8 noyabr – Zəfər Günü münasibətilə Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib. Bununla yanaşı, İslamabadda parlament binası və Pakistan Ali Məhkəməsi da Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Read More »Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb
Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb. Boyukmillet.com xəbər verir ki, Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb. Bildirilib ki, Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardınca Ermənistanın Dalarik stansiyasına yola salınacaq. Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi …
Read More »BMT-də Azərbaycanın ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizəsindən danışılıb
Azərbaycan Respublikasının Konstitusiyası ayrı-seçkiliyi qəti şəkildə qadağan edir və bütün şəxslərin bərabər hüquq və azadlıqlarını təmin edir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 80-ci sessiyasının üçüncü komitəsinin iclasında müasir irqçilik formaları üzrə xüsusi məruzəçi ilə interaktiv dialoq zamanı bildirib. Birinci katib bildirib ki, mədəni müxtəlifliyin təşviqi və qorunması müxtəlif …
Read More »Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir
Fələstinin səkkiz fraksiyası, radikal HƏMAS hərəkatı və FƏTH Partiyası münaqişə başa çatdıqdan sonra Qəzza zolağının idarəçiliyini öz üzərinə götürəcək müvəqqəti administrasiyanın strukturunu razılaşdırmaq məqsədi ilə Misirin paytaxtı Qahirədə danışıqlar aparır. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb. Məlumata əsasən, tərəflər anklavın rəhbərliyi üçün təşkilat kimi texnokratik komitənin yaradılmasını müzakirə edirlər. Vasitəçilik edən Misir komitəyə Qəzzadan …
Read More »QARAÇAY SÜRGÜNÜ – Qafqazın unudulmayan yarası
Bu gün – 2 noyabrda Şimali Qafqaz xalqlarının yaddaşına əbədi həkk olunan bir faciənin ildönümüdür. 1943-cü il noyabrın 2–5-də Qaraçay xalqı bütövlükdə öz doğma torpaqlarından qoparıldı. Sovet diktatoru İosif Stalinin imzaladığı gizli qərarla 70 minə yaxın qaraçaylı “xalq düşməni” damğası ilə Orta Asiyanın səhralarına və dağlarına sürgün edildi. Bu deportasiya təkcə bir etnik qrupun deyil, bütövlükdə Qafqaz xalqlarının azad ruhunun …
Read More »ABŞ narkotik ticarəti üçün istifadə edilən qayığı məhv edib
ABŞ Karib dənizində narkotik ticarəti üçün istifadə edilən gəmini məhv edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset “X” sosial şəbəkə hesabında məlumat verib. Heqsetin sözlərinə görə, narkotiklər ABŞ hakimiyyəti tərəfindən terror təşkilatı hesab edilən təşkilatın üzvləri tərəfindən daşınıb. Təşkilatın adı isə açıqlanmayıb. Pentaqon rəhbəri bəyan edib ki, beynəlxalq sularda baş verən zərbə zamanı qayıqda olan üç nəfərdə …
Read More »Sudan öz ərazilərinin bərpasında Azərbaycanın təcrübəsindən istifadə edəcək
Sudan hökuməti ölkənin hazırda müharibə gedən ərazilərinin bərpası üçün gələcəkdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi təcrübədən istifadə edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Sudanın Azərbaycandakı səfiri Ənəs Eltayeb Elqaylani Mustafa “Sudanda baş verən son hadisələr (Əl-Faşir soyqırımı)” haqqında keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Sudanda müharibə başa çatdıqdan sonra Əl-Faşir və digər dağılan şəhərlərin bərpası mümkün olacaq: “Ötən il Qarabağda …
Read More »Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı dövlət başçısı “X” hesabında paylaşım edib. “Əziz Qardaşım, Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram”, – …
Read More »Azərbaycan neftinin qiyməti 63 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,05 ABŞ dolları, yaxud 1,68 % artaraq 63,45 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 62,21 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları və ya 1,77 % artaraq 61,51 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir …
Read More »Azərbaycanda sosial sığorta haqqının ödənilməsinə dair dəyişiklik müzakirə mərhələsindədir – RƏSMİ
Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanların aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının tutulmasına dair dəyişiklik müzakirə mərhələsindədir. Bu barədə “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bildirilib. “Qanunvericilikdə bununla bağlı hər hansı dəyişiklik olduğu halda ictimaiyyətə məlumat veriləcək”, – deyə Fonddan qeyd olunub. Məlumat üçün bildirək ki, 2019-cu il yanvarın 1-dən 7 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar