Rusiyada yaşayan azərbaycanlıları təmsil edən təşkilatlardan ikisi deputat Astan Şahverdiyevin onlarla bağlı fikirlərinə etiraz bəyanatı yayıblar. APA-nın məlumatına görə, Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondu ilə Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının birgə bəyanatında deputatın bu yaxınlarda Biləsuvar rayonunda məskunlaşan məcburi köçkünlər və Rusiyada yaşayan azərbaycanlılar barədə mediada səsləndirdiyi fikirlərə etiraz ifadə olunub. “Deputatın açıqlaması Rusiyada yaşayan azərbaycanlılar arasında kəskin hiddətə səbəb olub. …
Read More »Prezident İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. azertac
Read More »Akademik Maqsud Əliyev II Fəxri xiyabanda dəfn olunub
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tanınmış alim və pedaqoq, “Şöhrət” ordenli akademik Maqsud Əliyevlə vida mərasimi keçirilib.“Report”un məlumatına görə, mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın müxbir üzvü Nazim Məmmədov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və digərləri mərhumun fizika elminə verdiyi töhfələrdən danışıblar, onun yüksək mənəvi keyfiyyətlərindən bəhs ediblər. Qeyd olunub ki, Böyük Vətən müharibəsi iştirakçısı …
Read More »Akademik Ramiz Mehdiyevin yeni kitabı işıq üzü görüb
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin daha bir kitabı işıq üzü görüb.“Report”un xəbərinə görə, “Yeni dünya nizamı və milli ideya” adlanan kitaba müəllifin 2002-ci və 2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsəri daxil olunub. Bu əsərlərin indi, 13-14 il sonra kitab şəklində nəşr olunaraq oxucuya yenidən təqdim edilməsi səbəbsiz deyil və dərin məntiqə söykənir.Əgər əsərlərin altında tarix göstərilməsəydi, …
Read More »Azərbaycan Milli QHT Forumunun IX Qurultayı keçirilib
Dekabrın 23-də Bakıda Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun doqquzuncu qurultayı öz işinə başlayıb. Boyukmillet.com QHT.az-a istinadən xəbər verir ki, qurultay iştirakçıları öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Prezident Administrasiyası ictimai-siyasi …
Read More »Rusiya təyyarəsinin güman olunan qəza yeri müəyyənləşib
Axtarış-xilasetmə xidmətləri Rusiya Müdafiə Nazirliyinin “Tu-154” təyyarəsinin Qara dəniz akvatoriyasında su səthinə dəydiyi təxmini yeri müəyyənləşdiriblər. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, operativ qərargahdakı mənbənin məlumatına görə, toqquşmanın güman olunan yeri müəyyənləşib və füzelyajın böyük parçaları orada ola bilər. Bu yer Qara dəniz akvatoriyasında uçuş zolağından altı kilometr məsafədə yerləşir və xeyli dərindir. Axtarış-xilasetmə əməliyyatlarına 30-dan çox gəmi və …
Read More »Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib
Bayram ərəfəsində sərnişin sıxlığı nəzərə alınaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksi dekabrın 25-dən gücləndirilmiş iş rejiminə keçib. Avtovağzal bu rejimdə yanvarın 7-nə kimi fəaliyyət göstərəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib Sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb. Adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, …
Read More »İlin ən yaxşı futbol hakimləri müəyyənləşib
2016-cı ilin ən yaxşı futbol hakimlərinin adı müəyyənləşib. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi Mark Klattenburq olub. Qurumun internet saytında 56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda, İngiltərə referisi 141 səs toplayıb. O, ən yaxın izləyicisi olan italiyalı Nikola Ritsolini 76 səs qabaqlayıb. Üçüncü yerə isə 55 səslə macarıstanlı …
Read More »İlyas Tapdıqla vida mərasimi Təzəpir məscidində keçiriləcək
Dekabrın 25-də vəfat edən tanınmış şair İlyas Tapdıqla vida mərasimi Təzəpir məscidində keçiriləcək. “Report” xəbər verir ki, vida mərasimi saat 12-də başlayacaq. İ.Tapdıq Badamdar qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq. Qeyd edək ki, İ.Tapdıq dekabrın 25-də evində vəfat edib. Uzun müddət ürəyindən müalicə olunan şair 82 yaşında dünyasını dəyişib.
Read More »Sirkə turşusundan zəhərlənən qadın həyatını itirib
Bakıda sirkə turşusu içən qadın zəhərlənərək ölüb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 25-də Binəqədi rayonu ərazisində yaşayan Selcan Qasımova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar