Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Avropalı spiker Azərbaycana verilən silahlardan danışıb

Ermənistanı qorxuya salan silahların gizli trayektoriyası

Çexiya hakimiyyəti ölkədə istehsal edilən silahların Azərbaycana satılmasına razılıq verməyib.

İstiPress-in məlumatına görə, bu barədə Çexiya senatının sədri Milan Ştex İrəvanda Ermənistan parlamentinin iclasında çıxış edərkən bildirib. “Mən anlamıram ki, silahlar Azərbaycan necə gedib çıxıb”, – deyə Ştex vurğulayıb.

Putindən yeni variantda Qarabağ həlli

Beləliklə, erməni ekspertlərin Azərbaycanın Türkiyə ilə birlikdə sentyabrda keçirdiyi hərbi təlimlərdə istifadə etdiyi Avropa silahları barədə erməni ekspertlərin uydurduqları Çexiya mifi suya düşüb. Həmin şəhər əfsanəsinə görə, Çexiya bu il xüsusi olaraq Azərbaycan üçün “Dana” özügedən artileriya qurğularını modernləşdirib, həmçinin Bakıya RM-70 reaktiv yaylım atəşi sistemləri göndərilib.

Ermənistan jurnalistləri Şerlok Holmsluq edərək bir-iki günün içində Çexiyadan Azərbaycanın silah göndərilməsi barədə sənədləri ələ keçirdiklərini bildirdilər. Bu barədə ilk danışan Ermənistanda məşhur analitik hərbi-informasiya saytı “Razminfo”nun rəhbəri Taron Ovannisyan oldu. O iddia etdi ki, Azərbaycanın Bolqarıstandakı səfirliyindən ələ keçirilmiş sənədlərdə RM-70 reaktiv yaylım atəşi sistemlərinin adı olub. Taron Ovannisyan həmin silahların Praqadan İsrailə, oradan da Azərbaycana göndərilib. 

RM-70  reaktiv yaylım atəşi kompleksi

RM-70 reaktiv yaylım atəşi kompleksi

Təbii ki, Azərbaycan Müdafiə Nazirliyi bu cür dezinformasiyalara məhəl qoymadı və bu barədə nə rəsmi, nə də qeyri-rəsmi müstəvidə heç bir açıqlama verilmədi. Amma Çexiya tərəfi məsələyə aydınlıq gətirdi və erməni yalanlarının boş cəfəngiyyat olduğunu sübut etdi.

Ermənilərin türk torpağında elan etdiyi üçüncü dövlət

Azərbaycan bu məsələdə öz təmkinini göstərdi və əsassız əzələ nümayişindən çəkindi. Halbuki, Ermənistan özünün yox, Gümrüdəki 102-ci Rusiya hərbi bazasının “İsgəndər”ləri ilə Azərbaycanı dəfələrlə hədələyib. Özü də bu hədələri təcrübəli generallar – Arkadi Ter-Tadevosyan və Norat Ter-Qriqoryan səsləndiribldər. Onlar gah Mingəçevir su anbarını, gah Səngəçaldakı neft anbarlarını, gah Xəzərdəki terminalları, gah da Bakı-Tbilisi-Ceyhan neft kəmərini vurmaqla hədələyiblər. Bunların heç birinin hərbi obyekt olmadıqları isə onların vecinə olmayıb. Guya həmin obyektlər vurulduqdan sonra Azərbaycan Qarabağı ermənilərə verməyə razılaşacaq.

Rəsmi Bakı isə buna cavab olaraq miflər uydurmadan öz hərbi gücünü artırıb. Sirr deyil ki, sentyabr təlimlərində “Dana” özügedən artileriya qurğuları və  RM-70 reaktiv yaylım atəşi sistemləri olub. Bax, bu rəsmi İrəvanı həddindən çox narahat edən məsələdir. Erməni baş bilənlər indi kəllə sındırırlar ki. görəsən, Bakı bu modern Avropa silahlarını hardan alıb?

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir