İran Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) ABŞ-nin İran ərazisinə hücumlarına yardım etməkdə günahlandıraraq ondan təzminat tələb edir. Boyukmillet.com “Nournews”a istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki səfiri Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib. “BƏƏ-nin zərbələrin endirilməsi üçün öz ərazisindən istifadə edilməsinə icazə verməsi beynəlxalq hüququn pozulmasıdır. Dövlətlər buna görə məsuliyyət daşıyır. BƏƏ İrana dəymiş maddi və …
Read More »İsrail Xəzər dənizində İran HDQ-nin gəmilərinə zərbə endirib
İsrail Xəzər dənizində İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) raket katerlərinə zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid İsrail rəsmisinə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb. Jurnalistin həmsöhbətinin sözlərinə görə, zərbələrin hədəfi beşdən çox gəmi olub. Zərbələr barədə ətraflı məlumat verilməyib.
Read More »Ermənistanın sabiq prezident Robert Koçaryan baş nazirliyə namizədliyini açıqlayıb
Müxalif Ermənistan Alyansı parlament seçkilərində iştirak edəcəyini və sabiq prezident Robert Koçaryanın baş nazirliyə namizəd olacağını elan edib. Koçaryan 2021-ci ildə də blokun baş nazirliyə namizədi kimi çıxış etmişdi. Ermənistan 7 iyunda parlament seçkiləri keçirməyə hazırlaşır. OC Media yazır ki, Koçaryanın namizədliyi bazar ertəsi axşam Yerevanda blok tərəfindən təşkil olunan böyük tədbirdə açıqlanıb. Ermənistan Alyansı Erməni İnqilabi Federasiyası – Daşnaksütyun və …
Read More »İraq bu gündən Türkiyəyə neft nəqlini bərpa edəcək
Rəsmi Bağdad 18 mart səhəri İraq Kürdüstanının muxtar bölgəsində yerləşən Kərkükdən Türkiyənin Ceyhan limanına boru kəməri ilə neft nəqlinin bərpa edilməsinə dair qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İraqın neft naziri Hayyan Əbdül Qani bildirib. “Ceyhan limanına neft nəqli çərşənbə günü saat 10:00-da başlayacaq”, – deyə Əbdül Qəni bildirib.
Read More »Tramp NATO müttəfiqlərindən hərəkətlə deyil, sözlə dəstək istəyir – SƏBƏB
Vaşinqton administrasiyası müttəfiqlərindən Hörmüz boğazında gəmiçiliyin bərpasına kömək etmək istədikləri barədə konkret hərəkətlər deyil, sadəcə, açıqlamalar gözləyir. Boyukmillet.com “Politico” qəzetinə istinadən xəbər verir ki, Avropa rəsmiləri arasında olan mənbələrə görə, Ağ Ev müttəfiqlərindən Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün kömək istəyir. Bununla bağlı şəxsi söhbətlərdə real fəaliyyətlərin deyil, yüksək səviyyəli açıqlamaların Prezident Donald Trampa maliyyə bazarlarını sakitləşdirmək üçün kifayət etdiyi vurğulanır: …
Read More »Tramp: NATO ölkələri ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etməkdən imtina edib
Bir çox NATO ölkəsi Vaşinqton administrasiyasına ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etməyəcəklərini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” yazıb. O qeyd edib ki, artıq NATO ölkələrinin köməyinə ehtiyacı yoxdur.
Read More »İrandan Xarq adası ilə bağlı XƏBƏRDARLIQ – “Məzarlığa çevriləcək…”
İran neft anbarlarının yerləşdiyi Xarq adasını ələ keçirməyə cəhd edənləri hədələyib. Boyukmillet.com xəbər verir ki, bu barədə İran parlamentinin enerji komitəsinin sözçüsü Esmail Hosseini bildirib. “Əgər düşmənlər Xarq adasına hücum etməyi planlaşdırırlarsa, bilməlidirlər ki, Hörmüz boğazında yaşananlardan daha böyük bir rüsvayçılıqla üzləşəcəklər. Ada işğalçılar üçün məzarlığa çevriləcək”, – deyə Tasnim agentliyi onun sözlərini xəbər verib. Qeyd edək ki, “Axios” portalı mənbələrinə istinadla …
Read More »Tramp: İrana qarşı əməliyyat tezliklə başa çatacaq, amma bu həftə yox
Prezident Donald Tramp ABŞ və İsrailin İrana qarşı əməliyyatının bu həftə yox, amma tezliklə başa çatacağını bildirib. Boyukmillet.com-un məlumatına görə, o, bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib. “Düşünmürəm. Amma bu tezliklə olacaq”, – Amerika lideri İrana qarşı hərbi kampaniyanın bu həftə mümkün yekunlaşması ilə bağlı suala şərhində bildirib. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi …
Read More »İrandan raket atəşinə görə Təl-Əvivdə hava hücumu xəbərdarlığı edilib
Raket təhlükəsi səbəbindən İsrailin mərkəzində hava hücumu xəbərdarlığı edilib. Boyukmillet.com xəbər verir ki, sirenlər, o cümlədən Təl-Əviv və ətraf ərazilərdə səslənib. Mətbuatın məlumatına görə, şəhərin səmasında raketlərin və raket əleyhinə sistemin izləri görünüb. Az müddət əvvəl İsrailin Müdafiə Ordusu İrandan daha bir raket hücumu barədə məlumat verib. Bu, 10 saatdan çox müddətdə Təl-Əviv ərazisində ilk hava hücumu xəbərdarlığıdır.
Read More »İran ABŞ-nin BƏƏ-dəki hərbi bazasına hücum edib, güclü partlayış baş verib
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri BƏƏ-dəki “Əd-Dəfra” ABŞ hərbi bazasının ərazisindəki sursat anbarına zərbə endirib. Boyukmillet.com Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə SNN telekanalının təqdim etdiyi SEPAH-ın bəyanatında bildirilib. Məlumata görə, bazada güclü partlayış baş verib, nəticədə ABŞ hərbçiləri qırıcıları həmin bazadan çıxarıb başqa yerlərdə yerləşdirmək məcburiyyətində qalıblar. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar