Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ Ukraynaya Rusiya daxilində zərbələr üçün zəruri kəşfiyyat məlumatları verir

Amerika tərəfi Ukraynaya kəşfiyyat məlumatlarını, o cümlədən Rusiyadakı enerji infrastrukturuna zərbələr üçün məlumatları pulsuz təqdim edir.

Boyukmillet.com xəbər verir ki, məlumatı “The Atlantic” qəzeti yayıb: “Amerika və Ukrayna mənbələrinə görə, ABŞ yalnız pulsuz kəşfiyyat məlumatları, o cümlədən Ukraynadakı Rusiya hərbi mövqelərinə və Rusiyadakı enerji infrastrukturuna zərbələr üçün məlumat paketləri təqdim etməyə davam edir”.
Məqalədə qeyd olunur ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və digərləri mövcud administrasiyada bunu dəstəkləyir.

“Politico”nun bu həftənin əvvəlində verdiyi məlumata görə, Amerika qanunvericiləri hesab edirlər ki, “ABŞ və Ukrayna arasında kəşfiyyat mübadiləsi əvvəlki yüksək səviyyəyə bərpa olunub”.

Check Also

Qazilərə münasibətdə laqeydliyə son qoyulmalıdır — İbrahim Cabarov

Fəaliyyətini dayandırmış Gənc Qazilər İctimai Birliyinin fəalı, İSBAM Şirvan regional nümayəndəsi, Vətən müharibəsi qazisi İbrahim …