Cümə axşamı , 19 Fevral 2026

Digər ölkələr

KİV: “Qərb Ukraynaya nüvə zərbəsi endirilməsi halında fövqəladə planlar hazırlayır”

Avropa və ABŞ siyasətçiləri Rusiyanın Ukrayna ərazisinə nüvə zərbəsi endirəcəyi təqdirdə fövqəladə vəziyyət planları hazırlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb. “Biz Kremlə birbaşa, çox yüksək səviyyədə dedik ki, nüvə silahından istənilən istifadə Rusiya üçün fəlakətli olacaq. ABŞ və müttəfiqlərimiz buna sərt cavab verəcəklər və bunun nə ilə nəticələnəcəyini aydın və konkret şəkildə bəyan etmişik”, – …

Read More »

Şolts: “Ukraynaya tankların göndərilməsi təhlükəlidir”

Almaniya Ukraynaya tanklar göndərmək istəmir, çünki bu, münaqişənin inkişafında təhlükəli addım ola bilər. Boyukmillet.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “The New York Times” qəzetinə müsahibəsində deyib. “Biz Ukraynanı dəstəkləyirik. Lakin bu dəstəyi eskalasiyaya, NATO ilə Rusiya arasında müharibəyə gətirib çıxarmayacaq şəkildə edirik, çünki bu, fəlakət olardı”, – Şolts bildirib. Qeyd edək ki, son həftələrdə Almaniya Ukrayna və …

Read More »

Ersin Tatar: “Haqlı mübarizəsində Azərbaycanın yanındayıq”

“Bütün haqlı mübarizəsində Azərbaycanın yanındayıq”. Bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar “Report”un ABŞ bürosuna müsahibəsində deyib. “Azərbaycan xalqının tarixi ərazilərinə qovuşması dünəni, bu günü, sabahı üçün həddedici rol oynayırdı. Qarabağda Azərbaycan əsgəri tarixi torpaqlarını Ermənistanın işğalında azad etmək üçün 44 gün savaşanda biz Kiprdə Azərbaycan xalqı üçün dualar edirdik. Azərbaycanın öz tarixi torpaqlarını necə rəşadətlə və əzimlə geri aldığını …

Read More »

Zelenski: “Putin artıq müharibəni uduzub”

Prezident Volodimir Zelenski əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə artıq uduzub. Boyukmillet.com xəbər verir ki, o, bu fikri Almaniyanın “Bild” portalına müsahibəsində bildirib. “Dünyada hələ də başa düşməyən dövlətlər var ki, Putin artıq bu müharibəni uduzub. Tarixən o, uduzub. Ukraynaya yox. İndi o, artıq dövlətinə uduzub, bütün dünyaya uduzub. O, demokratiyaya uduzub. Yəni, ümumiyyətlə, onun müharibəsi uduzub”, …

Read More »

Moldova parlamenti Qavrilitsa hökumətinin istefasını dəstəkləməyib

Moldova parlamenti deputatlarının əksəriyyəti müxalifətdə olan Kommunistlər və Sosialistlər blokunun təşəbbüsü ilə Natalya Qavrilitsa hökumətinə etimadsızlıq səsverməsini dəstəkləməyib. Boyukmillet.com xəbər verir ki, cümə axşamı iclasda iştirak edən 75 deputatdan 30-u bunun lehinə səs verib. “Etimadsızlıq səsverməsi lazımi sayda səs toplamayıb, səsvermə uğursuz olub. Hökumət parlamentin dəstəyindən istifadə edir”, – qanunverici orqanın sədr müavini Mixay Popşoy bildirib. Hökumətin istefasını istəyən deputatlar …

Read More »

Ermənistan XİN başçısı ATƏT sədri ilə görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Read More »

ABŞ-dan Kiprin rum kəsiminə silah SATIŞI – Türkiyə Xarici İşlər Nazirliyi sərt ETİRAZ ETDİ

Türkiyə ABŞ-ın Kiprin rum kəsiminə qarşı silah embarqosunu ləğv etmək qərarının (2020-ci ilin sentyabrında) əhatə dairəsini genişləndirmək qərarını şiddətlə qınayır.  Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sentyabrın 17-də yaydığı məlumatda deyilir. Ankara Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə həmrəy olduğunu vurğulayaraq, ABŞ administrasiyasının hərəkətlərinin Kıbrıs icmaları üçün bərabər hüquqlar prinsipinə zidd olduğunu qeyd edib:“Vaşinqtonun hərəkətləri Kiprin yunan icmasının barışmaz …

Read More »

Kipr rum tərəfi adada sürətlə silahlanır – Quzey Kıbrıs XİN-dən sərt TƏPKİ

Güney Kipr Rum Administrasiyasının (GKRY) müdafiə naziri Kıbrıs adasını Yunan adası kimi gördüyünü və Kıbrıs türklərini şəhər və kəndlərindən qovmağı hədəflədiklərini açıq şəkildə bildirir.  Boyukmillet.com xəbər verir ki, bu, Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.Bildirilib ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti iki suveren bərabərhüquqlu dövlət arasında mehriban qonşuluq prinsipi əsasında konstruktiv əməkdaşlıq əlaqələri qurmağı öz …

Read More »

Bu gün BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə start verilir

Bu gün ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə start verilir. Boyukmillet.com xəbər verir ki, Baş Assambleyanın 77-ci (UNGA 77) yüksək səviyyəli həftəsi bu gün dünyanın böyük gücləri arasında artan gərginlik, Ukraynadakı müharibə, eləcə də dünyadakı qida çatışmazlığı, iqlim və enerji böhranları fonunda öz işinə başlayır. BMT-yə üzv 193 ölkədən dövlət və hökumət nümayəndələrini qarşılayan Nyu-Yorkda təhlükəsizlik ən …

Read More »

Tacikistanla münaqişədə həlak olan Qırğızıstan vətəndaşlarının sayı artıb

Tacikistanla silahlı münaqişədə Qırğızıstanın 59 vətəndaşı öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Batken vilayətindən alınan operativ məlumatlara əsasən daha 13 nəfərin meyiti yerli səhiyyə müəssisələrinə gətirilib. Bununla da münaqişə zamanı ölənlərin ümumi sayı 59 nəfərə çatıb. Bundan əvvəl sərhəddə baş verən münaqişə nəticəsində Qırğızıstanın 46 vətəndaşının öldüyü bildirilib.

Read More »