Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Nüsrət Məmmədov Eqemberdi Ermatov adına mükafata layiq görülüb

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov Qırğızıstanın xalq şairi Eqemberdi Ermatov adına mükafata layiq görülmüşdür. 2015 cü ildə fondun sifarişi ilə Eqemberdi Ermatovun “Məhəmməd peyğəmbər” dastanı türk dilinə tərcümə edilmişdir. Elə həmin ili Qırğızıstan Prezidentinin Ala Arça birinci iqamətgahında “Məhəmməd Peyğəmbər” dastanı Azərbaycanlı tarixi əsərlər yazarı Yunus Oğuzun Fondun sifarişi ilə tərcümə olunub nəşr edilən “Temirlan” ikicildliyi ilə birlikdə təqdimatı geniş keçirilmişdir. Bu gün Toktoqul Satılqanov adına Qırğızıstan dövlət Filarmoniyasında QR Joqorku Keneşinin (Parlanentinin) spikerinin, QR Prezidentinin müşaviri Razzakov Jeniş Parpiyeviçin, QR Prezidentinin qardaşı, deputat Asılbek Jeenbekovun, nazirlər və başqa ali dövlət nümayəndələrinin iştirakı ilə mərhum şair Eqemberdi Ermatovun xatirəsinə həsr olunmuş, “Məni axtarsan mahnılarımda taparsan” adlı bədii tədbir təşkil olunmuşdur. Tədbir QR mədəniyyət nazirliyi, QR Dövlət kadrlar xidmətinin, KTRK-nın, El TR in və başqa təşkilatların təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirin birinci, rəsmi hissəsində mükafatlar təqdim edilmişdir. “Eqemberdi Ermatov adına mükafata Raim Kərimov və türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov layiq görülmüşdür. Tədbir iştirakçılarının qarşısında mükafat sahiblərinə gurultulu alqışlarla təqdim olunmuşdur.

 

Boyukmillet.com

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir