Millət vəkili Adil Əliyev özünün Facebook səhifəsində maraqlı məqalı ilə çıxış edib. Boyukmillet.com həmin məqaləni müəllif yazısı kimi təqdim edir. ****Mübarizəni kişi kimi apararlar. Siyasi mübarizəni normal qəbul edirəm, harda seçki varsa, orda müxtəlif siyasi qütblərin mübarizəsi də var. Ancaq təhqiramiz ifadələr heç kimə başucalığı gətirmir. Deməli, Qərb ölkələrinə sığınan bəzi azərbaycanlılar prezidentimiz haqqında ağızlarına gələni danışır, təhqiramiz ifadələr işlədirlər …
Read More »Saakaşvili Polşaya deportasiya edilir
Sabiq Gürcüstan prezidenti və siyasətçi Mixail Saakaşvilinin Polşaya deportasiya barədə qərar qəbul olunub. Boyukmillet.com xəbər verir ki, Saakaşvili bu barədə “Rustavi-2” telekanalına müsahibəsində bildirib və Ukrayna Miqrasiya Xidmətinin qərar barədə sənədlər paketi imzaladığını deyib. Sabiq prezidenti bildirib ki, nəticədən asılı olmayaraq mübarizəsinə, Ukraynada hakimiyyətin dinc yolla dəyişməsinə çalışacaq. Qeyd edək ki, Saakaşvili hazırda Ukrayna vətəndaşıdır və bu ölkədə …
Read More »Dağıstanda “təmizləmə” əməliyyatı – Azərbaycanlılar vəzifəyə qayıdır?
Fevralın 5-də Dağıstanda ölkə tarixində ən irimiqyaslı antikorrupsiya əməliyyatı keçirildi. Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərdi. Vasilyev həmçinin hökumət başçısının müavini Anatoli Karibovun müvəqqəti (yeni hökumət formalaşanadək) olaraq baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam verdi. Federal Təhlükəsizlik Xidməti isə həbslərə başladı. Baş nazir Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, …
Read More »7-ci sinif şagirdinə təcavüz edən sabiq müdafiə nazirinin nəvəsidir
Paytaxtdakı 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 11-ci sinif şagirdi Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsidir. Boyukmillet.com xəbər verir ki, bu barədə virtualaz.org saytı məlumat yayıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb və barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Read More »Naxçıvan qarnizonu qoşunlarında andiçmə mərasimi keçirilib
Naxçıvan qarnizonu qoşunlarında yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Əlahiddə Ümumqoşun Orduda keçirilən hərbi andiçmə mərasimində gənc əsgərlər təntənəli surətdə vətənə sədaqət andı içərək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına tam hüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olublar. Tədbirdə zabitlər, əsgərlər, valideynlər və digər çıxış edənlər hərbi andı qəbul edən əsgərləri təbrik edərək …
Read More »Bayılda baş verən sürüşmə nəticəsində 4 ev dağılıb, xəsarət alan yoxdur
Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb. APA-nın xəbərinə gərə, bunu Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev deyib. O bildirib ki, dağıntılar yola tökülüb: “Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı. Ərazidə yaşayış yoxdur”. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama …
Read More »Afrində Türkiyəyə məxsus hərbi helokopter vuruldu: 2 pilot şəhid olub
Türkiyə Silahlı Qüvvələrinə məxsus Afrində vurulan helikopterin hər iki pilotu şəhid olub. “Report”un xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, helikopterin vurulması ilə bağlı əllərində dəlil yoxdur. **** Bir qədər əvvəl Afrində keçirilən “Zeytun budağı” əməliyyatı zamanı Türkiyəyə məxsus hərbi helikopter vurulub. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə …
Read More »Zakir Həsənov xidməti müşavirə keçirtdi
Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmələrin məsul zabitləri də cəlb olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Yeni Azərbaycan …
Read More »İrandan ABŞ-a hədə: “Bölgədəki bütün hərbi bazalarını vura bilərik”
“İran ABŞ-ın bölgədəki bütün hərbi bazalarını vura biləcək gücdədir”. “Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyası komandanının müavini, briqada generalı Hüseyn Səlami İsrailin İslam Respublikasına məxsus Pilotsuz Uçan Aparatını (PUA) vurması iddiasını cavablandırarkən bildirib. O, İranın PUA-sının İsrail tərəfindən vurulması barədə xəbərə belə münasibət bildirib: “İsrail yalançıdır. Onların açıqlamalarının heç birinə etibar etmirik”.
Read More »Ümid və Müsavat partiyası seçkidə iştirak etməyəcək – FOTO
Ümid Partiyasının Ali Məclisi bu il aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buna səbəb partiyanın Nizamnaməsində prezidentliyə namizədin müəyyənləşdirməsinin qurultayın səlahiyyətində olmasıdır: Növbəti qurultayının mayın 28-də keçirilməsi nəzərdə tutulub. Hüquqi baxımdan növbədənkənar qurultayın keçilməsi zaman etibarı ilə qeyri-mümkündür. Ona görə də partiya Ali Məclisi seçkilərdə iştirak etməmək barədə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
