Cümə , 12 Dekabr 2025

Dünya

3 gündən sonra Azərbaycanda bütün telekanalların yayımı dayandırılacaq

Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək. Bu barədə özəl olaraq Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib. Profilaktika ilə əlaqədar olaraq telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq. Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir.

Read More »

Bakı-Naxçıvan dəmiryolu nə vaxt açılacaq? –Cavid Qurbanovdan cavab

“Bakı-Naxçıvan birbaşa dəmiryolu xəttinin açılması “Şimal-Cənub” dəhlizinin İran hissəsinin tikintisi başa çatdıqdan sonra mümkündür”. Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Read More »

Zakir Həsənovdan təqdirəlayiq addım- O, ERMƏNİSTAN NÜMAYƏNDƏSİNİN YANINDA YER ALMAMAQ ÜÇÜN PROTOKOL QAYDALARINI POZDU (FOTO)

Tacikistanın paytaxtı Düşənbədə müdafiə nazirlərinin görüşü keçirilib.   Boyukmillet.com Gununsesi.info-ya istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Ermənistanın müdafiə nazirinin köməkçisi Artak Zakaryanın qatıldığı görüş onun hərəkəti ilə yadda qalıb. Belə ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ermənistan nümayəndəsinin yanında yer almamaq üçün protokol qaydalarını pozub və bayrağın digər tərəfində dayanıb. Qeyd edək ki, bundan əvvəl Moskvada keçirilən Müdafiə Nazirləri …

Read More »

Hüseyn Abdullayev prezidentliyə iddiasını açıqladı

Azərbaycan hakimiyyətinin xaricdə mühacir həyatı yaşayan sabiq məmurlarından daha birisi gələn 2018-ci ilin prezident seçkilərində namizəd olacağını bəyan edib. Bu, Almaniyada mühacir həyatı yaşayan keçmiş deputat Hüseyn Abdullayevdir. Boyukmillet.com musavat.com-a istinadən xəbər verir ki, O, bununla bağlı öz feysbuq profilində status paylaşıb. Həmin statusda yazır ki, o, gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürmək niyyətindədir. Hüseyn Abdullayev …

Read More »

Şəhidlərə qarşı hörmətsizlik – ŞƏKİLLƏRİ SÖKÜLÜR

Sumqayıtda Qarabağ şəhidləri ilə bağlı qalmaqal baş verib. Belə ki, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Qarabağ döyüşlərində şəhid olmuş 5 hərbçinin plakatı hazırlanıb və vaxtilə yaşadıqları küçələrə vurulub. Amma bir neçə gün sonra şəhidlərin plakatları naməlum şəxslər tərəfindən sökülüb. Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı  şəhid plakatlarının sökülməsinə görə Sumqayıt şəhər İcra Hakimiyyətini günahlandırıb. Sosial şəbəkələrdə bu hadisəyə münasibət …

Read More »

Yeni energetika naziri kollektivə təqdim olunub

Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi- Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazovu nazirliyin kollektivinə və yanacaq-energetika sektorunda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinə təqdim edib. Boyukmillet.com-a nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, Əli Əsədov Pərviz Şahbazovun nazir təyin olunması haqqında Prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb. Enerji sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli …

Read More »

Azərbaycanda bütün telekanal və radioların yayımı dayandırılacaq

Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir. Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib. Profilaktika ilə əlaqədar olaraq, telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq. Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir.

Read More »

Türk xüsusi təyinatlıları İdlibə daxil olub

Türkiyə Silahlı Qüvvələrinin təyinatlıları və Kayseri komandosuna məxsus 100-dən çox hərbçi dünən gecə saatlarında İdlibə daxil olub. Boyukmillet.com xəbər verir ki, Türk Xüsusi Təyinatlılarının beş günlük kəşfiyyat fəaliyyətindən sonra 30 zirehli texnika və 100-dən çox türk hərbçisi regionda əməliyyata başlayıb. “Heyet Təhrir əl-Şam” qruplaşması ilə aparılan danışıqlardan sonra bordo beretlilər və mavi beretlilər boşalan yerlərə daxil olub. ASO mənbələri türk …

Read More »

Dəniz Baykal AŞPA-da Azərbaycana qarşı səs verib

Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı iki hesabat müzakirəyə çıxarılmış və əlavə və dəyişikliklər edildikdən sonra hər iki hesabat üzrə qətnamələr qəbul edilmişdi. Boyukmillet.com qafqaz.info-ya istinadən xəbər verir ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları – Dəniz Baykal, …

Read More »

Mərakeş İspaniyanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib

Mərakeşin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, İspaniyanın suverenliyi, milli birliyi və ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib. AZƏRTAC xəbər verir ki, bəyanatda Kataloniya muxtariyyəti rəhbərliyinin son hərəkətləri məsuliyyətsizlik kimi qiymətləndirilir. Rəsmi Rabatın bəyanatında həmçinin, İspaniya hökumətinin vəziyyəti düzgün idarə edəcəyinə əminlik ifadə olunur. Mərakeş Krallığı, beynəlxalq hüquqa zidd olan birtərəfli ayrılma prosesini tanımır.

Read More »