Cümə , 12 Dekabr 2025

Dünya

Bərzani Azərbaycanda 11 ev, bir ticarət mərkəzi aldı

İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani Güney Azərbaycanın Urmiya şəhərində daşınmaz əmlak alıb. Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin yerli mətbuatı məlumat yayıb. Onun Urmiyada 11 ev, 1 böyük ticarət mərkəzi və 1 otel-restoran aldığı bildirilib. Daşınmaz əmlakın başqa bir şəxsin adına alındığı vurğulanıb. Bəzi mənbələr isə kürd lider tərəfindən alınan evlərdə silah-sursat saxlanıldığını bildirir. Qeyd …

Read More »

“Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” adlı konfrans keçirilib

Sentyabrın 28-də Bakıda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” adlı konfrans keçirilir.   Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıAzərbaycanda İslam dəyərlərinin təbliğində dini maarifçiliyə geniş yer ayrıldığını qeyd edib. Milli mənəvi dəyərlərin qorunması …

Read More »

Ərdoğan: “Bərzani özünü oda atıb”

“İraqın şimalındakı son məsələlər bizi məyus etsə də, öhdəsindən gələ bilməyəcəyimiz bir şey deyil”. APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polis Akademiyasının buraxılış mərasimində deyib. O bildirib ki, Şimali İraq bölgəsinin rəhbərliyi lazımsız müstəqillik təşəbbüsü ilə özünü oda atıb: “Dövlət idarə etmək üçün tayfa başçısı olmaq kifayət deyil. Kim sənin müstəqilliyini qəbul edəcək? Otur, …

Read More »

Deputat: “10 nəfəri Həcc ziyarətinə göndərmək əvəzinə iki qız tələbə oxutsunlar”

“Bəzən görürsən ki, bizim bəzi imkanlı şəxslər 10 nəfəri Həcc ziyarətinə göndərməsi ilə fəxr edirlər. Din düzgün təbliğ olunsa, o adamlar bilər ki, insanlar ziyarətə özü getməlidir”. “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Bakıda “Qeyri-hökümət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, vəsait xərcləyib Həcc ziyarətinə adam göndərənlər …

Read More »

Xəstəxanalar pullu olacaq: NAZİRLİK

Azərbaycanda dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək. APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, ölkədə ötən ildən başlayaraq icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Onun sözlərinə görə, bu layihənin tətbiq olunduğu xəstəxanalar özəl yox, dövlət tibb müəssisələridir: «Bilirik ki, həmin müəssisələr də publik hüquqi şəxsə çevrilməlidir. Çünki Azərbaycanda dövlət tibb müəssisələri …

Read More »

İCRA BAŞÇISI SEPARATÇI MƏMURDAN NİYƏ QORXUR?

“Aqil Nəzərli lazımi ölçü götürüləcəyini demişdi, amma belə bir şey yoxdur” “Məni işdən çıxarmayıblar, işdəyəm və öz işlərimlə məşğulam”. Bunu “Report”a Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev deyib. Şöbə müdiri bildirib ki, işdən çıxarılması ilə bağlı yayılan məlumat yanlışdır: “Qaçqın rayonuq, hər kəsin öz işi var. Məsəlçün bir yanlışlıq olub. Məgər bu yanlışlığa görə cavabdeh ümumi …

Read More »

“Dövlət QHT-lərin inkişafı üçün hər cür şərait yaradıb”

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Şirvan şəhərində regional konfransda iştirak edib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Şirvan şəhərində keçirilən “QHT-hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” adlı regional konfransda iştirak edib. V.Quliyev vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişlənməsində, …

Read More »

Sabir Rüstəmxanlının imza günü keçiriləcək – Beynəlxalq Kitab Yarmarkasında

Sabah Xalq şairi Sabir Rüstəmxanlının imza günü keçiriləcək.   Boyukmillet.com xəbər verir ki, imza günü Əl Oyunları sarayında keçirilən V Beynəlxalq Kitab-Sərgi Yarmarkasında baş tutacaq. Şair Yarmarkada “Qanun” nəşriyyatı bölməsində “Akademikin son əsəri” kitabını imzalayacaq.    Qeyd edək ki, “Akademikin son əsəri” kitabı iyun ayında çapdan çıxıb. Roman Azərbaycan türklərinin üzləşdiyi yeni fiziki və mənəvi repressiyaya həsr edilib.   Son …

Read More »

İrlandiyada abort qadağası referenduma götürüləcək

Baş nazir Leo Varadkar, etdiyi açıqlamada, gələcək 2 il ərzində aralarında ölkədəki abort qadağasının da olduğu 7 başlıqda referendum keçiriləcəyini bildirib. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, İrlandiya konstitusiyası aborta yalnız ananın həyatının təhlükədə olması halında icazə verir. Konstitusiya, abortu təcavüz, yaxın qohumu ilə evlənən kimi hallarda da qadağan edir. Avropa Birliyi üzvü İrlandiyada abort maddəsi, ananın həyatının təhlükədə olduğu …

Read More »

Venesuelada müxalifət hakimiyyətlə dialoqdan imtina edib

Venesuela müxalifəti hakimiyyətlə sentyabrın 27-nə Dominikan Respublikasında planlaşdırılan dialoqun yeni mərhələsində iştirak etməkdən imtina edib. Boyukmillet.com-ın məlumatına görə, müxalifət liderlərindən biri olan Luis Florido bildirib ki:  “Biz məsuliyyəti öz üzərimizə götürürük. Dominikan Respublikasında prosesi davam etdirmək üçün heç bir zəmin yoxdur”, – deyə Florido Karakasda mətbuat konfransında bildirib.  Onun sözlərinə görə, hökumət dialoqun davam etdirilməsi üçün şərtlərdən heç birini icra …

Read More »