Şənbə , 10 Yanvar 2026

Dünya

Baş Prokurorluqda geniş kollegiya iclası keçirildi

Fevralın 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Boyukmillet.com  xəbər verir ki, kollegiya iclasında Baş prokuror Zakir Qaralov …

Read More »

AMEA Naxçıvan Bölməsində Xocalı soyqırımı ilə bağlı kitab sərgisi açılıb

Naxçıvan, 14 fevral, AZƏRTAC AMEA-nın Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar sərgi açılıb. Akademiyanın Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sərgidə tariximizə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı faciəsinin dəhşətlərini əks etdirən Azərbaycan, ingilis və rus dillərində kitablar nümayiş etdirilir. Bura “Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına …

Read More »

“Putin Ərdoğanı xəbərdar etmişdi” – Ölkələri üz-üzə qoyan olay

“İdlibdəki silahlılar (Azad Suriya Ordusu) bölgədəki gərginliyi artırmaq üçün qəsdən təxribat törədiblər”. Boyukmillet.com xəbər verir ki, bunu rusiyalı politoloq Konstantin Truevtsev deyib. “Dəməşq bu təxribata cavab olaraq İdlibə hücuma başlaya bilmədi, çünki mülki insanlar orada məskunlaşan yaraqlıların açdığı atəşlərdən ölürdülər. Bu, tamamilə qəbuledilməz idi. Moskva bundan əvvəl Ankaraya xəbərdarlıq edib ki, yaraqlılar hücumlarını dayandırmasalar, Suriya ordusu onlara qarşı əməliyyata başlayacaq”, – …

Read More »

“Rusiya Belarusu ilhaq etməyə işarələr vurur” – Lukaşenkodan ŞOK AÇIQLAMA

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın ölkəsi ilhaq etməyə maraqlı olduğunu söyləyib. Rusiya KİV xəbər verir ki, o bu barədə “Belta” agentliyinə açıqlamasında deyib. “Rusiya rəhbərliyi enerji daşıyıclarına vahid qiymətlərin müəyyən olunması üçün Belarusun Rusiyanın tərkib hissəsi olmasına işarə vurur”. Lukaşenko bu təkliflə razı olmadığını və sadə ruslarla belarusların bu birləşməyə qarşı olduqlarını da sözlərinə əlavə edib. (modern.az)

Read More »

Fəxrəddin Abbasova hökm oxundu – 16 il

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Abbasov Fəxrəddin Fərman oğlunun cinayət işi üzrə məhkəmə başa çatıb. Boyukmillet.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Prokuror çıxışında F.Abbasovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hökmə əsasən, Fəxrəddin Abbasov 16 il müddətinə azadlıqdan məhrum edilib.   Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət …

Read More »

Ukraynada Xocalı soyqırımı anılacaqdır

Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğu tərəfindən Ukraynanın Xarkov və Sumı şəhərlərində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiriləcək. Bu haqda məlumatı Boyukmillet.com saytına Respublikamızın Xarkov şəhərindəki Fəxri Konsulu Əfqan Salmanov bildirib. O, açıqlamasında hər il olduğu kimi bu ildə Xocalı soyqrımının il dönümü ərəfəsində Xarkov və Sumı şəhərlərində anım tədbirlərinin keçiriləcəyini deyib.Əfqan Salmanov qeyd edib ki, geniş tərkibli keçiriləcək tədbirlərdə …

Read More »

Qənimət Zahidlə İlqar Məmmədov arasında qalmaqal: “Sənin başın xarab olub?!”

Bu ilin yanvar ayında Strasburqa səfər edən REAL Partiyasının sədri İlqar Məmmədovla bağlı maraqlı detal üzə çıxıb. Həmin vaxt Strasburqda olan azərbaycanlı şahidlərdən birinin dediyinə görə, səfər zamanı İ.Məmmədov Fransada yaşayan jurnalist Qənimət Zahidlə görüşüb. Görüş Avropa Şurası Parlament Assambleyasının binasının qarşısında olub və təsadüfən baş tutub. Amma bu “görüş” hər hansı əməkdaşlıq məsələləri  ilə bağlı deyil, İ.Məmmədovun Q.Zahidə iradları …

Read More »

İlham Əliyevin Almaniyaya səfəri başlayıb

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, bu gün Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.

Read More »

“Seçicilərim zəng edib ağlayırdılar” – Çingiz Qənizadə

“Dünəndən seçicilərim, mənə kömək edən insanlar, müşahidəçilərim, təbliğatçılarım, ağsaqqallar, ziyalılar zənglər edirlər. Onlardan bir neçəsi mənə təsir etdi, kövrəldilər, hətta ağlayanlar da var”. Boyukmilet.com bildirir ki, bunu Azvision.az -a açıqlamasında nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmiş 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə deyib. O bildirib ki, MSK-ya şikayət olunan məntəqələrdə nə baş verdiyini hələ də bilmir: “Dünənə …

Read More »

Seçkiləri saxtalaşdıranları nə gözləyir? – Həbs, cərimə…

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində qanun pozuntuları ilə bağlı atılan addımlar 4 dairədə nəticələrin ləğvi ilə məhdudlaşmaya bilər.Boyukmillet.com xəbər verir ki, Mərkəzi Seçki Komissyası (MSK) digər dairələrlə də bağlı şikayətləri ciddi araşdırır. Ehtimal olunur ki, daha bir neçə dairədə nəticələr ləğv ediləcək. Bundan başqa, səsvermə prosesi zamanı qanun pozuntularına, saxtakarlığa yol verənlərin də cəzalandırılması gündəmə gəlib. Təsadüfi deyil ki, …

Read More »