Cümə axşamı , 18 Aprel 2024

Dünya

Türkiyə hökuməti 2017-ci ili “Təsərrüfat ili” elan edib

Türkiyə hökuməti 2017-ci ildə ölkə iqtisadiyyatını daha əsaslı idarə etmək, o cümlədən milli valyutanın məzənnəsinin sabitliyini qorumaq üçün geniş tədbirlərə başlayıb. Baş nazir Binəli Yıldırım problemli kreditlərin idarə olunması, yeni kredit mənbələri, istehsalın artımı, daxili bazarın tənzimlənməsi, yeni iş yerlərinin açılması və s. məsələlərə dair qəbul olunan hökumət qərarları barədə geniş məlumat verib. O, 2017-ci ilin ölkədə “Təsərrüfat ili” elan …

Read More »

Malena Mard: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflər arasında dialoq çox vacibdir

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli sülh yolu ilə həllini dəstəkləyir. Trend-in məlumatına görə, bunu jurnalistlərə ötən gün Hamburqda keçirilmiş ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasını şərh edən Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib. M.Mard bildirib ki, Avropa İttifaqı, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçilik fəalyyətini dəstəkləyir: “Biz hesab edirik ki, münaqişə tərəfləri arasında dialoq çox vacibdir”. Azərbaycan Xarici İşlər …

Read More »

Koreya parlamenti Prezidentə impiçment elan etdi

Koreya Respublikasının parlamenti ölkə Prezidenti Pak Kın Heyə impiçment elan edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qərarın lehinə 234, lehinə isə 56 deputat səs verib. İmpiçment Koreya Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq və ya rədd edilə bilər.

Read More »

Azərbaycan taekvandoçusu Milad Beigi Harçeqani Qran-pri turnirinə qələbə ilə başlayıb [YENİLƏNİB]

Millimizin üzvü Roman Samodurov ilk görüşündə koreyalı idmançı Tae-hun Kimə məğlub olaraq mübarizəni erkən dayandırıb. X X X 11:15 Taekvandoçumuz Milad Beigi Harçeqani beynəlxalq turnirə qələbə ilə başlayıb. Səkkizdəbir finalda avstriyalı Hayder Şkaranı tam üstünlüklə məğlub edən M.Harçeqani növbəti mərhələdə Heyeon-Vu Kim (Koreya Respublikası) ilə qarşılaşacaq. X X X 10:50 Dekabrın 9-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində taekvando üzrə Qran-pri yarışının …

Read More »

UEFA Avropa Liqası: “Qəbələ” cari mövsümdə çıxışını başa vurub

Dekabrın 8-də “Qəbələ” UEFA Avropa Liqasının cari mövsümündə çıxışını başa vurub. AZƏRTAC xəbər verir ki, qrupdan çıxmaq şansını itirən Roman Qriqorçukun komandası Almaniyanın Maynts şəhərində eyniadlı komanda ilə qarşılaşıb. Bundesliqa təmsilçisi ilk hissədə vurduğu iki cavabsız qolla qalib gəlib. Bununla da “Qəbələ” qrupda keçirdiyi 6 matçın hamısında uduzaraq mübarizəni xalsız başa vurub.

Read More »

Finlandiya Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Finlandiyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Peter Stenlund ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə toxunulub. Peter Stenlund Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstəyini ifadə edib. Elmar Məmmədyarov münaqişənin …

Read More »

Əmək və əhalinin sosial müdafiəsi naziri Zərdab rayonunda 7 rayonun sakinləri ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Zərdab rayonunda bu rayonun və Ucar, Kürdəmir, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətlər imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzil və reabilitasiya vasitələri, bərpa müalicəsi xidmətləri ilə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, pensiya və digər sosial təminat növlərinə hüququn müəyyən …

Read More »

Dövlət “Yuğ” Teatrı “Rindi-Şeyda”nı yenidən təqdim edir

Azərbaycan Dövlət “Yuğ” Teatrı mövsümün yeni tamaşası olan “Rindi-Şeyda”nı yenidən teatrsevərlərə təqdim edəcək. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 13-də nümayiş olunacaq səhnə əsəri Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında səhnələşdirilib. Tamaşa teatrın baş rejissoru Gümrah Ömərin quruluşunda təqdim olunacaq. Janrı səmavi eşq ayini kimi təyin olunan səhnə əsərində rolları teatrın aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov …

Read More »

Sabahdan havanın temperaturu yüksəlir

Sabahdan ölkə ərazisində havanın temperaturu yüksəlir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun yarımadada gecə 0-3° isti, gündüz 4-7° isti, Bakıda gecə 0-2° isti, gündüz …

Read More »

“Azərişıq”: Hava şəraiti ilə əlaqədar elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb

Dekabrın 8-də qarlı və küləkli hava şəraiti ilə əlaqədar ölkədə elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb. Bu barədə Trend-ə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, dekabrın 8-də səhər saatlarından qurumun əməkdaşları 24 saat xidmət apararaq abonentləri dayanıqlı elektrik enerjisi ilə təmin ediblər. T.Mustafayev əlavə edib ki, hava şəraitinin qəfil pisləşməsinə baxmayaraq, ölkə …

Read More »