ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrin Ankarada səfərdədir. Xezerxeber.az xəbər verir ki, Türkiyə hökumətinin dəvəti ilə Ankaraya gələn C.Ceffrin rəsmi şəxslərlə Suriya böhranı, bu problem ətrafında cərəyan edən digər məsələlər, o cümlədən gündəlikdə olan mövzular ətrafında müzakirələr aparacaq.
Read More »Zelenski Ali Radada neçə yer əldə edir – Son nəticələr
Seçki bülletenlərinin 20,75 faizinin hesablanmasından sonra əldə olunan nəticələrə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası parlamentdə 225 yer alır. Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda “Ukraynskaya Pravda” nəşrinin saytında bildirilir. “Xalqın xidmətçisi” partiya siyahıları üzrə 121, majoritar qayda üzrə 104 yer qazanır. Son nəticələrə görə, Yuri Boykonun “Müxalifət platforması – həyat üçün” 42 (müvafiq olaraq …
Read More »Tramp ikinci prezidentliyinin planlarından danışıb
ABŞ prezidenti Donald Tramp növbəti dəfə dövlət başçısı seçiləcəyi təqdirdə gələcək planlarından danışıb. Bu barədə “Report” “Washington Post”a istinadən xəbər verir. Ağ Ev rəhbəri bildirib ki, o, ölkə büdcəsinin xərclərini azaltmaqniyyətindədir. Tramp həmçinin bir sıra idarələri ləğv etmək istədiyini qeyd edib. O, vurğulayıb ki, bu, respublikaçıların Nümayəndələr Palatasına nəzarətinin qaytarılması ilə mümkün olacaq. ABŞ-da prezident seçkiləri 2020-ci ildə keçiriləcək.
Read More »Ərdoğandan dünyaya: 45 il öncə etdiyimizi bu gün də edərəm…
Adanın və bölgənin sərvətlərinin sadəcə özlərinə aid olduğunu düşünənlər qarşılarında Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətini görəcəklər. boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kiprdə həyata keçirilən sülh hərəkatının 45-ci ildönümü münasibətilə ŞKTC-nin Prezidenti Mustafa Akıncıya göndərdiyi təbrik məktubunda bildirib. Ərdoğan qeyd edib ki, Türkiyə 45 il öncə atdığı addımı lazım olsa, yenə də təkrarlaya bilər. “Türkiyə …
Read More »Britaniya bu gün İrana qarşı sanksiyalar elan edə bilər
Bu gün Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant “Stena Impero” neft tankerinin saxlanılması ilə əlaqədar İrana qarşı bir sıra diplomatik və iqtisadi sanksiyaları elan edə bilər. APA-nın xəbərinə görə, bu barədə “Telegraph” qəzeti məlumat yayıb. Bu sıraya İran aktivlərinin dondurulması da daxildir. London Avropa İttifaqı və BMT-ni 2016-cı ildə nüvə razılaşması ilə əlaqədar ləğv edilən sanksiyaları yenidən bərpa etməyə …
Read More »Rusiyada dəhşətli cinayət: gənc qızı gözəl olduğu üçün boğaraq öldürdülər – FOTO
Rusiyada gənc qız dəhşətli işgəncələr ilə öldürülüb. boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Arxangelsk vilayətində baş verib. 17 yaşlı Viktoriya Averina adlı gənc qız gözəl olduğu səbəbi ilə sinif yoldaşları tərəfindən öldürülüb. Sinif yoldaşları Viktoriyanı onlardan gözəl olduğu üçün və “İnstagram” hesabında daha çox izləyicisinin olmasına görə öldürüb. Gənc qızı öldürən Lina və İrina Lina və İrina adlı iki gənc …
Read More »Türkiyə ordusu PKK-nın İraqdakı obyektlərinə zərbələr endirib
Türkiyə Hərbi Hava Qüvvələri PKK terror təşkilatının İraqın şimalındakı obyektlərinə zərbələr endirib. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”dəki səhifəsində məlumat yayılıb. Qeyd edilir ki, Türkiyə ordusu PKK-nın Metin ərazisindəki obyektlərinə zərbələr endirib. Hava hücumları zamanı 3 terrorçu zərərsizləşdirilib. Zərbələr zamanı həmçinin terrorçuların atəş nöqtələri və sığınacağı da məhv edilib. Hava zərbələri “Pəncə” …
Read More »Yunanıstanın yeni baş nazirindən diqqət çəkən açıqlama: “Ərdoğana çağırış edirəm … “
Yunanıstanın yeni baş naziri Kiriakos Miçotakis Türkiyə ilə bağlı verdiyi açıqlamalar diqqət çəkib. boyukmillet.com xəbər verir ki, baş nazir Miçotakis, hökumət proqramının müzakirə ediləcəyi Baş Məclisində çıxış edib. O çıxışında birbaşa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib. “Cəsur addımlar atacağımız ortaq bir yanaşma üçün R.T.Ərdoğana çağırış edirəm” deyən baş nazir bu açıqlaması ilə diqqətləri çəkib. Baş nazir daha sonra qəzəbli …
Read More »Türk diplomatını güllələyən 4 terrorçu tutuldu – Aralarında deputatın qardaşı da var
İyulun 17-də İraqın Ərbil şəhərində restoranda qətlə yetirilən Türkiyə Baş konsulunun müavini Osman Kösənin qatilləri həbs olunub. Mia.az xəbər verir ki, bu barədə Ərbil Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, diplomatın qətlini təşkil və icra edən 4 terorçunun hamısı saxlanılıb. Məlumata görə, saxlanılanlar arasında Türkiyə parlamentinin HDP-li deputatı Dersim Dağın böyük qardaşı da var.
Read More »ABŞ İrana qarşı xüsusi əməliyyata başlayır
ABŞ Yaxın Şərqdə dəniz yollarının təhlükəsizliyin təmini üçün “Gözətçi” adlanacaq hərbi əməliyyat hazırlayır. boyukmillet.com xəbər verir ki, bu məlumatı ABŞ Mərkəzi Komandalığı (CENTCOM) yayıb. CENTCOM bu əməliyyatı Fars körfəzində bir müddət öncə baş verən hadisələr fonunda başlatdığını vurğulayıb. Əməliyyatın əsas hədəfinin Ərəb körfəzi, Hörmüz boğazı, Bab əl Məndəb boğazı, Oman körfəzi boyunca bütün beynəlxalq sularda təhlükəsizliyin təmini və gərginliyin azaldılması …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar