Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

“Nəfəs” filmi beynəlxalq festivalda nümayiş olunacaq

“Nəfəs” qısametrajlı Azərbaycan filmi İspaniyanın FİCMA beynəlxalq film festivalında nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, noyabrın 2-dən 10-dək davam edəcək FİCMA (Festival İnternational de Cine del Medio Ambiente – Beynəlxalq Ekoloji Film Festivalı) bu il 24-cü dəfə keçiriləcək.

“Nəfəs”in rejissorları Elnur Rzayev və Əli Mahmudludur. Film “FOCUS – Global view” bölməsində nümayiş olunacaq. Ekran əsəri şair Ramiz Rövşənin “Nəfəs” şeirlər kitabı əsasında çəkilib.

Xatırladaq ki, film bu il Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan ikinci buktreyler festivalında ilk dəfə yayımlanıb və birinci yerə layiq görülüb.

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir