Bu gün axşam saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı gerçəkləşib. Boyukmillet.com xəbər verir ki, telefon təması ABŞ prezidentinin istəyi ilə reallaşıb. Telefon danışığında Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyat müzakirə olunub. R.T.Ərdoğan D.Trampdan terrorçu PKK-nın Suriya qolu olan YPG/PYD-yə dəstəyi dayandırmağı və indiyədək onlara verdikləri silah-sursatı geri almağı tələb edib. (Turkustan.info)
Read More »Türk əsgəri Afrində dastan yazır – Türk ordusundan əvvəl və sonra (Foto)
Afrində “Zeytun budağı” əməliyyatı başladan Türkiyə ordusu ələ keçrilən bölgələrdəki PKK/PYD “bayraqları”nı çıxararaq yerində türk bayraqlarını asır. Boyukmillet.com Avropa.info-ya istinadla xəbər verir ki, ildırım sürətilə həyata keçrilən əməliyyatda türk əsgərləri strateji yüksəklikləri bir-bir ələ keçirir. Türk əsgərləri və ASO ümumilikdə 8 şəhid verib, 300 terrorçu isə məhv edilib. İlk dəfə Türkiyə istehsalı olan “ATAK” döyüş helikopterlərindən də istifadə olunan əməliyyatda 7 …
Read More »Azərbaycandan valyuta çıxardanların arxasındakı adam bilindi – Şahin Şıxlinski
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat zamanı ələ keçən valyuta qaçaqçıları ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Bildirilir ki, əməliyyat zamanı ələ keçən dəstəyə Aqil Kamandar oğlu Məmmədovun rəhbərlik etdiyi müəyyənləşib. Qazaxın II Şıxlı kənd sakini olan Aqil Məmmədovun rayonda tanınan və Rusiyada yaşayan diaspor lideri Şahin Şıxlinski ilə mütəmadi əlaqə saxladığı müəyyən olunub. Üzə çıxıb ki, Aqil …
Read More »Türkiyəli professor Aygün Attar Emənistandan deportasiya olunmuş həmvətənlərimizdən yazdı
Türkiyədə yaşayan azərbaycanlı ziyalı, Giresun Universitetinin sabiq rektoru Aygün Attar Ermənistandan deportasiya edilən həmvətənlərimizə dair geniş məqalə qələmə alıb. Redaksiyamıza göndərilən məqalənin Anadolu türkcəsindədir. Hörmətli ziyalımızın bu məqaləsini olduğu kimi, Anadolu türkcəsində dərc edir və inanırıq ki, oxucularımız onu anlamaqda çətinlik çəkməyəcəklər. Boyukmillet.com sizə həmin məqaləni təqdim edir. ******* AZERBAYCAN TÜRKLERİNİN ERMENİSTAN’DAN ZORUNLU GÖÇÜ(1948-1956) Kadim Türk yurdu olan Revan hanlığında,Batı Azerbaycanlı …
Read More »Mövlud Çavuşoğlu: “ABŞ etibarını itirib”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransada ABŞ xarici işlər naziri Reks Tillersonun “təhlükəsiz bölgə” təklifinə cavab verib. Boyukmillet.com Türkiyə KİV-ə istinadən bildirir ki, M.Çavuşoğlu deyib: “Bu müddət ərzində ABŞ-la münasibətlərdə inamsızlıq yaşandı. Etibar yenidən bərpa edilmədən bu mövzuların müzakirəsi doğru deyil. Əvvəlcə real addımlar atılmalı və etibar bərpa edilməlidir”. “Məqsədləri nədir, bilmirik, əvvəlcə etibar inamsızlıq mühiti aradan qaldırılmalıdır”, – …
Read More »Nüsrət Məmmədov Eqemberdi Ermatov adına mükafata layiq görülüb
Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov Qırğızıstanın xalq şairi Eqemberdi Ermatov adına mükafata layiq görülmüşdür. 2015 cü ildə fondun sifarişi ilə Eqemberdi Ermatovun “Məhəmməd peyğəmbər” dastanı türk dilinə tərcümə edilmişdir. Elə həmin ili Qırğızıstan Prezidentinin Ala Arça birinci iqamətgahında “Məhəmməd Peyğəmbər” dastanı Azərbaycanlı tarixi əsərlər yazarı Yunus Oğuzun Fondun sifarişi ilə tərcümə olunub nəşr edilən “Temirlan” ikicildliyi ilə …
Read More »Türkiyəyə dəstək aksiyası keçiriləcək
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi qarşısında Türkiyə Ordusunun Afrində terrorçulara qarşı həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək aksiyası keçiriləcək. Aksiyada Türkiyəyə dəstək nümayiş etdiriləcək, şəhidlər anılacaq. Aksiya sabah, 26 yanvar 2018-ci il tarixində, saat 15:00-da, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi qarşısında baş tutacaq. Arzu edənlər dəvətlidir. Boyukmillet.com
Read More »Ekologiya Nazirliyi: Bayıl torpağın altında qala bilər
Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib. Bu barədə musavat.com-a Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər. Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub. …
Read More »Sabir Rüstəmxanlı: ŞƏHİDLƏRİ ZİYARƏT ETMƏK AZDIR
Şəhidləri ziyarət etmək və məzarlarının üstünə gül dəstələri qoymaq azdır, şəhidlərin uğrunda qurban getdikləri dəyərləri qorumaq və bu yolla onların ruhuna sayqı göstərmək lazımdır…” Boyukmillet.com xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı şahidi olduğu 20 yanvar hadisəsi ilə bağlı fikirlərini bölüşüb. “İlahi, bir daha 28 il öncə öz doğma şəhərində, öz evində, öz torpağının üstündə gördüyü o vəhşilikləri, …
Read More »Moskvada azərbaycanlı milyonçunun bazarı yandı – VİDEO
Mosvanın ən məşhur bazarlarından biri yanıb. Boyukmillet.com rusiya mətbuatına istinadən xəbər verir ki, yüzlərlə azərbaycanalının çalışdığı “Sadovod” bazarında son bir həftədə ikinci dəfə yanğın baş verib. Yanğın bazaraın ərazisindəki üçmərtəbəli metal pavilyonda başlayıb. Məlumata görə, 100-dən adam bazardan evakuasiya edilib, ərazidə qatı tüstü müşahidə edilir. Xatırladaq ki, bazarda son yanğın yanvarın 17-də baş verib. Alovlar 300 kvadrat metrə yaxın ərazini …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar