Bazar , 14 Dekabr 2025

Dünya

İki oğlunu şəhid verən ata Ərdoğanı ağlatdı — VİDEO

Sosial şəbəkələrdə 2 oğlunu şəhid verən türk atanın təsirli videosu yayılıb. Boyukmillet.com bildirir ki, videoda hər 2 oğlu şəhid olan ata övladlarına həsr olunan şeiri göz yaşları içində oxuyur. Zalda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da göz yaşlarını saxlaya bilmir.

Read More »

Akademik Ziya Bünyadovun qatilinin sensasion etirafları – eksklüziv

İcra başçısının oğlu olan Nizami Nağıyev qətlin hazırlıq mərhələsindən və hər şeydən danışdı… Akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə almışıq. Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır. Bu gün onunla …

Read More »

Hollandiya türk düşmənçiliyi və qərəzli ermənipərəstliyin zirvəsində…

“Türkiyə bu iddialarla ona təzyiq etmək yolunu tutan ölkələrə qarşı daha sərt mövqe tutur, nəinki geriyə addım atır” Samir Adıgözəlli: “Bir müddət sonra Hollandiya səhvini anlayaraq siyasətində korrektələr etməyə məcbur olacaq” Türkiyədəki səfirini geri çağıraraq qardaş ölkə ilə diplomatik əlaqələrini donduran Hollandiya qondarma “erməni soyqırımı”nı rəsmən tanıyıb. Həmin ölkə parlamentinin alt qurumu hesab olunan Tveede Kamerdə qondarma “soyqırım”la bağlı qanun …

Read More »

Yeni regional format yaranır

Azərbaycanın təşəbbüsü və iştirakı ilə daha bir regional format yaranır. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev AzərTAc-a açıqlamasında bildirib ki, martın 6-da Bakıda Azərbaycan-Türkiyə-Ukrayna formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələr keçiriləcək. Siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Ukrayna xarici işlər nazirinin müavini Vasiliya Bodnarın və Türkiyə xarici işlər nazirinin müavini Ümid Yalçının rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycana səfər edəcəklər. Siyasi məsləhətləşmələrdə …

Read More »

Azay Quliyev Vyanaya səfərə gedir

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev fevralın 19-da Avstriyanın paytaxtı Vyana şəhərinə səfərə gedəcək. Bu haqda Milli Məclisin mətbuat xdiməti məlumat yayıb.  Deputatımız səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edəcək və sessiyanın gündəliyində olan aidiyyatı məsələlər haqqında çıxış edəcək.  Azay Quliyev fevral ayının 22-də ATƏT PA-nın İpək Yoluna …

Read More »

“Kitab yandırmaq nədir? Bu hansı əsr, hansı zamandır?” – Şair-yazıçı MÖVQEYİ

Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi 11 apreldə keçiriləcək növbədənkənar seçkilərində YAP-ın namizədi, hazırkı prezident İlham Əliyevi dəstəkləyəcəyini bəyan etdi. Bunun ardınca bir qrup müxalifətçi sosial şəbəkələrdə AYB sədri, yazıçı Anarın və AYB katibi Çingiz Abdullayevin kitablarını yandırmaq təşəbbüsü ilə çıxış ediblər. Yazıçının kitablarını yandırmaq nə dərəcədə düzgündür?  Xalq şairi Fikrət Qoca: “Hər kəs öz tərbiyəsini göstərir. Bəzi insanlar öz içini açmaq …

Read More »

Anar: “Mən demirəm ki, ziyalılar mələkdir”

Anar: “Əleyhimə üç çamadan yazı yazıblar, saxlamışam, hamısını çap edəcəyəm” Yazıçılar Birliyinin bir qrup üzvünün prezident seçkisində hakim partiyanın namizədi, prezident İlham Əliyevi müdafiə ilə bağlı bəyanata imza atması geniş müzakirələrə səbəb olub. Hətta bunun qarşılığında sosial şəbəkələrdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın kitablarını yandırmaqla bağlı çağırışlar edilib. Avropada səfərdə olan Xalq yazıçısı “Yeni Müsavat”ın suallarına cavab verib. Müsahibənin …

Read More »

Bayıl sakinləri kirayə pulundan narazıdır

Əhali təzədən məhəllələrə qayıdır; sürüşmə zonasında son durum Bayıl yamacında sürüşmə zonasında aktivlik davam edir.  Ötən həftə bir daha açıqlama verildi ki, ərazidə yaşayan əhaliyə kirayə pulu, kompensasiya ödəniləcək. Belə ki, məlumata görə, Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb. Həmin sərəncama əsasən, Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti …

Read More »

Əli Həsənovun kitabı qırğız dilində nəşr edildi

Qırğızstanın “Turar” nəşriyyatı Xocalı Soyqırımının anım günü ərəfəsində Azərbaycan prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarixi elmlər doktoru, professor Əli Həsənovun “Xocalı soyqırımı” kitabını qırğız və rus dillərində çap edib. Boyukmillet.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir. XX əsrin 80-ci …

Read More »

Türkiyə Ordusu Afrində daha üç kəndi terrorçulardan təmizlədi

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb. Boyukmillet.com bildirir ki, bu barədə Türkiyə SQ-nin Baş Qərargahı məlumat yayıb. Məlumatda deyilir ki, ötən sutka Afrində PYD, YPG və İŞİD terror təşkilatlarının 27 üzvü zərərsizləşdirilib və daha üç kənd-İkidam, Şeltah və Merseva terrorçulardan təmizlənib. Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələri terrorçuların …

Read More »