Şənbə , 14 Sentyabr 2024
Drone Cameras

Prezident İlham Əliyevin “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “SAP SE” şirkətinin baş icraçı direktoru Bill Makdermot ilə görüşüb.

Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Bill Makdermot müəllifi olduğu kitabı dövlətimizin başçısına təqdim etdi.

Söhbət zamanı Bill Makdermot Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu vurğuladı və son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların və ölkəmizin inkişaf proqramlarının onlarda böyük maraq oyatdığını bildirdi. Şirkətin artıq Bakıda ofis açdığını deyən Bill Makdermot Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin reallaşdırılmasında və rəqəmsal iqtisadiyyatın formalaşmasında “SAP SE” şirkətinin dəstək verməyə hazır olduğunu ifadə etdi. Qeyd etdi ki, şirkət həm dövlət sektorunda, həm də özəl sektorda rəqəmsal iqtisadiyyatın, ümumiyyətlə, rəqəmsallaşmanın inkişafına töhfə verə bilər. Azərbaycan dövlətinin başçısının həyata keçirdiyi iqtisadi siyasət onlarda bu inamı yaradır.

Bill Makdermot vurğuladı ki, Azərbaycan iqtisadiyyatındakı mövcud sabitlik və ölkənin maliyyə dayanıqlılığının güclənməsi rəqəmsal iqtisadiyyatın inkişafı üçün geniş zəmin yaradır. Eyni zamanda, rəqəmsal iqtisadiyyat böyük sürətlə iş yerlərinin artmasına imkan verir. Şirkətin baş icraçı direktoru xüsusi vurğuladı ki, rəqəmsal iqtisadiyyatın inkişafı gender bərabərliyinin təmin olunmasına da töhfə verə bilər.

Prezident İlham Əliyev “SAP SE” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, şirkətin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığı ölkəmizdə iqtisadiyyatın inkişafına, şəffaflığın artmasına, yeni iş yerlərinin yaradılmasına töhfə verib. Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmini vurğuladı.

 

Check Also

Baş nazir: Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir edəcək resursları yoxdur

Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir göstərə biləcək resursları yoxdur, amma başqa qüvvələrin buna gücü …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir