Türk Dövlətləri Təşkilatı (TDT) 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda bildirilib: “Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhid və qazilərimizə dərin ehtiram və səmimi minnətdarlığımızı bildiririk”.
Read More »Paytaxtın Nərimanov rayonunda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, Ziya Bünyadov prospektində bir neçə avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Baxşıyev Elməddin Telman oğlu və daha bir nəfər (ad-soyad dəqiqləşdirilir-red) xəsarət alıb. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.
Read More »AVF rəhbərliyi CEV-in yubiley tədbirində iştirak edib
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Voleybol Konfederasiyasının (CEV) yaradılmasının 50-ci ildönümü münasibətilə Romada təşkil olunan qala gecədə iştirak edib. Boyukmillet.com xəbər verir ki, federasiyanın prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev və AVF prezidentinin müşaviri, CEV İdarə heyətinin üzvü Cəlil Cəfərov CEV rəhbərliyinin dəvəti ilə tədbirə qatılıblar. Tədbirdə çıxış edən CEV prezidenti Aleksandr Boriçiç yubileylə bağlı fikirlərini bölüşüb: “Mən burada, sizinlə …
Read More »Çinə ərazi iddiamız yoxdur – Zaxarova
Rusiya və Çinin bir-birinə heç bir ərazi iddiası yoxdur. Boyukmillet.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Ussuriyski adası ilə bağlı yayılan məlumatları şərh edərkən deyib. “Rusiya və Çin tərəfləri vahid mövqedən çıxış edirlər və ölkələrimiz arasında sərhəd məsələsi nəhayət həll olunub. Rusiya və Çin qarşılıqlı ərazi iddialarının olmadığını dəfələrlə təsdiqləyiblər. Müvafiq müddəaya görə, …
Read More »Rusiya Kiyevə raket atdı: ölənlər var
Rusiya ordusunun Kiyevə raket hücumunda havada zərərsizləşdirilən mərmi qalıqlarının düşməsi nəticəsində 2 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası Teleqramda məlumat yayıb. “Təəssüf ki, Kiyevin Şevçenko rayonunda dağıntıların müəssisənin ərazisinə düşməsi nəticəsində, ilkin məlumata görə, 2 nəfər həlak olub. Daha bir nəfər xəsarət alıb. Ona tibbi yardım göstərilir”, – məlumatda bildirib. Şəhərin meri Vitali Kliçkonun sözlərinə …
Read More »“ABŞ və Avropadakı bütün ermənipərəst lobbiçilər və siyasətçilər araşdırılmalıdır”
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-nin “The New York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının qanunsuz hərəkətləri barədə çıxarış paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib. Boyukmillet.com xəbər verir ki, Hikmət Hacıyev bu haqda tviter hesabında yazıb: “Pul danışıqları! ABŞ və Avropadakı bütün antiazərbaycanlı ermənipərəst lobbiçilər və siyasətçilər daha …
Read More »Simonyanın evinin yanına PUA düşdü
Moskvaya hücum edən PUA-lardan biri “Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyanın yaşadığı İstrinsk rayonu ərazisinə düşüb. Boyukmillet.com xəbər verir bu barədə Simonyan özünün Teleqram kanalında məlumat yayıb. “İstrinsk rayonunda vurulan PUA-lardan biri bizim qonşu küçəyə düşdü. Tələfat və dağıntı olmadığı üçün hüva hücumundan müdafiə qüvvələrimizə təşəkkür edirəm”, – Simonyan bildirib.
Read More »Özbəkistan Prezidenti sabah Azərbaycana dövlət səfərinə gəlir
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 22-23-də ölkəyə dövlət səfəri edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin saytında məlumat verilib. Səfər proqramı iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsini nəzərdə tutur. Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və prioritet sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Danışıqların …
Read More »Separatçılar Azərbaycanı tərk edir
Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Boyukmillet.com xəbər verir ki, bu gün məntəqədən 60-a yaxın şəxsin sərbəst şəkildə keçid ediblər.Onlar əsasən Azərbayvan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Artıq həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bu çirkin oyunu davam etdirə bilməyəcəklər. Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki, …
Read More »Rusiyanın 2 strateji nüvə bombardmançısı məhv edildi
Ukrayna ordusu avqustun 19-da Novqorod vilayətindəki “Soltsı” hərbi areodromuna zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, Rusiya Teleqram kanalları PUA-larla edilən hücum zamanı aerodromda olan iki ədəd Tu-22M3 strateji nüvə bombardmançısının məhv edildiyini yazıb. Məlumata görə, təyyarələrdən biri tamamilə məhv edilib, digərinin isə bir hissəsi sıradan çıxıb. Teleqram kanalları məhv edilən Tu-22M3-ün fotosunu da yayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar