Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizində Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə əsas oyunçular kimi çıxış edirlər. “Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa İttifaqının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğu tərəfindən dərc edilmiş “Mərkəzi Asiya, Türkiyə və Cənubi Qafqazla Regionlararası Əməkdaşlıq Gündəliyinin İrəlilədilməsi” adlı əhatəli bir araşdırmada bildirilib. Qeyd olunub ki, Şimal dəhlizinin etibarlılığının azalması və Cənub dəhlizinin inkişafının yavaşlaması …
Read More »“Dünya müharibəsi” xəbərdarlığı… Rusiya ilə birbaşa savaş başlayacaq
Macarıstanın Baş naziri Viktor Orban NATO-nun baş katibi Mark Ruttenin Ukrayna ilə bağlı son bəyanatlarına kəskin reaksiya verərək, Qərbi “nüvə dövləti ilə birbaşa toqquşma” riskindən çəkinməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, Macarıstan lideri Ruttenin “münaqişə başa çatdıqdan sonra Ukraynaya Qərb qoşunlarının göndərilməsi” barədə planlarını ifrat dərəcədə təhlükəli adlandırıb. “Əgər baş katibin bu sözləri reallığa çevrilərsə, bu, artıq dolayısı yox, Qərbin …
Read More »ABŞ Sakit Okeanda narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbə endirib
ABŞ Sakit Okeanın şərqində narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbə endirib. Boyukmillet.com-un məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı bu barədə “X” sosial şəbəkəsində bildirib. “Kəşfiyyat gəminin Şərqi Sakit Okeanda məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqləyib. Əməliyyat zamanı iki narkoterrorçu öldürülüb”, – paylaşımda bildirilib.
Read More »“Qarpız” yükündə gizlədilən külli miqdarda narkotik aşkar edilib
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, narkotik vasitə “Cənub-Astara” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi …
Read More »Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək taxılın həcmi açıqlanıb
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistana göndəriləcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib.
Read More »Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri II səsvermədə təsdiqləyib
Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsini ikinci səsvermədə təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında növbəti dəfə müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 3-1 və maddə …
Read More »“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub
“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, BDYPİ-nin 11-ci taqımının əməkdaşları tərəfindən Ələt–Astara avtomobil yolunun 143-cü kilometrində hərəkət zamanı qayda pozuntularına yol verən “Range Rover” markalı, 90-YC-977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən sürücünün hərəkətlərinin qarşısı alınaraq qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalarla sürücü …
Read More »Dünya İqtisadi Forumu 2026-cı ildə qlobal risklərlə bağlı hesabatı təqdim edib
2026-cı ildə qlobal risklərlə bağlı hesabat dərc olunub. Qeyd edilib ki, yeni rəqabət dövründə geosiyasi və iqtisadi risklər artır. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, biznes liderləri, hökumət başçıları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və akademik dairələr 2026-cı il yanvarın 19-23-də İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun (WEF) 56-cı illik toplantısında bir araya gələcəklər. Forumdan əvvəl dərc edilmiş “2026-cı …
Read More »Qara dənizdə Qazaxıstan nefti ilə dolu tankerlərə dron hücumu olub
“Delta Harmony”, “Matilda” və “Delta Supreme” tankerləri Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalından 30 mil məsafədə dronlarla hücuma məruz qalıb. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı itki olmayıb. “Röyter” agentliyinin məlumatına görə, hər üç gəmi Yunanıstan şirkətləri tərəfindən idarə olunur və Rusiya sahillərindəki Xəzər konsorsiumunun dəniz terminalına gedirdi. Agentlik qeyd edir ki, hücumun arxasında duranların kimliyi hələ …
Read More »İranda vəziyyət gərginləşir: 2 min nəfərin öldüyü bildirilir, ABŞ öz vətəndaşlarına çağırış edib
ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb. Bu barədə yanvarın 13-də ABŞ-nin Tehrandakı virtual səfirliyinin saytında yayımlanan məlumatda bildirilib. “Dərhal İranı tərk edin. ABŞ hökumətinin yardımına arxalanmadan İrandan çıxış planı hazırlayın. ABŞ vətəndaşları internetdə mümkün kəsintiləri nəzərə almalı, alternativ rabitə vasitələrini əvvəlcədən planlaşdırmalı və əgər təhlükəsizdirsə, İrandan quru yolu ilə Ermənistan və ya Türkiyəyə getmək imkanını nəzərdən keçirməlidirlər. Əgər ölkəni …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
