Bazar , 14 Dekabr 2025

Dünya

“Cümhuriyyəti sevməyənlərin Məhəmməd Əmin Rəsulzadəni sevmələri mümkün deyil” – Milli liderin nəvəsi danışır

“Cümhuriyyət və Rəsulzadə əleyhinə danışanlar ya tarixi bilmirlər, ya da ki bunu bilərəkdən edirlər”. Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 134-cü ildönümüdür. Bu əlamətdar gün ərəfəsində Yenicag.az-ın qonağı olan Milli liderin nəvəsi Rais Rəsulzadə babası ilə bağlı çox maraqlı məqamlara toxunub. – Rais bəy, belə təsəvvür var ki, Siz cəmiyyət üçün sadəcə, böyük …

Read More »

Novruz bayramında əfv gözlənilir

Azərbaycanda əfv sərəncamının imzalanacağı gözlənilir. APA-nın xəbərinə görə, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək. İclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.    Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.

Read More »

Putindən ABŞ-ın sanksiyasına cavab – “İt hürər…”

Rusiya prezidenti Vladimir Putin ABŞ Maliyyə Nazirliyinin hazırladığı “Kreml siyahısı”ya reaksiya verib. Boyukmillet.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 114 məmurun və 96 biznesmenin adının yer aldığı sanksiya siyahısı ilə bağlı prezident “İt hürür, karvan keçir. Rusiya daxili məsələləri ilə məşğul olmalıdır” sözlərini işlədib. Putin, həmçinin zarafatla adının siyahıda olmamasına görə incidiyini də ifadə edib: “Biz daha çox özümüz haqda düşünməliyik. …

Read More »

TÜRKLƏRİN 85 FAİZİ “ZEYTUN BUDAĞI”NI DƏSTƏKLƏYİR

Azərbaycan siyasiləri də Türkiyə dövlətinin bu savaşdan qalib çıxacağına inanır “Ankara məcburi olaraq öz dövlətçiliyini və bütövlüyünü qorumaq məcuriyyətindədir”   Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Zeytun budağı” əməliyyatını türklərin 85 faizi dəstəkləyir. Bu göstərici MAK araşdırma şirkətinin 20-26 yanvar tarixləri arasında 30 şəhər, 23 vilayət və 154 rayonda 5 min 496 nəfərlə keçirdiyi sorğunun nəticəsində əldə olunub. Rəyi soruşulanların …

Read More »

Özünü 22-ci mərtəbədən atdı, maşının üstünə düşdü – Bakıda DƏHŞƏT

Bakıda intihar olub. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Zərdabi küçəsi 593-cü məhəllədə qeydə alınıb.     Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının sakini, 1987-ci il təvəllüdlü Nicat Rafael oğlu Vəliyev özünü 22-ci mərtəbədən atıb.   O, yerindəcə keçinib. N. Vəliyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.     Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə …

Read More »

Prezidentdən SOCAR-a qəti tapşırıq

Azərbaycanda hazırda qazlaşdırmanın səviyyəsi 93 faizdir və bu ciddi nailiyyətdir. Çünki ölkənin relyefi nəzərə alınarsa qazlaşdırmanın bu səviyyəyə çatdırılması mürəkkəb işdir. Boyukmillet.com xəbər verir ki, bu barədə prezident İlham Əliyev regionların inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının yekunlarına dair keçirilən konfransda yekun çıxışı zamanı deyib. Prezidentin çıxışını AzTV yayıb. İlham Əliyev bildirib ki, bu il ölkədə qazlaşdırmanın səviyyəsinin 95 faizə …

Read More »

Azay Quliyev prezidentin tapşırığını QHT-lərə çatdırdı: “Ayrıseçkilik etmədən…” – FOTOLAR

QHT Şurasının hazırladığı iki qanun layihəsinin MM-də qəbul ediləcəyi gözlənilir  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib. Boyukmillet.com xəbər verir ki, toplantıda açılış nitqi söyləyən Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun hər il ictimaiyyət qarşısında geniş hesabatla çıxış etdiyini bildirib. Azay Quliyev deyib ki, Şura 10 …

Read More »

İran rəsmisi: “Türkiyə ağlını başına yığmalıdır”

GünAzTV: İranın keçmiş müdafiə naziri, hazırda Milli Müdafiə Ali Hərbi Universitetinin rektoru Əhməd Vəhidi, yanvarın 27-də jurnalistlərə açıqlamasında bölgədə baş verən olaylardan və Türkiyənin bir həftədir Suriyanın Afrin bölgəsində kürd terrorçu qruplaşmalarına qarşı keçirdiyi “Zeytun budağı” adlı hərbi əməliyyatından danışıb. Amerikanın Suriyadakı hərbi varlığını qeri-legitim adlandıran Əhməd Vəhidi, Türkiyəyə bu ölkənin şimalında keçirdiyi hərbi əməliyyata görə xəbərdarlıq edib. O, bildirib …

Read More »

Bakıda daha bir binada partlayış: Dağıntılar altında qalanlar var

Paytaxtda daha bir yaşayış binasında partlayış olub. Boyukmillet.com apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda baş verən partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir. Dağıntılar altında qalanların olduğu ehtimalı da var. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Read More »

Türkiyənin Afrində məhv etdiyi terrorçuların sayı 616 nəfərə çatıb

Türkiyə silahlı qüvvələri Suriyanın Afrin şəhərində kürdlərə qarşı aparılan anti-terror əməliyyatı nəticəsində zərərsizləşdirilmiş yaraqlıların sayı 616 nəfərə çatıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyə ordusunun Baş Qərargahının bəyanatında deyilir. “Zeytun budağı” əməliyyatlarına yanvarın 20-də başlanılıb. Əməliyyatlar həm havadan, həm də qurudan aparılır.

Read More »