Türkiyədən 2016-cı ildən bu günə qədər könüllü, təhlükəsiz və nizamlı şəkildə geri qayıdan suriyalıların sayı 1 407 568 nəfərdir. Boyukmillet.com xəbər verir ki, bu məlumat Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) “X” sosial şəbəkə hesabında yayılıb. Bildirilib ki, Türkiyədə müvəqqəti qorunma statusunda olan suriyalıların sayı 2 280 542, 8 dekabr 2024-cü ildən sonra könüllü geri qayıdış edənlərin sayı isə 667 565 olaraq …
Read More »Kolleclərdə bu ixtisas ləğv edilir
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə plan yeri ayrılmayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, bu ildən etibarən “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə orta ixtisas təhsili …
Read More »Vüqar Məmmədovun saxlanılma yeri dəyişdirildi
“Hurriyyet TV”nin rəhbəri Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Boyukmillet.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib. V.Məmmədova yekun olaraq təkrar hədə-qorxu ilə xeyli miqdarda tələb etmə maddəsi ilə yekun ittiham verilib. İş üzrə üç şirkət zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxsin vəkili Aqil Layıc deyib ki, müvəkkilinin işi Prezident Administrasiyasının sabiq rəisi …
Read More »Putin Trampa 9 May münasibətilə Ukrayna ilə atəşkəs elan etməyə hazır olduğunu bildirib
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp 1,5 saatdan çox davam edən növbəti telefon danışığı aparıblar. “Report”un Rusiya mediasına istinadən məlumatına görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. “Putin və Trampın söhbəti səmimi və işgüzar idi. Liderlər iqtisadiyyat və energetika sahələrində qarşılıqlı faydalı layihələrin böyük perspektivləri barədə danışıblar”, – o qeyd edib. Uşakovun sözlərinə görə, Putin Rusiya-Ukrayna münaqişəsinin …
Read More »Avstraliyada təyyarə anqara çırpılıb, ölən və yaralananlar var
Avstraliyanın Adelaida şəhərindən şimalda yerləşən aerodromda təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “ABC Australia” telekanalı məıumat yayıb. Dörd yerlik “Diamond DA42” təyyarəsi eniş etməyə çalışarkən anqara çırpılıb. Zərbədən sonra başlayan güclü yanğın artıq söndürülüb. Polis təyyarənin pilotu və sərnişininin həlak olduğunu bildirib. Bundan başqa, qəza zamanı anqarda …
Read More »DİN sosial şəbəkədə cəlbedici reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq edib
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə cəlbedici reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq edib. DİN-dən verilən məlumata görə, sosial şəbəkədə və müxtəlif onlayn platformalarda tez-tez “brend məhsullar çox ucuz qiymətə satılır” kimi cəlbedici reklamlarla rastlaşmaq mümkündür. İlk baxışda bu təkliflər son dərəcə sərfəli və cazibədar görünür. DİN vətəndaşlara xəbərdarlıq edir ki, bu cür reklamlar əksər hallarda məşhur brendlərin adından istifadə etməklə etibar …
Read More »Ağ Ev Vaşinqtondakı atışmanı Trampa qarşı sui-qəsd cəhdi kimi qiymətləndirir
Vaşinqton administrasiyası şənbə günü Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən ziyafətdə baş vermiş insidenti ona qarşı yeni sui-qəsd cəhdi kimi dəyərləndirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib. “Mən sizin suallarınızı cavablandırmaq və Prezident Trampın həyatına edilən növbəti sui-qəsd cəhdinə cavab olaraq ABŞ administrasiyasının hansı tədbirlər gördüyü barədə …
Read More »İndianada baş verən atışmada doqquz nəfər xəsarət alıb
ABŞ-nin Bluminqton şəhərindəki İndiana Universitetinin kampusu yaxınlığında baş verən atışma zamanı azı doqquz nəfər yaralanıb. Boyukmilet.com xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb. Məlumata görə, hadisə ənənəvi tələbə velosiped yarışı keçirilən Kirkvud-avenyu küçəsində baş verib. Hadisə yerinə gələn polis əməkdaşları zərərçəkənləri universitet ərazisindən bir məhəllə aralıda tapıblar, doqquz yaralının hamısı təcili xəstəxanaya yerləşdirilib. Nəşr şahidlərin …
Read More »Məşhəd axundundan Əli Xamenei ilə bağlı açıqlama
İran İslam Respublikasının keçmiş ali dini lideri Əli Xamenei hələ dəfn edilməyib. Boyukmillet.com Günaz.tv-yə istinadən xəbər verir ki, bunu Məşhədin cümə imamı Əhməd Ələm əl-Huda deyib. “Şəhid liderin dəfn mərasiminin dəqiq tarixi hələ müəyyən edilməsə də, mərasim üçün müqəddəs Məşhəd şəhərinə səfər edəcək zəvvarların qarşılanması və yerləşdirilməsi üçün lazımi şəraitin təmin ediləcəyi gözlənilir”,- o bildirib. Xatırladaq ki, İranın keçmiş dini …
Read More »Dövlət Statistika Komitəsinin əmlakının müqaviləsiz icarəyə götürüldüyü məlum olub
Hesablama Palatası Dövlət Statistika Komitəsində audit zamanı nöqsanlar aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Palatanın “Dövlət auditi” bülletenində bildirilib. Məlumata görə, audit Komitənin 31 dekabr 2024-cü il tarixinə konsolidə olunmuş maliyyə hesabatlarını əhatə edib. Audit nəticəsində hesabatlara şərti müsbət rəy verilib. Bildirilib ki, hesabatlar bəzi istisnalar nəzərə alınmaqla qurumun maliyyə vəziyyətini, maliyyə nəticələrini, xalis aktivlərdə dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar