki PUA, 469 reaktiv yaylım atəşi sistemi, 2 327 artilleriya sistemi, …

Read More »

Texasda atışmada azı 4 nəfər ölüb

ABŞ-nin Texas ştatının Qalena Park şəhərində atışmada azı dörd nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə dairənin polisi Harris Ed Qonsales tviterdə bildirib. Bildirilib ki, dörd nəfərin hamısı yerindəcə ölüb. Yerli polis şöbəsinin şerifləri hadisə yerinə gəliblər. Hadisənin başvermə səbəbləri hələlik bəlli deyil.

Read More »

Argentina Ukrayna üçün humanitar yardım göndərib

Argentinanın Ukrayna üçün humanitar yardımı Polşaya yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb. “XİN-in tabeliyində olan və Sabina Frederik tərəfindən idarə olunan Argentinanın Beynəlxalq Əməkdaşlıq və Humanitar Yardım Agentliyinin rəhbərliyi öz ərazilərində hərbi münaqişədən zərər çəkmiş ukraynalılara yardımın 12-ci partiyasının göndərilməsində dəstək olub”, – məlumatda vurğulanıb. İdarə diqqətə çatdırıb ki, humanitar …

Read More »

Blinken: “Rusiya İrana müasir qırıcılar verə bilər”

“ABŞ administrasiyası hesab edir ki, Moskva Tehrana müasir Rusiya qırıcıları verə bilər ki, bu da İranı daha da təhlükəli ölkəyə çevirəcək”. Boyukmillet.com xəbər verir ki, bunu “CBS” telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken bildirib. O, bir daha təsdiq edib ki, İran Rusiyanı Ukraynada hərbi əməliyyatlar zamanı istifadə olunan pilotsuz uçuş aparatları ilə təmin edir. “Rusiya ilə İran arasında münasibətlər …

Read More »

ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə məruz qalıb

Suriyanın Deyr əz-Zor əyalətində yerləşən ABŞ hərbi bazası raket atəşinə məruz qalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Hücum nəticəsində yaralananlar və ölənlər barədə məlumat yoxdur. “Al Hadath” telekanalının məlumatına görə, Koniko və Əl Ömər yataqlarının yaxınlığında yerləşən bazanın uçuş-enmə zolağı hücuma məruz qalıb.

Read More »

Şimali Koreya qitələrarası ballistik raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) 989 km məsafə qət edən “Hvason-15” qitələrarası ballistik raketi buraxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. KCNA Şərq (Yapon) dənizi istiqamətində buraxılmış raketin maksimum 5 768,5 metr yüksəklikdə 989 kilometr məsafə qət edərək, şərti hədəfə çatdığını yazıb. Raketin uçuş müddəti 4015 saniyə çəkib.

Read More »

“İran Qərb dövlətlərinin etimadını itirib, Tehranı ciddi cəza gözləyir” – RƏY

“İran rəhbərliyi apardığı yanlış siyasət nəticəsində Qərb dövlətlərinin etimadını itirib. Hazırda İrana göstərilən münasibətin birbaşa günahkarı bu ölkəyə rəhbərlik edən hakimiyyətdir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, Qərbin Tehran rejiminə etimad göstərməməsi bir çox istiqamətlərdə özünü açıq şəkildə büruzə verir. “Bunun günahkarı da məhz İrandır. Belə ki, onların həyata keçirdiyi …

Read More »