Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Kovşarovka kəndini atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov məlumat yayıb. “Atəş nəticəsində 73, 85 və 90 yaşlı 3 nəfər, o cümlədən hamilə qadın, 14 yaşlı yeniyetmə və 10 yaşlı uşaq xəsarət alıb. Bununla yanaşı, kənddə yataqxana binası, 2 fərdi yaşayış evi və qaz xətti zədələnib”, – vilayət rəhbəri …
Read More »Ərdoğan 2028-ci ildə də seçilə bilər – NYT
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2028-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb. “Prezident ikinci səlahiyyət müddəti bitmədən TBMM-də 3/5 səs çoxluğu əldə edərsə, erkən seçki qərarını təmin edə bilər. Bununla Ərdoğan konstitusiyaya uyğun olaraq yenidən namizədliyini irəli sürə biləcək. Belə bir vəziyyətdə Ərdoğan yenidən prezident seçilə bilər. Əgər seçilsə, …
Read More »Ərdoğanın andiçmə mərasimi bu tarixdə keçiriləcək
Türkiyədə nəticələr açıqlandıqdan sonra andiçmə mərasimi ilə bağlı işlərə başlanacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib. O bildirib ki, cənab Ərdoğanın andiçmə mərasimi cümə günü keçirilə bilər.
Read More »Bu gün Ərdoğanla Bayden arasında telefon danışığı olacaq
Bu gün axşam saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. Qeyd edək ki, Türkiyədə mayın 28-də prezident seçkisinin ikinci turunda “Cümhiuriyyət İttifaqı”nın namizədi, Prezidenti Rəcəb Tayyib Ərdoğan 52,16 faiz səslə yenidən bu posta seçilib. Onun rəqibi Cümhuriyyət Xalq Parsiyasının sədri, “Millət ittifaqı”nın …
Read More »Kılıçdaroğlunun seçki ləyaqətini gördünüzmü?
Heç kəs açıq şəkildə etiraf etməsə də, Türkiyədəki seçkilərdən ciddi narahatlıq da vardı: seçki nəticələri elan ediləndən dərhal sonra “Altılı masa”nın tərəfdarları küçələrə çıxa, böyük qarışıqlıq ola, toqquşma, ciddi fəsadlar yaşana bilərdi. Bunu açıq şəkildə rus politoloqlar dilə gətirirdilər: “Türkiyədə “rəngli inqilab” cəhdinə hakimiyyət sərt cavab verəcək” üslubunda olsa da; Bunu açıq şəkildə AB-nin qüdrətli ölkələri ifadə edirdilər: 14 may …
Read More »TÜRKPA: Türkiyədə seçkilər şəffaf və demokratik keçdi
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Seçki Müşahidə Missiyası Türkiyədə prezident seçkilərinin şəffaf və demokratik şəraitdə yüksək iştirakla keçdiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumatda qeyd edilir ki, seçkilərlə bağlı müşahidələrini və ilkin qiymətləndirmə hesabatını Azərbaycan Milli Məclisinin deputatı və missiya rəhbəri Əhliman Əmiraslanov, Azərbaycan Milli Məclisinin deputatı Anar Məmmədov və Qazaxıstan Parlament Assambleyasının deputatı Samat …
Read More »TDT sədri Ərdoğanı təbrik etdi
Türkiyə Cümhuriyyəti prezident seçkilərinin ikinci turunda əldə etdiyi qələbədən dolayı cənab Ərdoğanı ürəkdən təbrik edir, Türkiyə Cümhuriyyəti, qardaş türk xalqı və bütün türk dünyası üçün xeyirli, uğurlu olmasını diləyirəm. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Tvitterdə paylaşdığı təbrik mesajında qeyd edib
Read More »ABŞ AB-nin Türkiyəni itirməsinə sevinir – Özər
ABŞ Türkiyədə öz təsirini itirir. Vaşinqton artıq AB-nin də Ankaranı itirdiyinə sevinə bilər. Boyukmillet.com xəbər verir ki, bu sözləri türkiyəli analitik Engin Özər RİA-ya açıqlamasında deyib. “Mənim fikrimcə, Türkiyədə müxalifəti dəstəkləyən ABŞ yox, AB oldu. ABŞ uzun müddətdir ki, Türkiyədə nüfuzunu itirir. Bürokratiyada onlara yaxın qrupların ciddi əməliyyat keçirməsi və ictimai dəstəyin artıq heç bir əsası yoxdur. Vaşinqton administrasiyası bu günlərdə …
Read More »Ərdoğana qarşı bütün müxalifət birləşmişdi – Hakan
İqtisadiyyatdakı vəziyyət, zəlzələ, pandemiya, müharibə və s. heç birinin təsiri olmadı. Rəcəb Tayyib Ərdoğan yenə qalib gəldi. Boyukmillet.com xəbər verir ki, bu sözləri tanınmış jurnalist Əhməd Hakan “Hürriyyət” nəşrində yayımlanan analizində qeyd edib. O bildirib ki, bu şərtlər altında qalib gəlmək Ərdoğan üçün böyük uğurdur: “Bu keçmiş qələbələrdən daha vacibdir. “Altılı masa” qurğusu, kənardan HDP dəstəyi, bol-bol paylanan prezident yardımları …
Read More »Putin Ərdoğanı təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. Hazırda səslərin 99,5 faizi sayılıb. Bu nətiələrə görə Ərdoğan rəqibi Kılıçdaroğlunu 4 faizdən daha çox qabaqlayır. Bu isə artıq qələbə deməkdir.
Read More »