Şənbə , 7 Noyabr 2026

Dünya

Dünyada COVID-19-dan sağalanların sayı artdı

Dünyada yeni koronavirusdan sağalanların sayı 7 milyonu ötüb. Boyukmillet.com xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları, həmçinin KİV və başqa açıq mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib. Məlumata görə, dünyada COVID-19-dan sağalanların sayı 7 005 452 nəfərə çatıb. Bununla yanaşı, təhlükəli virusdan ölüm hallarının sayı 565 178 təşkil edir. Pandemiya ərzində koronavirusa 12 720 028 insan …

Read More »

Tramp pandemiya ərzində ilk dəfə tibbi maska taxdı

ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyası ərzində ilk dəfə ictimaiyyət qarşısına tibbi maska ilə çıxıb. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Vaşinqton ətrafındakı şəhərlərdən birində yerləşən, döyüş hərəkətləri zonasında yaralanmış hərbi qulluqçuların müalicə aldığı “Walter Reed” hospitalına səfər edib. Tramp hərbçilər qarşısına tünd göy rəngli maskada çıxıb. “Düşünürəm ki, bu – maska taxmaq çox gözəldir. Mən heç vaxt maska taxmağa …

Read More »

Hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub

Hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan bildirib ki, koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb. “Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər”, – deyə aktyor “Twitter”də yazıb. Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib. Baççan Hindistanın bir çox filmlərdə …

Read More »

Aya Sofyada ilk Cümə namazı iyulun 24-də qılınacaq

Bundan sonra muzey yox, məscid kimi fəaliyyət göstərəcək Aya Sofyada ilk Cümə namazı iyulun 24-də qılınacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı xalqa müraciətində bildirib. Türkiyə Prezidenti qeyd edib ki, abidəyə giriş ödənişli olması artıq ləğv edilib və bundan sonra da Aya Sofya bütün dinlərdən olan insanlar üçün hər …

Read More »

Azərbaycanlı məhbuslar Cəfər və Milad İsməilzadə 3 günlük məzuniyyətə buraxıldılar

Boyukmillet.com xəbər verir ki, irqçi fars rejimin şərləyərək həbs etdiyi ata və oğul- Cəfər və oğlu Milad İsməilzadə rejimin Təbrizdə yerləşən zindaından 3 günlük məzuniyyətə buraxılıblar. Təbrizin mərkəzi zindanının 12-ci bölməsində saxlanılan azərbaycanlı milli fəallar iyulun 9-da məzuniyyətə buraxılıblar. Qeyd edək ki, azərbaycanlı milli fəallar Cəfər və Milad İsməilzadə iyunun 6-da rejimin Təbrizdə yerləşən məhkəməsinin hökmləri icra edən şöbəsinə çağırılaraq, …

Read More »

İran Ermənistanın İsraildə səfirlik açmasına hörmətlə yanaşdığını bildirir

Boyukmillet.com xəbər verir ki, İranın İrəvanda akkreditə edilmiş səfiri Abbas Bədəxşan Zühuri Ermənistanın İsraildə səfirlik açmaqla bağlı qərarına münasibət bildirib. Ermənistanın İctimai Televiziya Şirkətinə verdiyi müsahibədə diplomat ölkəsinin İrəvanın qərarına hörmətlə yanaşdığını deyib. “Ölkəmin İsrailə qarşı mövqeyi uzun illərdir ki, hamıya məlumdur. Qonşularımızla problem yaratmamağa çox həssas yanaşırıq. Lakin İsrail həmişə bizim qonşularımızla olan gözəl münasibətlərimizi pozmağa cəhd göstərir. İran …

Read More »

“Facebook”da siyasi reklamlar qadağan edilə bilər

“Facebook” şirkətinin rəhbərliyi cari ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi sosial mediada siyasi reklamın qadağan edilməsini nəzərdən keçirir. Boyukmillet.com bu barədə “Bloomberg” mənbələrinə istinadən xəbər verir. Agentlik qeyd edib ki, mümkün qadağa hələ də müzakirə olunur. Bununla yanaşı, şirkət rəhbərliyi reklam qadağasının seçki kampaniyalarına mənfi təsir göstərə biləcəyinə və ya namizədlərin son xəbərlərə, eyni zamanda yeni məlumatlara cavab …

Read More »

Dünyada bir gündə COVID-19-a rekord yoluxma qeydə alındı

Dünyada koronavirusa yoluxanların sayı 12,1 milyonu ötüb, virusdan 551 mindən çox insan ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Təşkilatın məlumatına görə, dünyada 12 102 328 insan koronavirusa yoluxub, 551 046 pasiyent ölüb. Son sutkada virusa 228 102 yeni yoluxma aşkarlanıb, 5 565 nəfər ölüb. “Reuters” agentliyi bildirib ki, pandemiyanın başlanğıcından ötən gün ərzində dünyada …

Read More »

Fransada pandemiya qurbanlarının sayı yenidən artdı

Fransada pandemiya qurbanlarının sayı yenidən artıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ölkədə koronavirus infeksiyasından 30 004 pasiyent ölüb, onların 19 528-i xəstəxanalarda keçinib. Hazırda xəstəxanalarda 7 062 nəfər müalicə alır, 78 388 nəfər isə sağalaraq evə buraxılıb.

Read More »