Çərşənbə , 1 Aprel 2026

Dünya

Avropa ordusu qurulur – İlk addım atıldı

Kansler Angela Merkel və Prezident Emmanuel Makron Almaniya ilə Fransa arasında əməkdaşlığa dair yeni müqavilə imzalayıblar.   boyukmillet.com  DW-yə istinadən xəbər verir ki, Almaniyanın Kansleri Angela Merkel sənədin imzalandığı günü “xüsusi gün” adlandırıb.   Yelisey müqaviləsi əsasında Axen müqaviləsi özündə əməkdaşlığın genişləndirilməsini ehtiva edib. İki dövlət arasında Yelisey müqaviləsi 1963-cü ildə imzalanıb.   Sənəd 7 bölmə və 28 maddədən ibarətdir. …

Read More »

Prezident İlham Əliyevin “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “SAP SE” şirkətinin baş icraçı direktoru Bill Makdermot ilə görüşüb. Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Bill Makdermot müəllifi olduğu kitabı dövlətimizin başçısına təqdim etdi. Söhbət zamanı Bill Makdermot Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu vurğuladı və son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların və ölkəmizin inkişaf proqramlarının onlarda böyük maraq …

Read More »

Terror təşkilatı PKK/YPG Suriyada daha bir mahalı işğal etdi – ABŞ-ın dəstəyi ilə

Terror təşkilatı PKK/YPG terror təşkilatı ABŞ-ın dəstəyi ilə həyata keçirdiyi hücumlar nəticəsində Suriyanın Deyrizor bölgəsinin Süse mahalını işğal edib. boyukmillet.com xəbər verir ki, ABŞ-ın rəsmən dəstək verdiyi PKK/YPG terrorçuları 8 gün davam edən toqquşmalar nəticəsində dünən gecə gecə saatlarda Süse mahalını ələ keçirib. Süse mahalı bu vaxtadək terror təşkilatı İŞİD-in nəzarətində idi. ABŞ-ın dəstəklədiyi PKK/YPG terror təşkilatı Suriyanın təxminən üçdə birini …

Read More »

“Mehmanın azadlığa çıxması siyasi işbazları məyus edəcək” – Azay Quliyev

Azərbaycan parlamentinin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Qulyev həbsdə olan blogger Mehman Hüseynov barəsində açılmış yeni cinayət işinin xitam olunması haqqında özünün sosial şəbəkədəki hesabında qeydlər paylaşıb. Millət vəkili deyib ki, Mehman Hüseynova qarşı aparılan istintaqın Prezident tərəfindən nəzarətə götürülməsi Azərbaycan əleyhinəyaxından və uzaqdan idarə olunan bəzi oyunların və ssenarilərin qarşısını almış oldu: “ Yəqin ki, Mehmanın azadlığa çıxması daxildə …

Read More »

“ASAN İMZA” BUMU VƏ MONOPOLİYASINDAN QAZANAN YALNIZ “AZERCELL” OLDU

Bu gün “Azercell” bilirsiniz nə qədər pul qazandı? Gözlərimin şahidi oldum və belə nəticəyə gəldim ki, qanunvericiliyə edilən hər hansı bir dəyişikliyin tətbiqini qəsdən elə edirlər ki, bundan hansısa qurum pul qazanır, ancaq sadə əhali əziyyət əkir. Bilirsiniz ki, ötən ilin sonunda qanunvericiliyə edilən dəyişikliyə görə, VÖEN əsasında fəaliyyət göstərən fiziki və hüquqi şəxslər rüblük hesabatı vergi ilə sosial fondla …

Read More »

Məhkum olunmuş əcnəbilərə arayış veriləcək – Ramil Usubov qərar imzaladı

  Daxili İşlər Nazirliyinin Kollegiyası “Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat”da dəyişikliklər edib.    boyukmillet.com-un məlumatına görə, dəyişiklik biri əvvəllər Azərbaycan ərazisində yaşamış əcnəbilərlə bağlıdır.    Bundan sonra həmin əcnəbilər məhkumluqları barədə arayış almaq üçün xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına müraciət etməlidirlər. Bu cür müraciətlər baxılması üçün Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə DİN-in Baş …

Read More »

Mehman Hüseynov prezidentə müraciət etdi

Həbsdə olan bloqqer Mehman Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Yanvarın 20-də imzalanmış müraciətdə deyilir:  “Hörmətli cənab Prezident,  Mən Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə …

Read More »

Əməkdar artist anasının qarşısında diz çöküb ağladı

Əməkdar artist Mehriban Xanlarova anası Bibiş Xanlarova ilə birgə “Şou ATV” verilişində qonaq olub. boyukmillet.com-un məlumatına görə, aktrisa verilişə dəvət olunan anasının qarşısında diz çökərək bildirib ki, valideynləri eşitmə və dil qüsurludur: “Uşaq vaxtı biz danışa bilmirdik. Qonşular nəsə deyəndə, başa düşmürdük. Gərək əl-qol hərəkətlər edərdilər ki, biz insanların nə dediyini anlayardıq. Hətta mən “çay gətir”, deyən olsaydı, anlaya bilməzdim. …

Read More »

İsrail İran ordusuna hücum etdi – İlin ilk zərbəsi

İsrail hərbçiləri bu gecə Suriyadakı İran silah anbarları və bir neçə hava hücumundan müdafiə batareyalarına qırıcılardan zərbə endiriblər. boyukmillet.com xəbər verir ki, Təl-Əviv bu zərbənin Qolan təpələrinə Suriyadan endirilən raket hücumuna cavab olduğunu bildirib. Hücum zamanı həmçinin İranın “Qüds” briqadasının hərbi obyektlərinin, İran kəşfiyyat mərkəzi və İran təlim düşərgəsinin hədəf alındığı vurğulanıb: “İsrail ərazisinə dünən atəş açmaqla İran özünün Suriyadakı …

Read More »