Çərşənbə , 1 May 2024

Dünya

Prorektorun iş otağından oğurluq edən şəxs: “İzi itirmək üçün qaçaq yolla İran sərhədini keçməliydim”

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Ramin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vüqar Vəliyev ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib: “Mən Sübhanla bu işi qurmamışam. Mənə pul verilməyib. Burda Sübhan deyir ki, pulun …

Read More »

Bakıda keçiriləcək Formula 1-in adı dəyişdirildi

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) 2017-ci il üçün açıqladığı Formula 1 dünya çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran-Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, Azərbaycan Qran-Prisi Formula 1 dünya çempionatının yenə də 8-ci mərhələsində yer alıb. Yarış tarixinin bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən …

Read More »

İtaliyada 2010-cu ildən axtarışda olan mafiya başçısını həbs ediblər

İtaliya polisi 2010-cu ildən axtarışda olan ölkənin ən böyük mafiya qruplaşması “Ndrangeta”nın başçısı Marçelo Peşeni həbs edib. AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Peşe İtaliyanın cənubunda yerləşən Kalabriya vilayətinin Rozarno şəhərində saxlanılıb. 52 yaşlı mafioz tutularkən silahsız olub və polisə müqavimət göstərməyib. “Ndrangeta” mafiya qruplaşmasının ilk liderlərindən olan Marçello Peşe cinayət yolu ilə əldə edilmiş pulların “yuyulmasında”, İtaliyanın …

Read More »

Bakı metrosunda kişi özünü qatarın altına atıb – YENİLƏNİB

Bakı metrosunda özünü qatarın altına atan şəxs xilas edilib. “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya bildirib ki, araşdırmalar zamanı özünü qatarın altına atan şəxsin 1989-cu il təvəllüdlü Sadıxov Murad Məhəmməd oğlu olması müəyyən edilib. Hazırda hadisənin səbəbləri araşdırılır. *** saat: 13.35 Bakı Metrosunda daha bir insident olub. APA-nın məlumatına görə, hadisə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında qeydə alınıb. …

Read More »

Vergiödəyiciləri üçün “Yaşıl dəhliz“ layihəsinə start verilib

Vergilər Nazirliyi Prezident İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu tələblərin vaxtında və keyfiyyətlə icrası, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergiödəyiciləri və vergi orqanları arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində tədbirləri uğurla davam etdirir. Bu barədə AZƏRTAC-a Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Vergiödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi çərçivəsində aparılan işlər nəticəsində hazırda vergi orqanları tərəfindən vergiödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 65-ə çatdırılıb, …

Read More »

İranda SEPAH-ın təlim təyyarəsi qəzaya uğrayıb

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)  təlim təyyarəsi qəzaya uğrayıb. APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Saravan bölgəsində qeydə alınıb. SEPAH-a məxsus təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot həlak olub. Hadisənin səbəbləri araşdırılır.

Read More »

İqor Çrnadak: Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin perspektivləri və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarına dair ətraflı fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov Azərbaycanın Bosniya və Herseqovina ilə bütün sahələrdə qarşılıqlı maraqlara …

Read More »

Metroda növbəti rəsm sərgisinə start verilib

Bu gün metronun “Nəriman Nərimanov” stansiyasının keçidlərində “Metro Gallery” layihəsi çərçivəsində növbəti sərginin açılışı olub. Bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, “Azərbaycan Rəssamları” adlanan sərgi “Bakikhanov Residence” komplekslər qrupunun dəstəyi ilə baş tutub: “Sərgidə ümumilikdə 37 müəllifin 90 əsəri nümayiş olunur. Stansiyanın hər iki keçidində 6 ay davam …

Read More »

Türkiyə kəşfiyyat peykini buraxır

Türkiyənin “Göktürk-1” kəşfiyyat peyki dekabrın 5-də Fransa Qvianasının Quru kosmodromundan buraxılacaq. Bu barədə Trend “Anadolu” agentliyinə istinadən məlumat verir. “Göktürk-1” Türkiyə Silahlı Qüvvələrini müxtəlif ərazilərin çəkilişləri ilə təmin edəcək. Fransa istehsallı peyk Yerə ildə 60 mindən çox çəkiliş göndərəcək.

Read More »

Sabirabadda 5 otaqlı ev külə döndü

Sabirabadda yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Yenikənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 252 m2 olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanın. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Read More »