Şənbə , 10 Yanvar 2026

Digər ölkələr

İndoneziyada Semeru vulkanı sutka ərzində 11 dəfə püskürüb və 4,8 km yüksəkliyə kül atıb

İndoneziyada Şərqi Yava əyalətində bazar günü günortayadək olan sutka ərzində Semeru vulkanının 11 püskürməsi qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tempo” portalı müşahidə məntəqəsinin əməkdaşlarına istinadən bildirib. Bildirilib ki, püskürmələr nəticəsində yaranan kül sütunu vulkanın kraterindən 1 200 metr və ya dəniz səviyyəsindən 4 876 metr yüksəkliyə qalxıb. Respublikanın Vulkanologiya və Geoloji Fəlakətlərin Fəsadlarının Yumşaldılması Mərkəzi yerli sakinlərə …

Read More »

Zelenskidən Amerikaya QINAQ: Susqunluq Putini ruhlandırır

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın yeni rekord həcmli hücumundan sonra sərt bəyanatla çıxış edib. Boyukmillet.com xəbər verir ki, Zelenski Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıb və ABŞ-ın susqunluğunu tənqid edib. “Rusiyanın hər bir terror aktı – yeni sanksiyalar üçün kifayət qədər əsasdır. Rusiya bu müharibəni uzadır və hər gün adam öldürür. Dünya istirahət günlərinə çıxsa da, müharibə nə şənbə, nə bazar, …

Read More »

Ukrayna 24-cü F-16-nı alır – Niderland verdiyi vədi tamamlayır

Niderlandın müdafiə naziri Ruben Brekelmans Ukraynaya göndərilməsi vəd edilən 24 F-16 qırıcı təyyarədən sonuncusunun 26 may tarixində yola salınacağını açıqlayıb.Boyukmillet.com xəbər verir ki, bu barədə nazir özü bəyanatla çıxış edib. Qeyd olunur ki, Niderland ötən ilin yayında artıq 23 F-16 qırıcısını Ukraynaya təqdim edib. Həmçinin bu təyyarələrin bir qismi Rumıniyada yaradılmış pilot və ekipajların hazırlıq mərkəzinə də göndərilib. Ukrayna F-16-ları …

Read More »

Türkiyə 2023-cü ildən indiyə qədər beynəlxalq axtarışda olan 337 şəxsi tutaraq ölkəyə gətirib

Türkiyə İnterpol xətti ilə axtarışa verdiyi daha 3 nəfəri ölkəyə gətirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün “X” hesabında məlumat yayıb. O bildirib ki, daxili işlər naziri təyin ediləndən (2023-cü ildən) bu yana beynəlxalq axtarışda olan 337 şəxs Türkiyəyə gətirilib: “Hansı ölkəyə qaçıblarsa, biz mütəşəkkil cinayət təşkilatının üzvlərini, narkotik alverçilərini bir-bir tutub ölkəmizə gətirəcəyik. Onlar …

Read More »

ABŞ Suriyaya 2019-cu ildə tətbiq edilmiş sanksiya paketini 180 günlük müddətə ləğv edib

ABŞ dövlət katibi Marko Rubio Suriyaya 2019-cu ildə tətbiq edilmiş sanksiya paketinin ləğvi haqqında sənədləri imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında deyilir. Sənəddə bildirilib ki, söhbət “Sezar qanunu” çərçivəsində qəbul edilmiş sanksiyalardan gedir. Bu istisnalar sanitariya vəziyyətinin və elektrik və su təchizatı vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək. “Bugünkü addımlar ABŞ Prezidenti Donald Trampın Suriya və Birləşmiş Ştatlar …

Read More »

Tramp ABŞ-nin nüvə texnologiyalarının ixracı üzrə xüsusi elçi vəzifəsini təsis edib

ABŞ Prezidenti Donald Tramp nüvə reaktorlarının tikintisi layihələrinin təsdiq prosedurunu sürətləndirmək və nüvə texnologiyalarının ixracı üzrə xüsusi elçi vəzifəsini təsis etmək haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin köməkçisi, Ağ evin əməkdaşlar aparatının məsul katibi Uill Şarf Oval kabinetdə imzalanma mərasimində bildirib. O qeyd edib ki, bu sənəd Pentaqonun ehtiyacları üçün elektrik enerjisi istehsalında, həmçinin süni intellekt …

Read More »

Rusiya qoşunları Ukraynanın qərbinə dronlarla hücum edib: dəmir yolu zədələnib, dağıntılar var

Putin Ukrayna sərhədi boyunca “bufer zona” yaratmaq qərarı verdiyini bəyan edib Rusiya ordusu mayın 23-də kütləvi dron hücumu zamanı Ukraynanın İvano-Frankovsk və Çernovtsi vilayətlərinə hücum edib. Bu barədə müvafiq vilayət administrasiyaları məlumat yayıb. Prykarpatyada səhər saatlarında hava hücumundan müdafiə qüvvələri fəaliyyət göstərib. Kolomıya rayonunda binaların və nəqliyyat vasitələrinin zədələnməsi barədə məlumatlar var. Bukovinada isə Rusiya PUA-ları sübh vaxtı hücum edib. Vilayət administrasiyası …

Read More »

ABŞ-də İsrail səfirliyinin iki əməkdaşının öldürüldüyü bildirilir

Şübhəli şəxs saxlanıldıqdan sonra “Fələstinə azadlıq!” şüarını səsləndirib və “bunu Qəzza üçün etdim” deyə izah edib ABŞ-də İsrail səfirliyinin iki əməkdaşının Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında güllələnərək öldürüldüyü bildirilir. Məlumata görə, öldürülən Sara Milqrim və Yaron Lişinski mayın 21-də axşam saatlarında Vaşinqtondakı Paytaxt Yəhudi Muzeyi yaxınlığında hücuma məruz qalıblar. Sara Milqrim səfirliyin İctimai Diplomatiya üzrə Mütəxəssisi, Yaron Lişinski isə Siyasi Departamentdə Tədqiqat …

Read More »

İran dünya birliyini İsrailin təhdidlərinə qarşı tədbirlər görməyə çağırıb

Dünya birliyi İsrailin İranın nüvə proqramına qarşı təhdidlərini diqqətsiz qoymamalıdır, əks halda Tehran onu qorumaq üçün xüsusi tədbirlər görməli olacaq. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bu gün “X” sosial şəbəkəsində yazıb. “BMT-nin baş katibi Antonio Quterreşə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossiyə məktubumda beynəlxalq birliyi İsrailin …

Read More »

Köçəryan: Ermənistan suverenliyini qorumaq istəyirsə Avropadan əl çəkməlidir

Ermənistanın eks-prezidenti Belarus və Rusiya ilə münasibətlərin pisləşməsinə görə Paşinyanı ittiham edib Ermənistanın keçmiş prezidenti Robert Köçəryan jurnalistlərə deyib ki, Ermənistan prioritet olaraq öz suverenliyini qorumaq istəyirsə, “Aİ-dən uzaq durmalıdır”. OC Media yazır ki, Köçəryan mayın 19-da bir neçə KİV-ə müsahibəsində Aİ-nin “üzv ölkələri cəzalandırmaq, cərimələmək və müəyyən məsələləri tətbiq etmək qabiliyyətinə malik” Avropa Komissiyasının olduğunu bildirib. Əvəzində o, Ermənistanın regionda …

Read More »