Şənbə , 13 Dekabr 2025

Dünya

Prezident: “Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”

“İslam Əməkdaşlıq Təşkilatına, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı …

Read More »

Ordumuz şəhid verdi

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub. Boyukmillet.com bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirliyin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!   Boyukmillet.com

Read More »

İskəndər Həmidovun təyyarəsi 1992-ci ildə Naxçıvana niyə enə bilməyib? -Tarixə baxış

Xəbər verdiyimiz kimi, 1990-cı illərin əvvəllərində Naxçıvan Dövlət Müdafiə Komitəsinin sədri vəzifəsində çalışmış mərhum Elman Abbasovun xatirələri o dövrdə baş verən  bir çox hadisələrdən xəbər verir, indiyədək açılmayan sirləri ortaya çıxarır. Azinforum.az Cahanpress-ə istinadən  bu silsilədən olan növbəti yazını oxuculara təqdim edir. Onu qeyd edək ki, mərhum Elman Abbasovun xatirələrinin qələmə alındığı və  bizə təqdim olunmuş yazıları qısa ixtisarla yayımlayacağıq. …

Read More »

Arif Rəhimzadə qəzəbləndi: “Mənim o adda oğlum yoxdur”

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib. Murad Arif oğlu Rəhimov Müşahidə Şurasının sədri, Azad Tahir oğlu Əmrahov və İlqar Aydın oğlu İsbatov Müşahidə Şurasının üzvləri təyin olunublar. Maraqlı məqam odur ki, Murad Rəhimovun deputat Arif Rəhimzadənin oğlu və ya Gənclər və İdman naziri Azad Rəhimovun qardaşı oğlu olması barədə məlumatlar yayılıb. Yenicag.az məsələni dəqiqləşdirmək üçün …

Read More »

Qorbaçov Dağlıq Qarabağı necə satdı, SSRİ-ni necə dağıtdı? VİDEO

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun hakimiyyətə gəldiyi ilk gündən ölkəni necə dağıtdığı barədə mətbuatda çoxlu faktlar işıq üzü görüb. Xüsusən də Dağlıq Qarabağın ermənilərə satılmasında Fransada erməni lobbisinin nümayəndələri ilə bazarlıq etməsinə dair danılmaz sübutlar var. Həmişə yanında gəzdirdiyi arvadı-katibəsi-kassiri Raisa Maksimovnanın hansı oyunlardan çıxdığını isə söyləmək artıqdır, hər kəsə bəllidir. Maraqlıdır ki, Qorbaçovun SSRİ-ni məhv etmək planından …

Read More »

Rüstəmxanlı: “21 Azər” tariximizin ən şərəfli və faciəvi səhifəsidir”

“12 dekabr Azərbaycan tarixinin ən şərəfli və faciəvi günlərindən biridir”.Boyukmillet.com xəbər verir ki, bunu Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Azərbaycan Milli Höküməti 21 Azər Hərəkatının ildönümünə həsr olunmuş tədbirdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib. “Bu tarixi hadisə haqqında nə qədər yazılsa da, onu bütün parlaqlığı ilə çatdırmaq mümkün deyil. O zamanlar Güney Azərbaycanın bizimlə birləşməsi üçün hazırlıqlar gedirdi. II …

Read More »

AFFA Klublar Komitəsinə yeni sədr seçilib

AFFA Klublar Komitəsinə yeni sədr seçilib.  Bu vəzifəyə “Neftçi”nin prezidenti Orxan Hüseynzadə layiq görülüb. O, yeni vəzifədə “Sumqayıt”ın prezidenti Kamran Quliyevi əvəzləyib. K.Quliyev yeni seçkidə ona səs verilməməsini xahiş edib. O.Hüseynzadə səslərdən 7-ni qazanıb, “Zirə”nin prezidenti Natiq İsmayılova isə 1 səs verilib.  (report)   Boyukmillet.com

Read More »

DİQQƏT! Azərbaycanda bu dərman saxta çıxdı

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə edilən müraciətə əsasən Türkiyənin “Universe Pharma İlac” şirkətinin istehsalı olduğu göstərilən “OKSİAM-B” adlı göz damcısı dərman formasında olan məhsulun saxta olub-olmaması Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən araşdırılıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, araşdırmalar zamanı qeyd edilən məhsulun saxta olduğu müəyyən edilib. Belə ki, Türkiyənin “Universe Pharma İlac” şirkətinin məhsulun qablaşması üzərində göstərilən ünvanda heç bir …

Read More »

Türkiyədə kütləvi zəhərlənmə qurbanlarının sayı artır – 473 tələbə

Türkiyənin Rizə vilayətində universitet tələbələri arasında kütləvi zəhərlənmə baş verib. Trend-in məlumatına görə, Rizə Universitetinin yataqxanasında yaşayan 473 tələbə axşam yeməyindən sonra halsızlıq hiss edib. Onların zəhərləndyi məlum olub. Tələbələr dərhal xəstəxanaya yerləşdiriliblər. Qeyd edək ki, daha öncə 190 tələbənin xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayılnmışdı. Tələbələrin hansı qidadan zəhərlənməsi hələlik məlum deyil. Zəhərlənən tələbələrin hamısının Türkiyə vətəndaşı olduğu bildirilir. Hadisə …

Read More »

Bakı və Qəhrəmanmaraş şəhərləri qardaşlaşırlar

Azərbaycanın Bakı və Türkiyənin Qəhrəmanmaraş şəhərləri qardaşlaşırlar. Türkiyənin Qəhrəmanmaraş şəhər bələdiyyəsinin toplantısında Azərbaycanın paytaxtı Bakı ilə qardaşlaşmaq haqqında qərar qəbul edilib. Bu təkliflə Qəhrəmanmaraş bələdiyyəsi noyabr ayında çıxış etmişdi. Bələdiyyə üzvləri yekdilliklə Qəhrəmanmaraşın Bakı ilə qardaşlaşmasına səs veriblər. (trend)   Boyukmillet.com

Read More »