Çərşənbə axşamı , 15 Sentyabr 2026

Dünya

Sahibsiz qalmış Kərkük: Türkmənlər bizdən kömək gözləyir

İraqda yaşayan türkmənlər Kürd Regional Muxtariyyətinin müstəqlliyini elan etməsinə etiraz edir. Buna səbəb türkmənlərin kürd separatçıları tərəfindən sıxışdırılmasıdır. Kürdlər türkmənləri sıxışdırır, onların yaşadıqları ərazilərə iddia edir. Ona görə də sentyabrın 25-də müstəqil kürd dövlətinin yaradılması məqsədilə keçirilən referendumda türkmənlər iştirak etməkdən imtina edib. İraq Türkmən Cəbhəsi referendumun nəticələrinin qanunsuz olduğunu və İraqın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.  Xüsusilə də son dövrlər …

Read More »

Lukaşenko: “Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, bunu etməyə hazırıq”

“Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bu sahədə əməkdaşlıq beynəlxalq öhdəliklərə zidd deyil”.Boyukmillet.com-un APA-ya istinadən məlumatına görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə deyib. O bildirib ki, əlaqələr heç bir beynəlxalq razılaşmanı, BMTTŞ-nin heç bir qətnaməsini pozmur: “Biz suveren, müstəqil ölkələrik və zamanın ruhuna, ənənəvi qardaşlıq əlaqələrinə malik ölkələrimizin tələbinə uyğun əməkdaşlıq …

Read More »

Samir Adıgözəlli Mikayıl Cabbarovun istefasını tələb etdi

Məlum olduğu kimi,  Kamran Əsədovun müəllifliyi ilə dərc edilən  “Azərbaycan tarixi”  kitabında Azərbaycan “Böyük Ermənistan”ın tərkib hissəsi kimi  göstərilib.     Bu fakt cəmiyyət tərəfindən hiddətlə qarşılanıb. Təhsil Nazirliyinin xüsusi qrifi ilə nəşr olunan həmin dərslik kitabının müəllifi isə özünü təqsirkar saymır.  Bu cür ciddi xətaya görə, birbaşa cavabdehlik daşıyan Təhsil Nazirliyi verdiyi rəsmi açıqlamada  məsələni texniki yanlışlığın olması ilə izah …

Read More »

Azərbaycanda daha bir dərs vəsaiti biabırçılığı – Bu dəfə Nizami Gəncəvi… – FOTO

Tarix dərsliyində Azərbaycanın “Böyük Ermənistan”ın tərkib hissəsində göstərilməsi biabırçılığının yaratdığı gərginlik aradan qalxmamış, bu sahədə daha bir neqativ hal aşkarlanıb.   Turkustan.info Bakupost.az-a istinadən xəbər verir ki, ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilib Məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan “Oyal” şirkəti tərəfindən təqdim olunan bu dəftərlər …

Read More »

Azərbaycanlı İŞİD…in komandirinə pul ataraq Suriyadan qaçdı

Cihad adı altında Suriya torpaqlarına üz tutan “mücahidlər”in əksəriyyəti bir-birlərini yaxından tanıyıblar. Boyukmillet.com  Virtualaz.org-a istinadən xəbər verir ki, Yaxın Şərqdə cərayan edən qanlı hadisələr, 2012-ci ildən üzü bəri xilafət yaratmaq istəyən qüvvələr barədə mətbuatdan oxuyub, internetdə yayımlanan videoları izləyib, öz aralarında dini mövzularla bağlı söhbətlər aparıblar. Hər bir müsəlmanın cihadda iştirakının vacib olduğunu düşünən gənclər beləcə bir-birinin ardınca Suriyaya yollanıblar. …

Read More »

Bu gün İdlib, sabah Afrin… – Türk ordusu PKK/PYD-nin işğal etdiyi Afrini mühasirəyə aldı

Türkiyənin İdlib əməliyyatından sonra PYD-nin işğal etdiyi Afrinə yönələcəyi bildirilir. Avropa.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərhəd boyunda yerləşən 10 mindən çox əsgər İdlibə qarşı geniş miqyaslı əməliyyat üçün əmr gözləyir. Türkiyə Silahlı Qüvvələri əməliyyat öncəsi müəyyən edilən 3 strateji nöqtəni prioritet hədəf kimi müəyyənləşdirib. Cümədən şənbəyə keçən gecə Azad Suriya Ordusunun girdiyi İdlib şəhərinə dəstək üçün Türkiyə ordusu top …

Read More »

“8-ci kilometr bazarı”nda rəzalət: Milyonlarla manatın dövr etdiyi bazar dizə qədər çirkab içində – REPORTAJ, FOTOLAR

Aztəminatlı insanların alış-veriş üçün ən çox üz tutduğu məkanlardan biri “8-ci kilometr bazar”ıdır. Burada qiymətlər ucuz olmaqla yanaşı həm də məhsul bolluğu var. O cümlədən yüzlərlə insanın qazanc yeridir. Təəssüf doğuran məqam isə odur ki, burada yaşanan pərakəndəlik, anti-sanitariya ilə başa çıxmaq mümkün deyil.  Alıcıların narazılığını nəzərə alaraq musavat.com-unmüxbiri “8-ci kilometr bazarı”ndakı vəziyyəti müşahidə edib. Ərazidə olduğumuz zaman ürəkbulandırıcı mənzərənin şahidi …

Read More »

Elmar Məmmədyarov: “Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oktyabrın 30-da keçiriləcək”

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktyabrın 30-da keçiriləcək”. APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə gürcü həmkarı Mixeil Canelidze ilə görüşdə bildirib. Qeyd edək ki, XİN başçıları arasında görüş GUAM-ın 20 illiyinə həsr olunan təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.  

Read More »

“Böyük Ermənistan” xəritəsinin “qəhramanı” nazirin dostu imiş

K.Əsədov 3 il öncə dələduzluqda ittiham olunub. Belə ki, Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən K.Əsədovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdi. Baş Prokurorluğun mətbuat xidmətinin 11 sentyabr 2014-cü ildə yaydığı məlumata görə, özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) …

Read More »

Qadın polislər asayişin keşiyində

Ayaqlarında hündürdabanlı ayaqqabı, bellərində dəyənək… Zərif cinsin nümayəndələri olsalar da, hər cür təhlükə qarşısında hazır dayanıblar. Boyukmillet.com-a istinadən məlumat verir ki, Bakının Dənizkənarı Milli Parkında qadın polislər kişi həmkarları ilə birlikdə xidmət aparırlar. Polis qadınlar həftənin yalnız şənbə və bayram günlərində xidmət başında olurlar. İnsanlarla ünsiyyət zamanı etik davranış qaydalarını əsas götürən xanım polislər işgüzar imiclərini qorumağa da xüsusi diqqət yetirirlər. …

Read More »