“Bir müddətdən sonra Əbdürrəhman Vəzirov məsələ qaldırdı ki, Ramiz Mehdiyev nalayiq əməllərə yol verdiyinə görə Mərkəzi Komitənin üzvlüyündən xaric olunmalıdır”. Sabiq baş nazir Həsən Həsənov APA-ya geniş müsahibəsində deyib. “Həmin iclasda Vəzirov onun kadr siyasətində yol verdiyi çoxsaylı nöqsanları üzünə dedi. Cavabında Ramiz öz daxili dünyasına xas olan mənfi cəhətləri bir daha nümayiş etdirərək dedi ki, məni məsul vəzifəyə Heydər …
Read More »Qələbənin üçüncü paradı – 5 illiyə hazırlıq gedir
Azərbaycan təkcə hərbi üstünlüyünü deyil, həm də siyasi iradəsini təxribatçı qüvvələrə nümayiş etdirəcək Xəbər verildiyi kimi, Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək. Parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq. “Yeni Müsavat” bildirir ki, artıq parada hazırlıq işlərinə başlanılıb və növbəti Zəfər paradı olacaq. Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində …
Read More »Gümrü meri həbs edilib
Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi Gümrü meri Vardan Qukasyanı iki ay müddətinə həbs edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Qərarı hakim Vardges Sarkisyan qəbul edib. Oktyabrın 20-də səhər saatlarında güc strukturları Gümrü meriyasında axtarış aparıblar. Daha sonra məlum olub ki, Qukasyan və yeddi nəfər rüşvət almaq ittihamı ilə saxlanılıb. İstintaqın məlumatına görə, Qukasyan və meriyanın baş memari …
Read More »Gümrü meri Vardan Qukasyan “korrupsioner əclaf”dır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın sosial şəbəkədə paylaşımında əks olunub. O, paylaşımında yazıb: “Hazırda bu korrupsioner nadürüstü Tatoyanın qüvvələri, Daşnaksütyun partiyası, Andranik Tevanyan və Qtriş Nersisyan müdafiə edir. Onlar Gümrü kilsəsinin zənglərini bir oğrunun adından oğrlayırlar (və bu, zarafat deyil)”. Rubinyan paylaşımını “Digər ikiüzlüləri də gözləyək” sözləri ilə tamamlayıb. Qeyd edək …
Read More »Tramp: ABŞ HƏMAS-a qarşı əməliyyatlarda birbaşa iştirak etməyəcək
ABŞ Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi əməliyyatlarda birbaşa iştirak etməyəcək; bununla regional oyunçular məşğul olacaq. Boyukmillet.com-un məlumatına görə, bu mövqeyi ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı açıqlayıb. O, “HƏMAS”a qarşı mümkün hərbi əməliyyatları müzakirə edərkən deyib: “Kimsə Fələstin anklavına girəcək, lakin bu, biz olmayacağıq. Orada çox yaxında insanlar var və onlar bunu çox asanlıqla …
Read More »Qızılın qiyməti 4200 dolları keçərək tarixi maksimumu yeniləyib
Nyu York Ticarət Birjasının bölməsi olan “Comex”də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 200 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb. Bu barədə Boyukmillet.com ticarət platformasının məlumatlarına istinadən xəbər verir. Bakı vaxtı ilə saat 05:12-yə olan məlumata görə, qiymətli metalın qiyməti bir troya unsiyası üçün 4 202,4 dollar (+0,64%) təşkil edib. Bakı vaxtı …
Read More »Pakistandan RƏSMİ: “Əfqanıstan od və qan oyununa girişib”
Pakistan hökuməti Əfqanıstanla sərhəddə son günlər baş verən toqquşmalar fonunda sərt bəyanatla çıxış edib. Boyukmillet.com xəbər verir ki, Pakistanın Daxili İşlər Nazirliyi bildirib ki, “Əfqanıstan od və qan oyununa girişib, bu oyunun telləri bizim əbədi düşmənimizlə bir-birinə qarışıb.” Bəyanatda vurğulanır ki, Pakistan xalqı silahlı qüvvələrinin yanında “dəmir divar kimi” dayanıb və ölkənin təhlükəsizliyinə yönələn hər cür təhdidə qarşı vahid mövqe …
Read More »İsraildə saxlanılan azərbaycanlılar azad edilib – FOTO
İsrailin saxladığı “Global Sumud” humanitar flotiliyasının azərbaycanlı üzvləri — Pərvin Əzimov və Orxan Səmədzadə azad edilərək Türkiyəyə qaytarılıblar. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir: “İsraildəki səfirliyimizin gördüyü tədbirlər nəticəsində Pərvin Əzimov və Orxan Səmədzadə azad olunması və öz arzuları ilə Türkiyəyə qaytarılması təmin edilib”. Məlumata görə, hər iki şəxs “Global Sumud” adlı humanitar missiya çərçivəsində …
Read More »Avropa Məhkəməsi Azərbaycana qarşı bir neçə qərar qəbul edib
Bu gün Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan olan bir çox işlər – Vüqar Əliyev, Fuad Qəhrəmanlı, Pərviz Həşimli, Əfqan Muxtarlı, Natiq Ədilov, Eldar Hüseynov, Nizami Cəfərov, Ağaverdi Ruşanov, Kamilə Aslanova barəsində qərarlarını elan edib. Bu barədə məlumatı vəkil Fariz Namazlı öz “Facebook” səhifəsində qeyd edib. Vüqar Əliyev işində – Məhkəmə ərizəçinin barəsində yerli məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsinin zəruriliyini əsaslandıra bilməməsini (5.3 …
Read More »Dünyanın ən ölümcül 10 raketi AÇIQLANDI – FOTOLAR
Müasir dünyada bir sıra raketlər öz misilsiz uzaqlığı, daşıya bildiyi yük və dağıdıcı potensialı ilə seçilir. Boyukmillet.com xəbər verir ki, interestingengineering.com portalı 2025-ci il vəziyyətinə görə, uzaqlıq, atəş gücü və texnoloji üstünlük baxımından dünyanın ən ölümcül 10 raketini açıqlayıb. 1. RS-28 “Sarmat” (Satan II) – Rusiya Mənzil: 17 700 km Daşıyıcı yük: 10 000 kq RS-28 “Sarmat” – maye yanacaqla işləyən, ağır kontinentlərarası …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar