Erməni KİV-ləri öz ənənələrinə sadiq qalaraq, Azərbaycanın yüksək post tutan məmurları barədə hədyanlar yağdırmaqda davam edirlər. Çox maraqlıdır ki, bu dəfə onlar Azərbaycanın müdafiə naziri Zakir Həsənovu hədəf seçiblər. Bir neçə erməni KİV-i sosial şəbəkələrdə yayıldığı iddia olunan bir videoreportaja istinad edərək Azərbaycanın müdafiə naziri haqda geniş böhtan kampaniyasına start verib. Həmin materiallarda iddia edilir ki, guya araşdırmanı “Azad Azərbaycan” …
Read More »“Trampın qərarı milli dövlətlərin suverenliyini, ərazi bütövlüyünü təhlükə altına atmış olacaq” – Politoloqlardan açıqlama
Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı ölkəsinin İsrailin Colan yüksəklikləri üzərində suverenliyini rəsmən tanıdığını elan edən sənədi imzalayıb. Boyukmillet.com xəbər verir ki, İsrailin özünü qorumaq hüququnun olduğunu deyən Tramp bildirib ki, gələcəkdəki barış anlaşmasında, İsrailin özünü İrandan və bölgədəki digər təhdidlərdən qoruması ehtiyacı nəzərə alınmalıdır. Netanyahu Amerika liderinə minnətdarlığını …
Read More »“Bizi yola verməyin, evdə balalarımız ağlayır” – “Diqlas”da malları yanan sahibkarlar
Nizami rayon icra hakimiyyətinin rəsmi şəxsləri “Diqlas” TM-də malları yanan sahibkarları qəbul edir. Hazırda İcra Hakimiyyətinin qarşısında yüzlərlə sahibkar var. Sahibkarlar icra hakimiyyətinin binasında rəsmi şəxslər tərəfindən qəbul ediləcək və şikayətləri dinləniləcək. Hazırda icra hakimiyyətinin akt zalında yüzlərlə sahibkar var.
Read More »Ermənistan XİN-in yeni Qarabağ təxribatı – qondarma “DQR”in tanınmasından danışırlar…
Elşən Mustafayev: “Bu cür pozucu bəyanatlarla bağlı beynəlxalq qurumlar və münaqişənin həlli ilə bağlı vasitəçi öhdəliyi olan ölkələr kəskin mövqe ortaya qoymalıdırlar” Ermənistan xarici işlər nazirinin müavini Avet Adonç yenə öz ölkəsinin ruhuna uyğun olan məsuliyyətsiz bəyanat verib. Erməni KİV-ləri bildirir ki, yeni seçilən parlamentin komissiyalarından birinin iclasında deputat Tiqran Urixanyanın sualına cavabında o bildirib ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması …
Read More »Vətəndaşın təhlükəyə atılaraq yanğını söndürməsi yolverilməzdir – VİDEO
Bu gün Bakıdakı “Diqlas” ticarət mərkəzində baş verən yanğın zamanı yayılan videolardan biri ciddi müzakirə mövzusuna çevrilib. Görüntülərdə ticarət mərkəzinin ikinci mərtəbəsində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürəni ilə yanaşı mülki geyimli şəxslərin də olduğu əks olunub. Maraqlı məqam isə ondan ibarətdir ki, mülki geyimli şəxslər yüksək təzyiqli yanğın şlanqını yanğınsöndürənin əlindən alır və yanğını özləri söndürməyə çalışırlar. Həmin şəxslərin ticarət mərkəzində …
Read More »Elmədddin Behbud QHT Şurasının tətbiq etdiyi yenilikləri açıqladı
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud QHT Şurasının tətbiq etdiyi yenilikləri açıqlayıb. O bildirib ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2019-cu il birinci qrant müsabiqəsinin nəticələrini 18 martda elan edib: “Qalib olan bütün QHT-ləri bu münasibətlə təbrik edirəm. Birinci qrant müsabiqəsində qalib gəlməyən QHT-lər isə Şuranın …
Read More »Əliyev və Paşinyan martın 29-da Vyanada görüşəcəklər
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ nizamlanması üzrə görüşü martın 29-da Vyanada olacaq. Bunu “İnterfaks Azərbaycan” agentliyinə Avstriya paytaxtındakı diplomatik mənbədən bildiriblər. “Görüş 29 martda Vyanada olacaq və ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçəcək”, – agentliyin həmsöhbəti qeyd edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 14-də bildirmişdi ki, Bakı və Yerevan Azərbaycan Prezidenti …
Read More »İranda daşqın nəticəsində 68 nəfər ölüb – VİDEO
İranın cənub-şərqində yerləşən Şiraz şəhərində sel və daşqınlar nəticəsində 68 nəfər ölüb. Bu barədə Şiraz şəhəri Məhkəmə-tibbi ekspertizası idarəsindən bildiriblər.
Read More »Azərbaycan təhlükəsizlik orqanlarının 100 ili – VİDEO
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx hazırlanıb. Belə ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Daha sonra Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti 1919-cu il iyun ayının 11-də Dövlət Müdafiə Komitəsi yanında xüsusi xidmət orqanı olan – Əks-inqilabla Mübarizə Təşkilatının yaradılması barədə qərar …
Read More »Azinforum.az İnformasiya Portalı 5 yaşına çatdı
2014-ci ildə fəaliyyətə başlayan Azinforum.az saytı bu gün 5 yaşını tamamlayır. Bu müddət ərzində saytımız heç də hamar olmayan yolları qət edə bilib. Dəfələrlə məhkəmələrə verilsək də, hamısından qalib ayrılmışıq. İnformasiya Portalı 2018-ci ildə Mətbuat Şurasına üzv qəbul edilib. Bəzi texniki xətaları nəzərə almasaq, bu beş il ərzində sayt bir gün də olsun fəaliyyətini dayandırmayıb. Hər halda, özümüz-özümüzü tərifləsək yaxşı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar