Daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Daxili Işlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85000 manat pulun şəxsi hesablara köçürülməsi və nağdlaşdırılması barədə məlumat daxil olub. Baş İdarə əməkdaşları …
Read More »Naxçıvanda işdən azad edilən general Asəf Məmmədovla bağlı ŞOK FAKTLAR
Bugünlərdə vəzifəsindən azad edilən Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sabiq sədri, general Asəf Məmmədovla bağlı sosial şəbələlərdə maraqlı məlumatlar yayılıb. Geniş şəkildə paylaşılan həmin məlumatlarda DGK-nin sabiq sədrinin işdən azad olunması ilə bağlı detallara, onun sürdüyü həyat tərzinə aydınlıq gətirilir. Məsələn, Əli İbrahimov adlı sosial şəbəkə istifadəçisi yazır ki, Naxçıvan əhalisinin keçmiş DGK sədrindən canı qurtardı: “Blokada şəraitində yaşayan MR-dəki …
Read More »Səfir Azər Xudiyevi sifarişlə hədəf seçənlər onun gördüyü müsbət işləri niyə unudurlar?
Son vaxtlar bəzi KİV-lərdə Azərbaycanın Ukraynadakı səfirliyinin fəaliyyəti ilə bağlı qərəzli, həqiqətdən uzaq olan məlumatların yayıldığının şahidi oluruq. Azinforum.az olaraq bizim də Ukraynadakı diaspor təşkilatlarımızın və səfirliyimizin fəaliyyətilə bağlı silsilə araşdırmalarımız olub. İctimaiyyətə məlumdur ki, həmin jurnalist tədqiqatları nəticəsində bir sıra gerçəklikləri ortaya çıxarmışıq. Hazırda da bizə məlumdur ki, Ukraynadakı səfirliyimizlə bağlı KİV-lərdə yayılan neqativ informasiyalar həmin ölkədəki bəzi diaspor …
Read More »Son dəqiqə : Ukrayna Rusiya vətəndaşı olan kişilərin ölkəyə girişini qadağan etdi
Ukrayna, Qara dənizdə yaşanan gərginliyin ardından, 16-60 yaş arası Rusiya vətəndaşları ölkəyə girişini yasaqlayacağını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu haqda Ukrayna prezidenti Petro Poroşenko Kiyevdə keçirdiyi mətbuat konfransında məlumat verib. Poroşenko qadağanın yalnız Rusiya vətəndaşı olan kişilərə şamil ediləcəyini deyib. “16-60 yaş arası rus kişilərinin ölkəyə girişini məhdudlaşdırmaqla, əslində onların ölkəmizdə xüsusi hərbi birliklər qurmalarının qarşısını almaq üçündür. Rusiyanın …
Read More »Ukraynada hərbi vəziyyət elan olundu
Ukraynanın Prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə hərbi vəziyyət tətbiq etmək qərarı haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında informasiya dərc olunub. Prezidentin göstərişinə əsasən, ölkədə 26 noyabr-29 yanvar tarixləri arasında hərbi vəziyyət elan olunub. Ukraynanın Təhlükəsizlik Xidmətinə təxirəsalınmaz şəkildə əks-kəşfiyyat və antiterror rejimlərini, habelə informasiya təhlükəsizliyi gücləndirmək göstərişi verilib. Xatırladaq ki, …
Read More »Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu keçirilir
NUHÇIXAN xəbər verir ki, forum çərçivəsində gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsi önünə gələrək, buraya gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev muzeyi ilə tanışlıq olub. Muzeydə gənclərə ümummilli liderin həyatını və ictimai-siyasi fəaliyyətini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Forum iştirakçıları ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif məqamlarını …
Read More »Sabir Rüstəmxanlı “Dəlilər”dəki Rüstəmxanlıdan danışdı: “O, Mübarizi canlandırıb”
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl İstanbulda baş rollarından birinə azərbaycanlı aktyor Namiq Rüstəmxanlının çəkildiyi “Dəlilər. Fatehin Fərmanı” filminin təqdimat mərasimi keçirilib. BakuPost Publika.az-a istinadən xəbər verir ki, Osmanlı imperiyasının dünyanı titrədən ordusunun, ən öndə gedən mərd döyüşçülərinin qəhrəmanlıqlarından bəhs edən filmin təqdimatına 3000 minə yaxın insan iştirak edib. Qala gecəsinin qonaqları arasında sabiq millət vəkili, Azərbaycanın …
Read More »“Mənə böhtan atırlar” – Adil Əliyev ittihamlara cavab verdi
Azərbaycan Milli Məclisinin deputatı Adil Əliyev barəsində yayılan məlumatlara münasibət bildirib. A.Əliyev “Report”a açıqlamasında deyib ki, həmin məlumatlar həqiqəti əks etdirmir, sadəcə, bəzi şəxslər ona böhtan atır. O bildirib ki, məsələni hüquqi müstəvidə həll edəcək: “Bəzi şəxslər adımı mənə aidiyyəti olmayan məsələlərdə hallandırırlar, bir neçə mətbuat orqanı da bundan sui-istifadə edir. Təbii ki, bunlar şərəf və ləyaqətimə ləkə gətirir. Həmin …
Read More »Tehranda Azərbaycan türkləri ilə farslar arasında qarşıdurma – Farslar stadionda Azərbaycan bayrağına qarşı Ermənistan bayrağı açdılar… (Foto)
Tehranın “Azadi” stadionunda keçirilən “Persopolis”-“Traxtur” futbol matçında azarkeşlər arasında qarşıdurma yaranıb. Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlının cebhe.info-ya verdiyi məlumata görə, qarşıdurmaya səbəb fars azarkeşlərin şovinist hərəkətləri olub. Türk azarkeşlərin Azərbaycan və Yaponiya bayrağı (“Tiraxtor” klubunda oynayan futbolçularınan biri yapondur-müəll.) qaldırması farsları narazı salıb. Onlar buna cavab olaraq Ermənistan bayrağı açıblar. Azərbaycanlı azarkeşlər milli şüarlar səsləndirib. Bu …
Read More »GƏRGİNLİK ARTDI: Rusiya Ukraynanın gəmilərini ƏLƏ KEÇİRDİ – VİDEO
Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumatda bildirilib. Atəş nəticəsində “berdyansk” kiçik zirehli artilleriya kateri zədələnib. Kater hərəkətdən qalıb, yaralılar var. Ukrayna Müdafiə Nazirliyinə istinadla İnfoResist saytı isə Rusiyanın Ukraynaya məxsus hər 3 gəmini artıq ələ keçirdiyini yazıb. “İki zirehli – “Berdyansk” və “Nikopol” …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar