Çərşənbə , 7 May 2025

Dünya

Əfqanıstanda terror aktı törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanın şimalındakı Sari-Pul əyalətində terror aktı törədilib. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Məlumata görə, hadisə zamanı 10 hərbi qulluqçu və 3 dinc sakin həlak olub. Sari-Pul əyalətinin polisi bildirib ki, Suzma Kale rayonunda terrorçular partlayıcı qurğunu hərbi avtomobil karvanının keçdiyi yola quraşdırıblar. Partlayış nəticəsində həmçinin daha 3 hərbi qulluqçu yaralanıb. Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib. …

Read More »

Pakistanın Baş nazirindən ölkəmizə açıq dəstək: “Bütün silahlarımız qardaş Azərbaycanın sərəncamındadır”

Pakistanın Baş naziri İmran Xan Azərbaycana növbəti dəfə dəstək açıqlaması ilə çıxış edib.  Boyukmillet.com xəbər verir ki, Baş nazir qardaş Azərbaycanın Qarabağ uğrunda apardığı haqlı davasında daim yanında olduğunu bəyan edib.  İmran Xan Azərbaycan ilə işğalçı Ermənistan arasında aparılan müharibəyə üçünçü ölkələri müdaxilə etməməyə çağırıb: “İşğalçı Ermənistana dəstək verən qonşu dövlətlər Azərbaycanın apardığı əməliyyatlara müdaxilə etməkdən çəkinsinlər. Bu, ilk növbədə …

Read More »

Ermənilər təcili yardım maşınlarını komanda-idarəetmə vasitəsinə çevirib

Ermənistan ordusu təcili tibbi yardım avtomobillərindən komanda-idarəetmə vasitəsi kimi istifadə etməyə başlayıb. Boyukmillet.com xəbər verir ki, düşmən qüvvələr Azərbaycan Ordusunun təcili tibbi yardım avtomobillərini atəşə tutmamasından sui-istifadəyə əl atıblar. Belə ki, Ermənistan ordusunun təcili tibbi yardım avtomobillərindən komanda-idarəetmə vasitəsi kimi istifadə etməsinin görüntüləri yayılıb.

Read More »

İlham Əliyev: “Biz onları geri oturtmalı idik və bunu da etdik”

“Danışıqlar 1992-ci ildən aparılır. Həmin vaxtdan bəri sıfır irəliləyiş olub”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sky News” televiziya kanalında müsahibəsində deyib. Dövlət başçısı bildirib: “Ermənistan həmişə danışıqları pozmaq üçün bəzi manipulyasiya alətlərindən istifadə edirdi. Bu il iyuldan başlayaraq onlar bizə qarşı 3 dəfə hərbi hücuma keçdilər. İyulda onlar Ermənistanla Azərbaycan arasındakı sərhəddə, Qarabağ regionundan uzaqda bizim …

Read More »

Düşmən bir daha qadağan olunmuş raketlərdən istifadə edib

Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy ərazisinə atılan raketin bombleti zərərsizləşdirilib. Boyukmillet.com-un məlumatına görə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) cəbhəboyu ərazilərdə öz fəaliyyətini davam etdirir. Bu gün Goranboy rayon ərazisində boş sahəyə düşən “Smerç” adlanan kaset başlıqlı raketin “9N235” model bombleti ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilib. Qeyd edək ki, bu bombletlər qəlpəlidir və içərisində yüngül zirehli maşınları, texnikaları …

Read More »

İlham Əliyev: Hadrut qəsəbəsi və bir neçə kənd işğaldan azad edilib

İlham Əliyev Azərbaycan ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. O bildirib ki, bu sıraya Hadrut qəsəbəsi və bir neçə kənd daxildir Belə ki, Hardrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorəzilli kəndi, Qışlaq kəndi, Qaraçaylı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi Ermənistanın hərbçilərinin işğalından azad olunub.

Read More »

Qarabağ döyüşləri davam edir – Paşinyan Azərbaycan Prezidentinə təslim oldu

Sentyabrın 27-dən başlayaraq cəbhə boyu gedən döyüşlərdə Azərbaycan Ordusu həyata keçirdiyi əks hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın bir qismini azad edib. Beləliklə, ordumuz işğal altında olan doğma torpaqlarımızda həyata keçirilən döyüşlərdə üstünlüyü ələ alıb və şəhər, kənd və bir sıra yüksəkliklərin düşmən tapdağından azad olunmasına nail olub. Azərbaycanın hərbi əməliyyatlarda əldə etdiyi uğurlarla yanaşı, diplomatik müstəvidə də irəliləyişlərə …

Read More »

28 ildən sonra Suqovuşandan Tərtər çayına buraxılan su

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Suqovuşan kəndi düşmən işğalından azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Nəticədə 28 ildən sonra su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi təmin edilib. Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Eyni zamanda Suqovuşan su anbarından suyun verilməsi Tərtər çayının da suyunun həcminin artmasına səbəb …

Read More »

Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib

Azərbaycan və Qazaxıstanın energetika nazirlərinin müavinləri – Samir Vəliyev və Aset Maqauovun həmsədrliyi ilə “Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti” və “Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə İşçi qruplarının videokonfrans formatında ikinci iclası keçirilib. Boyukmillet.com xəbər verir ki bu barədə nazirlikdən məlumat verilib. Məlumata görə, həmsədrlər COVID-19 pandemiyası ilə əlaqədar yaranmış çətinliklərə baxmayaraq, iki …

Read More »

Ermənistanın Müdafiə Nazirliyi: Yaralı hərbçilərin 70 faizi orduya qayıtmır

İşğalçı Ermənistan ordusunun Dağlıq Qarabağda döyüşən silahlılarının cəmi 30 faizi yenidən hərbi xidmətə qayıdır. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan bildirib. O, hərbi qulluqçuların orduya “qısa” müddətdə qayıtdığını vurğulayaraq, bunu tibb işçilərinin “fədakarlığı” ilə əlaqələndirib.  Nazirliyin nümayəndəsi Azərbaycan Ordusunun artilleriyadan intensiv istifadə etdiyini etiraf edib. Erməni hərbçinin sözlərinə görə, sentyabrın 27-dən …

Read More »