Çərşənbə axşamı , 24 Noyabr 2026
Drone Cameras

Qaxda 3 avtomobil toqquşdu, xəsarət alanlar var

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki hadisə şəhərin Heydər Əliyev prospekti ilə Natəvan küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, üç avtomobilin toqquşması nəticəsində 3 nəfər Qax sakini – 1990-cı il təvəllüdlü İmran Süleymanov,1985-ci il təvəllüdlü Elnur Zəkiyev və Rövşən Davudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Azərbaycanda vəzifəli şəxslər bunları edə bilməyəcək – SİYAHI

Azərbaycanda vəzifəli şəxslərin şəxsi maraqlarının xidməti vəzifələrinin icrasına təsirinin qarşısının alınması, maraqlar toqquşmasının aşkarlanması və …