Şənbə , 7 Noyabr 2026

Dünya

Çavuşoğludan Ermənistanı şoka salacaq Qarabağ AÇIQLAMASI

Bütün dünya Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olduğunu qəbul edir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir qeyd edib ki, buna baxmayaraq Ermənistan işğal etdiyi torpaqları azad etmir. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi …

Read More »

Məktəblinin intihar olayında adı keçən başçı müavini danışdı

Xalidə Bayramova “Həmin videonu mən çəkməmişəm” deyir; hüquqşünas: “Direktor nəinki hüquq, həm də cəmiyyət qarşısında cavab verməlidir” On gündən çoxdur ki, ölkə mətbuatında müzakirə edilən əsas məsələlərdən biri yeniyetmə Elinanın intiharı, bu hadisə ilə bağlı detallardır. Ölkə rəhbərliyi məktəbli qızın intihar hadisəsini nəzarətə götürüb. Baş Prokurorluqdan da məlumat yayılaraq bildirilib ki, Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq …

Read More »

Naxçıvanda müşavirə keçirilib

Aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Boyukmillet.com-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında innovasiyalar uğurla tətbiq olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın bütün …

Read More »

Xalq artisti Telman Adıgözəlovun anım günüdür

Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru, aparıcı, Xalq artisti Telman Adıgözəlovun anım  günüdür. Boyukmillet.com -un məlumatına görə, Adıgözəlov Telman Abbasqulu oğlu 1953-cü ildə Balakən şəhərində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” , İlyas Əfəndiyev “Xurşidbanu Natəvan”, “Mahnı dağlarda qaldı”, Şekspirin “Maqbet”, …

Read More »

Əli Həsənov İlber Ortaylını qəbul edib

Prezidentin köməkçisi Əli Həsənov İlbər Ortaylını qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov məlumat verib. Qeyd edək ki, ötən gün Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi, professor İlbər Ortaylının “Qafqaz tarixi” mövzusunda mühazirəsi keçirilib. Professor İlbər Ortaylı Avropa qitəsinin mühüm regionu olan Qafqaz ərazisində qədim dövrdə yaradılmış dövlətlər, burada yaşayan yerli əhali, …

Read More »

Naxçıvanın ən bacarıqlı yeniyetmə şahmatçılarından olan Zahid Allahverdiyevi tanıyaq

Bu gün muxtar respublikamızda şahmatın inkişafı üçün hər bir şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun və Naxçıvan MR Şahmat Federasiyasının sədri Seymur Talıbovun muxtar respublikada şahmatın inkişafı üçün əvəzsiz xidmətləri nəticəsində, muxtar respublikada yeni şahmat məktəbləri tikilərək istifadəyə verilib. Eyni zamanda Naxçıvanda, uşaq və yeniyetmələr arasında şahmatın kütləvi hal alması üçün tədbirlər görülür, məktəblərdə şahmat …

Read More »

İranda hicabını açan MƏŞHUR QIZ həbs olundu

Ötən il İranda məcburi hicaba etiraz olaraq baş örtüyünü açıb nümayiş etdirən Vida Müvəhhid adlı qız 1 il həbs cəzası alıb. Bu barədə onun vəkili məlumat yayıb. Vəkil onun Rey şəhərindəki həbsxanada saxlanıldığını bildirib. Xatırladaq ki, 31 yaşlı Vida Müvəhhid Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, bu şücaətinə görə …

Read More »

Yanlış diaqnoz və qəfil ölüm – Telman Adıgözəlov ŞƏXSİYYƏTİ

“Televiziya kanallarında atamın hansısa tamaşasını göstərəndə anamla bacımı qoymuram baxsınlar. Dözə bilmirlər, ağlayırlar… Biz hələ də onun yoxluğuna alışmamışıq. Atamın yeri, o boşluq çox hiss olunur. Neyləsək də, o boşluq heç nəylə dolmaz. Bu itki bizi həmişə göynədəcək ” – oğlunun dediklərindən.   Uşaqlığı və…    Abasqulu kişinin ailəsi Balakəndə sovxozda işləyirdi. Ailədə iki oğlan uşağı böyüyürdü, ailə o vaxtkı Sovet ailələri …

Read More »

Ukrayna Azərbaycanlıları Radası yaradıldı – Diaspor təşkilatları birləşdi

  Aprelin 14-də Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (UAR) təsis qurultayı keçirilib.    Boyukmillet.com Azərtac-a istinadən xəbər verir ki, qurultaydan öncə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov və qurultay iştirakçıları ümumilli lider Heydər Əliyev adına Parkda Ulu Öndərin heykəlini ziyarət edib, önünə çiçəklər düzüblər.   Ukrayna və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə açıq elan olunan qurultayda 200 nümayəndədən …

Read More »

Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə rəis təyin edildi – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 15-də Kamil Məmmədəliyevin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi təyin edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatına görə, sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Kamil Həsən oğlu Məmmədəliyev Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin …

Read More »