Bazar , 19 Yanvar 2025

Digər ölkələr

Avropa İttifaqının 27 ölkəsi Rusiyaya təzyiqləri daha da artıracaq

Avropa İttifaqına üzv olan 27 ölkənin liderləri Rusiyaya təzyiqləri daha da artırmaq üçün tədbirləri müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ sammitinin bəyanatında deyilir. Qeyd olunub ki, Avropa Şurası Rusiyanın təcavüzkar müharibə aparmaq qabiliyyətini zəiflətmək üçün ona qarşı təzyiqləri daha da artırmaq səylərini, o cümlədən sanksiyaların tətbiqi, onların tam, effektiv şəkildə həyata keçirilməsi və sanksiyalardan yayınmaların qarşısını almaq …

Read More »

Türkiyə və Yunanıstan XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Yunanıstanın xarici işlər naziri Yorqo Gerapetritis arasında telefon danışığı olub. Boyukmillet.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, yunan həmkarını xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib. Hər iki nazir iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər.

Read More »

Mərakeş Quranın yandırılmasına etiraz olaraq İsveçdəki səfirini geri çağırıb

Mərakeş hökuməti İsveçin paytaxtında baş vermiş Quranın yandırılmasına etiraz olaraq öz səfirini Stokholmdan geri çağırmaq qərarına gəlib. Boyukmillet.com xəbər verir ki, Mərakeşin Xarici İşlər Nazirliyi bu addımı cümə axşamı elan edərək, bunun kralın göstərişi ilə olduğunu vurğulayıb. Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda həmçinin qeyd edilib ki, belə bir hərəkət, xüsusilə Həcc mövsümü və Qurban bayramı ilə üst-üstə düşən …

Read More »

Blinken NATO sammitində Ukraynaya “möhkəm” dəstək paketini açıqlayıb

İyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan NATO sammitində Ukraynaya siyasi və praktiki aspektləri özündə birləşdirən “möhkəm” dəstək paketi təqdim olunacaq. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib. “Mənim vacib hesab etdiyim iki şey var. Birincisi, NATO sammitində Ukrayna üçün çox güclü siyasi və praktik paketi görəcəksiniz”, – o, Xarici Əlaqələr Şurasının prezidenti Riçard Haasla söhbətində deyib. Eyni …

Read More »

“Rheinmetall” Niderlandın adından Ukraynaya 14 ədəd “Leopard 2” tankı verəcək

Almaniyanın silah konserni olan “Rheinmetall” Niderland hökuməti adından Ukraynaya 14 ədəd “Leopard 2” tankı verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb. “Rheinmetall” şirkəti sifarişin yüzmilyonlarla avroluq olduğunu açıqlayıb. Həmçinin Almaniyanın federal hökuməti ilə də müvafiq razılaşma əldə olunub. Qeyd olunur ki, döyüş tanklarından birincisi 2024-cü ilin yanvarında, qalanları isə həmin il ərzində Ukraynaya təhvil verilməlidir.

Read More »

Aİ XİN başçıları Ukraynaya hərbi yardımın artırılmasını təsdiqləyib

Avropa İttifaqına (Aİ) daxil olan 27 ölkənin xarici işlər nazirləri Avropa Sülh Fondunun həcminin 3,5 milyard avro artırılmasını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün Lüksemburqda iclası keçirilən Aİ Şurasının bəyanatında deyilir. “Bu gün Şura 20 mart 2023-cü il tarixli razılaşmaya əsasən, Avropa Sülh Fondunun ümumi maliyyə tavanının 3,5 milyard avro artırılması barədə qərar qəbul edib. Bu qərar …

Read More »

Niderland vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb

Niderlandın Moskvadakı səfirliyi vətəndaşlarını silahlı qiyamdan sonra Rusiya ərazisini tərk etməyə və bu ölkəyə səfər etməməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir. Qeyd edilir ki, hazırda Niderland vətəndaşları Rusiyanı hava və ya quru yolu ilə tərk edə bilər: “Lakin bununla bağlı vəziyyət tezliklə dəyişə bilər. Nəticədə Niderland hökuməti Rusiyanı tərk etməyinizə kömək edə bilməyəcək”.

Read More »

BMT: PKK və onun qolları Suriyada 1 200-dən çox uşağı silahlandırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) PKK terror təşkilatı və onun Suriyadakı qolu PYD, YPG-nin 2022-ci ildə Suriyada 1 200-dən çox uşağı silahlandırdığını açıqlayıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə BMT-nin hesabatında deyilir. Təşkilatın 2022-ci ilin yanvar-dekabr dövrü üçün hazırladığı “İllik silahlı qarşıdurmalarda uşaqlar” hesabatında PKK terror təşkilatı və onun Suriyadakı qolu YPG-nin ötən il 1 200-dən çox uşaqdan döyüşçü kimi istifadə etdiyi …

Read More »

Gürcüstan və Türkiyə təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

Gürcüstanın Milli Təhlükəsizlik Şurasının Aparat rəhbəri Qivi Tumanişvili ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin nəzərdə tutulduğu Anlaşma Memorandumu imzalayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Təhlükəsizlik Şurasının Aparatının Mətbuat xidməti məlumat yayıb. “Memorandumun məqsədi iki ölkə arasında dostluq münasibətlərinin və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsidir. Bu sənədlə milli və beynəlxalq təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişaf …

Read More »

Çin Rusiyanı bu nəhəng layihədən kənarlaşdırdı

Çin Rusiyanı “Boinq” və “Airbus”la rəqabət aparacaq “CR929” geniş gövdəli sərnişin təyyarəsi layihəsindən tamamilə kənarlaşdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Air Current” nəşri məlumat yayıb. Məlumata görə, Çin Rusiyanın bütün materiallarını Qərb şirkətlərinin materialları ilə əvəz edib: “İndi “CR929”un yeganə yaradıcısı Çinin COMAC şirkətidir, baxmayaraq ki, addakı “C” hərfi Çin, “R” isə Rusiyanı ifadə edir. Mühərrik üçün Çin şirkəti “Rolls-Royce” …

Read More »