Cümə , 27 Fevral 2026

Dünya

Naxçıvandakı birgə hərbi təlimdən sonra üç ölkənin müdafiə naziri bir araya gəldi – düşmən narahatdır

Elxan Şahinoğlu: “Türkiyə ordusu artıq Naxçıvanda yerləşib, qalır bunu, sadəcə, rəsmiləşdirmək” İyunun 7-dən 11-dək Naxçıvanda Türkiyə və Azərbaycan birgə hərbi təlimləri yüksək səviyyədə başa çatdıqdan sonra Azərbaycan işğalçı Ermənistanın həyəcanına səbəb olan daha bir hərbi tədbirə ev sahibliyi etdi. Söhbət Qəbələ şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin toplantısından gedir. Üçtərəfli görüşdə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə …

Read More »

“Avtomobil Nəqliyyatı ilə Daşınmaların Təşkili” MMC-də baş verən mənimsəmələr.

boyukmillet.com baş direktor Vüqar Süleymanzadənin rəhbərlik etdiyi qurumdakı şok faktları təqdim edir.        Yük avtomobil sahiblərinə qarşı nəqliyyat işçilərinin törətdiyi özbaşına fəaliyyətlər illərdir ciddi bir problem kimi diqqət mərkəzindədir. Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra bu problem qismən həllini tapsa da amma görünür ki, hansısa qüvvələr ayda külli miqdarda pulun toplandığı bu sahəni əldən vermək istəmir. Nəqliyyat Rabitə və Yüksək …

Read More »

Azərbaycanlı jurnalist Fuad Abbasovun Rusiyadan deportasiyasında üçüncü qüvvələr məsələsi…

Azərbaycanlı jurnalist Fuad Abbasovun Rusiyadan ölkəmizə ekstradisiya olunması ilə bağlı məsələ hələ də yubanır. Hətta vəziyyət o yerə çatıb ki, Azərbaycanın Rusiyadakı səfirliyi bununla bağlı Moskvaya rəsmi nota verib. Səfirliyin məlumatında qeyd olunur ki, 11 iyun 2019-cu il tarixində səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar: “Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası …

Read More »

Azay Quliyev “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın koordinatoru seçildi

Bakıda “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması” təsis olunub. boyukmillet.com xəbər verir ki, təsis konfransında Azərbaycan Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev, Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Milli Məclisin deputatı Sahibə Qafarova, ATƏT PA-nın prezidenti Georgi Tsereteli, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman, Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya …

Read More »

Etibar Məmmədovun açıqlaması müxalif düşərgədə gərginlik yaradıb

AMİP lideri Etibar Məmmədovun mətbuata açıqlamasında AXC hakimiyyəti dövründə Heydər Əliyevi Bakıya İsa Qəmbərlə Pənah Hüseynin çağırdığını deməsi Azərbaycanın müxalifət düşərgəsində yenidən bu məsələnin müzakirəsinə səbəb olub.  P. Hüseynboyukmillet.com Reyting.az-a istinadən xəbər verir ki, sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Etibar Məmmədova cavabında deyib ki, o, Azərbaycanın gələcəyi naminə keçmişdəki bəzi hadisələrin tarixçilərin öhdəsinə buraxılması üzərində düşünənlərdən, bunu …

Read More »

Hər cür təhdid və təhlükəyə qarşı kədərdə və sevincdə bərabərik – FOTOLAR

Bir millətik, iki dövlət,Eyni arzu, eyni niyyət,Hər ikisi CümhuriyyətAzərbaycan-Türkiyə.  Vətəndaş şairimiz Bəxtiyar Vahabzadənin Azərbaycan – Türkiyə qardaşlığının himninə çevrilən eyniadlı şeirində həm də türkün at üstündə yazdığı şanlı tarixi əks olunub. Bu şeir hər dəfə səslənəndə sanki Oğuzların dastanını yenidən oxuyur, dördnala çapan atlarının ayaq səsini duyur, qılınclarının qınından necə sürətlə sıyrıldığını hiss edirik… Çanaqqalada yadellilərə qarşı son damla qanımızacan …

Read More »

AFFA təcili iclas keçirdi — Biabırçı məğlubiyyətə görə hesabat istənildi

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Slovakiya (1:5) matçından dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası baş tutub. boyukmillet.com  xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayev millinin məşqçilər heyəti ilə görüşüb.  O, Slovakiyaya 1:5 hesablı məğlubiyyətin hesabatını istəyib. Milli komandanın futbolçuları da iclasın başa çatmasını gözləyib. Onlar yalnız qarşılaşma başa çatdıqdan 1 saat sonra soyunub-geyinmə otağını tərk edə bilib.

Read More »

Bakı Parlament Platforması təsis edilib

Bu gün Milli Məclisin təşkilatçılığı və ATƏT Parlament Assambleyası (PA) ilə əməkdaşlıq çərçivəsində “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı” və “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın təsis konfransı keçirilir.                             boyukmillet.com xəbər verir ki, tədbirə ATƏT PA-nın prezidenti Georgi Tsereteli və vitse-prezidenti Azay Quliyev, Milli Məclisin …

Read More »

Akar: Azərbaycan və Türkiyə bütün təhlükələrə birlikdə sinə gələ bilər

Azərbaycan və Türkiyə bütün təhlükələrə birlikdə sinə gələ bilər. boyukmillet.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib. Nazir bildirib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər bütün sahələrdə yüsək səviyyədə inkişaf edir. Qeyd edək ki, Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi keçirilir. İyunun 7-də start götürən Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimə 5000 …

Read More »

Rusiyada azərbaycanlı gənc yandırıldı – ŞOK SƏBƏB

Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü baş verib. boyukmillet.com modern.az-a istinadən xəbər verir ki, 30 yaşlı Elmir Əhmədovun cəsədi gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində “Qazel” markalı avtomobildə aşkar olunub. “Qazel” yandığı üçün Elmir Əhmədovun cəsədi tanınmaz hala düşüb. Onun öldürüldükdən sonra avtomobilinə od vurulduğu ehtimal olunur. Verilən məlumata görə, E.Əhmədov rayonda evli xanımla görüşürmüş. Qadının əri bundan xəbər tutub …

Read More »