Bazar , 16 Fevral 2025
Drone Cameras

Rus-“Artsax” Dostluq Cəmiyyəti yaradıldı…- Təşkilat RF Konstitusiyası əsasında fəaliyyət göstərir…

Rusiyada “Rus-“Artsax” Dostluq Cəmiyyəti” ictimai təşkilatı yaradılıb. 
 
“KarabakhTV” Rusiya mediasına istinadla xəbər verir ki, ermənipərəst  və separatçılığa dəstək verməsi adından bəlli olan qurumun konkret harada və kimlər tərəfindən yaradıldığı barədə məlumat verilmir.
 
Cəmiyyətin əsas məqsədinin “əcdadlardan üzü bəri gələn rus xalqı və “Artsax” erməniləri arasında dostluq əlaqələrinin inkişafı, Rusiya və “Artsax” arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi”, digər erməni-rus birgə qurumları ilə əməkdaşlıq və s. olduğu bildirilir. Təşkilatın rus-artsakh.ru saytı da (bax:http://russia-artsakh.ru/) fəaliyyət göstərir.  
 
Saytda qeyd edilir ki, Rus-“Artsax” Dostluq Cəmiyyəti Rusiya Federasiyası Konstitusiyası və mövcud  qanunlar  əsasında fəaliyyət göstərir… 
 
P.S. Görəsən,  bundan sonra Rusiyanın ATƏT-in Minsk Qrupunun  həmsədri kimi  fəaliyyətinin Azərbaycana hansısa fayda  verəcəyi haqda  yenə də danışan olacaq?..  (Sultan Laçın, Moderator.az)

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir