Türkiyə Hakkari şəhərində PKK terror təşkilatına qarşı daha bir əməliyyata start verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, yeni hərəkat “Qapan-3, Qazan əməliyyatı” adlanır.
Read More »İranda koronavirusdan ölənlərin sayı 107-yə çatdı
İranda daha 15 nəfər virusun qurbanı olub. Boyukmillet.com IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 107 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 591 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 3 513 nəfərə çatıb. K.Cahanpur həmçinin 739 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb. Qeyd edək ki, ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin …
Read More »İranın Azərbaycandakı səfirliyi açıqlama yayıb
İranın Azərbaycandakı səfirliyi iki ölkə arasındakı sərhəd keçidlərinin son vəziyyəti ilə bağlı açıqlama yayıb. Boyukmillet.com xəbər verir ki son məlumatlara görə, iki ölkə arasında birbaşa uçuşlar dayandırılıb: “Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycan Respublikasını tərk etməsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir. Azərbaycan rəsmiləri həmçinin öz vətəndaşlarının İrana səfərinə icazə vermir, lakin İranda qalan vətəndaşlarının ölkəyə …
Read More »İrandan təxliyə olunan Gürcüstan vətəndaşları Azərbaycanda karantinə alındı
Gürcüstanın Xarici İşlər nazirinin müavini Aleksandre Xvtisiaşvili İrandan təxliyə olunan ölkə vətəndaşları ilə bağlı məlumat verib. Boyukmillet.com xəbər verir ki, o, həmin şəxslərin Azərbaycanda karantinə alınıb. A.Xvtisiaşvili deyib ki, Gürcüstan vətəndaşları ilə Azərbaycanla sərhəddə görüş keçirilib: “Həmin şəxslər müvafiq yoxlamalardan keçirilib və xüsusi nəqliyyat vasitəsilə karantin zonası yaradılan tibbi müəssisəyə çatdırılıb”.
Read More »Son dəqiqə: Rusiya təyyarələri İdlibdə mülki əhalini bombaladı – 16 ölü, 18 yaralı (Video)
Rusiyaya məxsus hərbi təyyarələr Suriyada mülki əhalini bombalayıb. Boyukmillet.com xəbər verir ki, rus təyyarələri İdlibdə bir toyun hininə sığınan dinc sakinləri hədəf alıb. Hava hücumu zamanı 16 nəfər mülki şəxs ölüb, 18 nəfər isə yaralanıb.
Read More »İranda koronovirus ölümü pik həddə çatdı: Azərbaycan xüsusi dəhlizlə vətəndaşları çıxarır
Azərbaycan öz vətəndaşlarını koronovirusun tüğyan etdiyi İran ərazisindən çıxarır. Boyukmillet.com xəbər verir ki, vətəndaşlar xüsusi sərhəd dəhlizi ilə İrandan çıxarılır. Dövlətin nəzarəti ilə keçirilən xüsusi əməliyyat zamanı vətəndaşların təhlükəsizliyi üçün xüsusi məntəqələr yaradılıb. İrandan gələn vətəndaşlar koronovirus testi edilir. Koronavirusla bağlı Azərbaycana artıq min ədəd test göndərilib. Loborator analizlər yalnız xüsusi dövlət müəssələrində həyata keçirilir. Koronovirusla bağlı kənar tibb müəssəsində analiz …
Read More »Dünyada həyat bitə bilər – NASA-dan qorxulu açıqlama
ABŞ Milli Aviasiya və Aeronavtika İdarəsi (NASA) müasir sivilizasiyanın sonunu gətirəcək böyük asteroidin aprel ayında Yer kürəsinə yaxınlaşacağını bildirib. Boyukmillet.com dünya mediasına istinadən xəbər verir ki, eni 4.1 km olan bu asteroidə 527668 (1998 OR2) adı verilib. Bu ölçüdəki cisim dünyaya dəysə, planetimizdə həyat bitə bilər. Alimlər hətta 1 km eni olan asteroidin belə qlobal səviyyədə bəşəriyyətin sonunu gətirə biləcəyini qeyd …
Read More »SON DƏQİQƏ: Türk qırıcıları rus təyyarələrinə qarşı havaya qaldırıldı
Türkiyə Hərbi Hava Qüvvələrinə aid “F-16 Fighting Falcon” döyüş təyyarələri “Bahar qalxanı” hərəkatı bölgəsinə yaxınlaşan Rusiyanın döyüş təyyarələrinə qarşı havaya qalxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “SavunmaSanayiST.com” məlumat yayıb. Bildirilib ki, Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri İdlibdəki türk əsgərlərinə yaxınlaşıb. Buna görə də türk qırıcıları havaya qalxıb və Türkiyə-Suriya sərhədi boyunca uçuşlar həyata keçirib. Rus qırıcılarının bölgəni tərk etməsindən …
Read More »İCRA BAŞÇISININ OĞLU KİMLƏRLƏ ŞƏRİKDİR? – Binəqədinin rəhbəri ilə bağlı sənəd yayıldı
“Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin oğlu Orxan Allahverdiyev 3 şirkətin təsisçidir”. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki hesabında məlumat və sənədlər paylaşıb. Jurnalist bildirib ki, icra başçısının oğlunun 4 həmtəsisçidən biri olduğu “İNVEST-2011” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci ilin dekabrında qeydiyyatdan keçib. “Şirkətin digər həmtəsisçiləri arasında Yusif Hümbətovun oğlu Asim Hümbətov da var. Orxan Allahverdiyev həmçinin 2008-ci iliin sentyabrında qeydiyyatdan …
Read More »Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub – FOTOLAR
Bu gün muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası gücləndirilir. Boyukmillet.com xəbər verir ki, martın 4-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
