Şənbə , 7 Noyabr 2026

Dünya

HÜSEYNBALA MİRƏLƏMOVUN DA MM-ə GEDƏN YOLU BAĞLANDI – MSK nəticəni ləğv elədi

MSK 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb. Boyukmillet.com xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib. MSK üzvü bildirib ki, 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib: “Ümumilikdə məntqələrin sayı isə 40-dır” İclasda həmin dairənin 21 seçki məntqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. …

Read More »

Prezident İlham Əliyev yunan-Roma güləşi üzrə komandamızı Avropa çempionatındakı tarixi uğuru münasibətilə təbrik edib

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə milli komandamızın Avropa çempionatında möhtəşəm uğur qazanması münasibətilə özünün “Twitter” səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısının paylaşımında deyilir: “Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”. Xatırladaq ki, İtaliyanın paytaxtı Romada …

Read More »

Suriya “erməni soyqırımı”nı tanıdı

Suriya parlamentində “erməni soyqırımı”nın tanınması barədə qətnamə qəbul olunub. Ermənistan KİV xəbərlərinə görə, bu barədə ölkə parlamentinin katibi Rami Saleh açıqlama verib. Onun sözlərinə görə, XIX əsrin sonu-XX əsrin əvvəllərində ermənilər və digər xristian xalqları təqiblərə məruz qalıb. (modern.az)

Read More »

Çingiz Qənizadənin dairəsinin nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləyqan seçki dairəsindən qeydə alınmış namizədlər Razim Əmriraslanlı və Şirinov Hikmətin müraciətlərinə baxılıb. Boyukmillet.com xəbər verir ki, həmin şəxslər müraciətində  səsvermə günü məntəqələrdə seçki pozuntularının olduğunu qeyd edib. MSK qərara alıb ki, 49 seçki məntəqəsindən 29 seçki məntəqəsində seçkilərin nəticələri etibarsız hesab edilsin və həmin dairədə seçkilər etibarsız hesab edilsin.

Read More »

İlqar Məmmədov mitinq keçirməkdən imtina etdi

ReAL Partiyasının sədri İlqar Məmmədov Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsindəki “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında mitinq keçirməkdən imtina edib. Boyukmillet.com xəbər verir ki, partiya sədri bu barədə sosial şəbəkədə məlumat yayıb. Qeyd edək ki, Müsavat, REAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin paytaxt ərazisində mitinq keçirməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH alternativ yer olaraq mitinqin 16 fevral …

Read More »

MSK ATƏT/DTİHB-nin müraciətini təmin etdi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında ATƏT/DTİHB-nin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb. Boyukmillet.com xəbər verir ki, məsələ barədə MSK-nın sədr müavini Rövzət Qasımov məlumat verib. O bildirib ki, fevralın 11-də ATƏT/DTİHB fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya məktub daxil olub. Missiya rəhbəri müraciət edib ki, müşahidəçilərdən biri – Aygün Attarın …

Read More »

İcazəsiz ov edən şəxslər saxlanıldı

Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Xızı, Qusar və Xaçmaz rayonları ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı ov edənlərin Sumqayıt şəhər sakinləri Şahin Qədimov, Rüstəm Məmmədəliyev, Bakı şəhər sakini Teymur Əliyev, Xaçmaz rayon sakinləri Cavid Babaəliyev, Azər Quliyev, Murad Səfərov və Qusar rayon sakini Sədi …

Read More »

Sabir Rüstəmxanlının qardaşı azadlığa buraxıldı

Yeni deputat seçilmiş Sabir Rüstəmxanlının Almaniyada həbs olunan qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev azadlığa buraxılıb. Boyukmillet.com xəbər verir ki, məlumatı onun oğlu Türkel Rüstəmxanlı sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Ə.Əliyev ötən il Almaniyada “miqrant alveri” ilə  bağlı keçirilən əməliyyat zaanı saxlanılmışdı.

Read More »

Mirələmovun dairəsində şok istefa – DSK üzvü getdi…

33 saylı Xətai birinci seçki dairəsinin Dairə Seçki Komissiyasının həlledici səs hüquqlu üzvü Talıb Əhədov vəzifəsindən istefa verib. Boyukmillet.com bildirir ki, bu barədə Talıb Əhədov özü Axar.az-a açıqlamasında deyib. T.Əhədov bildirib ki, istefasına səbəb dairə və məntəqə seçki komissiyasının üzvləri haqqında sosial şəbəkələrdə həddən artıq alçaldıcı təhqirlərin yazılmasıdır. T.Əhədov bildirib ki, namizədlərdən yalnız biri – Fuad Abbasov özünü çox ləyaqətlə aparıb …

Read More »